24 Fevral 2026 09:20
189
CƏMİYYƏT
A- A+
"İnsan təfəkkürünə sığmayan dəhşət"

"İnsan təfəkkürünə sığmayan dəhşət"


Yardımlı Rayon İcra Hakimiyyətinin və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə Xocalı faciəsinin 34-cü ildönümü ilə bağlı "İnsan təfəkkürünə sığmayan dəhşət" adlı "dəyirmi masa" təşkil olunub.

Öncə faciə qurbanlarının, eləcə də Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü yolunda canını qurban vermiş şəhidlərin xatirəsi birdəqiqəlik sükutla yad edilib. Sonra çıxışlar olub. Çıxış edənlər 1987-ci ilin sonlarından Ermənistanın Qarabağın dağlıq hissəsini özünə birləşdirmək məqsədilə Azərbaycana qarşı təcavüzkar fəaliyyətlərə başlamasından,  strateji mövqeyinə görə əsas hədəfdə Xocalının olmasından, 1991-ci ilin oktyabr ayından etibarən dəhşətlər yaşayan bu şəhərin mühasirəyə alınmasından, dinc əhaliyə misli görünməmiş divan tutularaq şəhərin işğal olunmasından söz açıblar. Natiqlər həmçinin faciə şahidlərinin müsahibələrindən olan həqiqətləri, hadisənin dünya mediasında işıqlandırılmasını, Ulu Öndər Heydər Əliyevin sayəsində faciəyə verilən hüquqi, siyasi qiyməti, Vətən müharibəsi və antiterror tədbirləri ilə ata-baba torpaqlarımızın düşməndən təmizlənməsini, bu gün Azərbaycan bayrağının qürurla Xocalıda və digər ərazilərimizdə dalğalanmasını, ərazi bütövlüyümüzün və suverenliyimizin  daimi olması üçün gənclərin üzərinə düşən öhdəlikləri diqqətə çatdırıblar.

Tədbirin sonunda faciədən bəhs edən "Unudulmayan Xocalı" adlı sərgiyə baxış keçirilib və xatirə şəkilləri çəkilib. 


S.CAVADOV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

BMT Ukraynada müharibənin ərazi bütövlüyü çərçivəsində ədalətli həllini tələb edir 

11:09
24 Fevral

Ötən gün 60 cinayətin açılması təmin edilib

11:03
24 Fevral

BDYPİ sürücülərə növbəti dəfə müraciət edib

10:54
24 Fevral

“Səfir Fergus Auldu baş verən bu təxribatı dayandırmaq üçün fəaliyyətə çağırırıq”  

10:53
24 Fevral

Dünya bazarında qızıl ucuzlaşıb, gümüş bahalaşıb

10:52
24 Fevral

Dünya birjalarında neft bahalaşıb

10:51
24 Fevral

Azərbaycan neftinin qiyməti 73 dolları ötüb

10:50
24 Fevral

Moskvanın vağzal meydanında partlayış nəticəsində bir nəfər ölüb  

10:50
24 Fevral

Çempionlar Liqası: “Qarabağ” İngiltərədə cavab oyununa çıxır  

10:49
24 Fevral

Qazaxıstan Xəzər dənizinin öyrənilməsi və qorunmasına 2 milyon dollar ayırıb 

10:46
24 Fevral

Yer kürəsində ən çox yağış yağan yerlər – şəhərlərin reytinqi 

10:44
24 Fevral

Sülh Şurasının saytı istifadəyə verilib

10:23
24 Fevral

Norveçin Rusiyadan idxalı son illərdə ilk dəfə olaraq artıb  

10:11
24 Fevral

Ukraynanın bərpası 500 milyard avrodan çox qiymətləndirilir  

10:04
24 Fevral

Ukraynada partlayış olub, bir neçə polis yaralanıb  

09:57
24 Fevral

Romada Xocalı soyqırımı qurbanlarının xatirəsi yad olunub  

09:54
24 Fevral

İqlim dəyişikliyi sağlamlığa təhdiddir

09:35
24 Fevral

Su çərşənbəsi - mifik təfəkkürdə suyun həyat rəmzi

09:30
24 Fevral

"Söz mülkünün günəşi"

09:25
24 Fevral

"İnsan təfəkkürünə sığmayan dəhşət"

09:20
24 Fevral

Hunanlarlıların çörəyi yerkökündən çıxır

09:15
24 Fevral

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!