№ 347
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 11 aprel tarixli 174-VIIQD nömrəli Qanununun icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 3 avqust tarixli 171 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 8, maddə 820 (Cild I); 2024, № 1, maddə 83, № 2, maddə 209, № 3, maddə 307, № 9, maddə 1106) ilə təsdiq edilmiş “Təhsil müəssisələrinin tikintisinə, maddi-texniki təchizatına dair vahid normalar, ümumi sanitariya-gigiyena tələbləri, şagird yerləri ilə təminat normativləri”nin “I. Təhsil müəssisələrinin tikintisinə dair vahid normalar” bölməsində aşağıdakı dəyişikliklər edilsin:
1.1. 1.5.8-ci və 1.5.10-cu yarımbəndlər ləğv edilsin;
1.2. 1.5.12-ci yarımbəndin birinci cümləsində “lüminessent və közərmə lampalarından” sözləri “müxtəlif növlü lampalardan” sözləri ilə əvəz edilsin.
2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 4 aprel tarixli 143 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 4, maddə 799 (Cild I); 2024, № 1, maddə 77, № 9, maddə 1090) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında mühafizə olunmalı həyat təminatlı, mühüm əhəmiyyətli obyektlərin fiziki mühafizəsi və mühəndis təhlükəsizlik sistemləri ilə təchiz edilməsi üzrə Xüsusi Tikinti Normaları”nın 9.15.2.1-ci yarımbəndinin birinci cümləsində “, közərmə lampalı və ya digər növ” sözləri “və ya” sözləri ilə əvəz edilsin.
3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 3 noyabr tarixli 400 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023, № 11, maddə 1563 (Cild I); 2024, № 3, maddə 333; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 9 oktyabr tarixli 296 nömrəli Qərarı) ilə təsdiq edilmiş “Tikinti obyektlərinə tələb olunan gücün hesablanması Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:
3.1. 3.18-ci bəndin ikinci abzası ləğv edilsin;
3.2. həmin Qaydaya əlavə - “Cədvəl 12. İctimai binaların güc əmsalı” üzrə:
3.2.1. 27-ci sətir aşağıdakı redaksiyada verilsin:
27. | İşıq diodlarının gücünə uyğun, Vt: | |
3.2.2. 28-ci, 29-cu və 30-cu sətirlər müvafiq olaraq 31-ci, 32-ci və 33-cü sətirlər hesab edilsin və aşağıdakı məzmunda 28-ci, 29-cu və 30-cu sətirlər əlavə edilsin:
28. | 8 Vt-dan aşağı | 0,7 |
| 29. | 8 Vt-dan 20 Vt-dək (20 Vt daxil olmaqla) | 0,85 |
| 30. | 20 Vt-dan yüksək | 0,9 |
4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 29 dekabr tarixli 560 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024, № 12 (II kitab), maddə 1464) ilə təsdiq edilmiş “Dəmiryol nəqliyyatının siqnalizasiya Təlimatı”nın 3.3-cü bəndinin birinci cümləsindən “və ya közərmə lampalarından” sözləri çıxarılsın.
5. Keçid müddəa.
5.1. Bu Qərar 60 Vt və yuxarı gücə malik olan közərmə lampalarına münasibətdə 2026-cı il yanvarın 1-dən, 25 Vt-dan (25 Vt daxil olmaqla) 60 Vt-a qədər gücə malik olan közərmə lampalarına münasibətdə 2026-cı il iyulun 1-dən qüvvəyə minir.
Əli Əsədov
Azərbaycan Respublikasının Baş naziri
Bakı şəhəri, “27” “noyabr” 2025-ci il