24 Fevral 2026 09:10
142
İQTİSADİYYAT
A- A+
Biləsuvarda rəqəmsal savadlılıq təlimləri keçirilib

Biləsuvarda rəqəmsal savadlılıq təlimləri keçirilib


Prezident İlham Əliyevin sədrliyi ilə ölkədə süni intellektin inkişafı və rəqəmsal transformasiyaya dair  fevralın 11-də keçirilmiş müşavirədən irəli gələn vəzifələrə uyğun olaraq, Biləsuvarda dövlət idarəçiliyinin rəqəmsal transformasiyasını sürətləndirmək və kadr potensialını müasir standartlara uyğunlaşdırmaq məqsədilə rayonda fəaliyyət göstərən dövlət qurumlarının, hüquq-mühafizə orqanlarının əməkdaşları üçün genişmiqyaslı rəqəmsal savadlılıq təlimləri keçirilib.

Biləsuvar RİH-in təşəbbüsü,  Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin  İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) birgə təşkilatçılığı ilə keçirilən təlimlərin rəsmi hissəsində çıxış edən rayon icra hakimiyyətinin başçısı F.Qürbətov və İRİA-nın İnformasiya təhlükəsizliyi departamentinin müdiri Ş.Hacıyahyayev rəqəmsallaşmanın müasir idarəetmədəki strateji rolunu vurğulayıblar. Qeyd olunub ki, rəqəmsal keçid sadəcə texnoloji yenilik deyil, həm də vətəndaşlara göstərilən xidmətlərin şəffaflığı və operativliyinin təminatıdır.

Gün boyu davam edən intensiv proqram çərçivəsində iştirakçılar rəqəmsal dünyanın ən aktual istiqamətləri üzrə həm nəzəri, həm də praktik biliklərə yiyələniblər. Süni intellekt və gündəlik iş prosesləri adlı təlimdə iştirakçılara süni intellekt alətlərinin sənəd dövriyyəsində, məlumatların analizində və vaxtın səmərəli idarə edilməsində necə tətbiq olunacağı əyani şəkildə nümayiş etdirilib, süni intellektin dövlət qulluqçusunun "rəqəmsal köməkçisinə" çevrilməsi yolları müzakirə olunub. Kibertəhlükəsizlik və məlumatların mühafizəsi ilə əlaqədar təşkil olunan təlimdə dövlət informasiya sistemlərinin kiberhücumlardan qorunması, "fayrvoll" sistemlərinin iş prinsipi və dövlət sirri daşıyan məlumatların rəqəmsal mühitdə təhlükəsiz saxlanılması üsulları öyrədilib. Sosial mühəndislik və hücum növləri ilə bağlı təlimçilər tərəfindən müasir dünyada ən çox rast gəlinən manipulyasiya üsulları və sosial mühəndislik hücumlarından qorunma yolları izah edilib, insan amilinin kibertəhlükəsizlik zəncirindəki ən həssas bənd olduğu və fərdi ayıq-sayıqlığın əhəmiyyəti xüsusi vurğulanıb. Bulud texnologiyaları və kollektiv iş adlı təlimdə isə ofis alətlərinin rəqəmsal versiyalarından istifadə edərək eyni sənəd üzərində bir neçə şöbənin eyni vaxtda və koordinasiyalı şəkildə çalışmasının səmərəsi iştirakçılara aşılanıb.

Təlimin sonunda vurğulanıb ki, bu biliklər Biləsuvarda "ağıllı idarəetmə" modelinin təməlini qoyur və kadrların rəqəmsal çevikliyini artıraraq idarəetmədə şəffaflığı təmin etməklə sənəd dövriyyəsinin daha sadə və səmərəli şəkildə həyata keçirilməsinə şərait yaradır.

İştirakçıların marağına səbəb olan tədbir müzakirələr və xatirə fotosunun çəkilişi ilə yekunlaşıb. 


S.QUBADOĞLU,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ukraynanın bərpası 500 milyard avrodan çox qiymətləndirilir  

10:04
24 Fevral

Ukraynada partlayış olub, bir neçə polis yaralanıb  

09:57
24 Fevral

Romada Xocalı soyqırımı qurbanlarının xatirəsi yad olunub  

09:54
24 Fevral

İqlim dəyişikliyi sağlamlığa təhdiddir

09:35
24 Fevral

Su çərşənbəsi - mifik təfəkkürdə suyun həyat rəmzi

09:30
24 Fevral

"Söz mülkünün günəşi"

09:25
24 Fevral

"İnsan təfəkkürünə sığmayan dəhşət"

09:20
24 Fevral

Hunanlarlıların çörəyi yerkökündən çıxır

09:15
24 Fevral

Biləsuvarda rəqəmsal savadlılıq təlimləri keçirilib

09:10
24 Fevral

Gəncə Avtomobil zavodu yeni sosial layihəyə start verib

09:05
24 Fevral

Lənkəranda "Yaşa Hospital" fəaliyyətə başlayıb

09:00
24 Fevral

Ensiklopedik zənginliyə malik kitab

08:55
24 Fevral

Bakı növbəti beynəlxalq enerji tədbirinə hazırlaşır

08:50
24 Fevral

Azərbaycan qlobal sülh mexanizmlərində həlledici rol oynayır

08:45
24 Fevral

Qlobal sülh gündəliyində Azərbaycanın artan rolu və nüfuzu

08:40
24 Fevral

Beynəlxalq təhlükəsizlik arxitekturasında yenilik

08:35
24 Fevral

Milli dirçəlişdən mütləq Zəfərə

08:30
24 Fevral

Azərbaycan dövləti bütün təhdidləri zərərsizləşdirəcək güc və imkana sahibdir

08:25
24 Fevral

C6 formatı Xəzərin iki sahilini vahid məkanda birləşdirəcək

08:20
24 Fevral

Milli mücadilə, yaxud milli xəyanət

08:15
24 Fevral

Azərbaycanla Gürcüstan arasında münasibətlər parlamentlər çərçivəsində də uğurla inkişaf edir

08:10
24 Fevral

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!