04 Dekabr 2025 21:06
431
CƏMİYYƏT
A- A+
Güzəştli mənzillərin seçimi ilə bağlı kiberhücum cəhdinin qarşısı uğurla alınıb – RƏSMİ AÇIQLAMA  

Güzəştli mənzillərin seçimi ilə bağlı kiberhücum cəhdinin qarşısı uğurla alınıb – RƏSMİ AÇIQLAMA  


Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA), Dövlət Təhlükəsizliyi Xidməti və Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti birgə məlumat yayıb.

AZƏRTAC xəbər verir ki, məlumatda MİDA-nın layihələri – Hövsan Yaşayış Kompleksinin birinci və ikinci mərhələsi, Sumqayıt Yaşayış Kompleksi, Lənkəran Yaşayış Kompleksi, Binəqədi Yaşayış Kompleksi, Şirvan Yaşayış Kompleksi və Yevlax Yaşayış Kompleksində yerləşən ümumilikdə 627 mənzilin ipoteka kreditindən istifadə etməklə, həm də öz vəsaiti hesabına ödəniş üsulu ilə “Elektron hökumət” portalı (www.e-gov.az) üzərindən “Güzəştli mənzil” sistemi vasitəsilə satışı prosesinə 3 dekabr saat 11:00-da başlanıldığı və mənzillərin seçiminin müvafiq qaydalara uyğun olaraq şəffaf şəkildə həyata keçirildiyi bildirilib.

Qeyd olunub ki, ilk mənzil seçimi 21-ci saniyədə baş tutub. Bu saata olan məlumata görə seçilmiş 627 mənzilin 584-ü üzrə vətəndaşların ərizələri elektron qaydada imzalanaraq uğurla təqdim edilib.

“Mənzillərin seçimi prosesinə Mənzil İnşaatı Dövlət Agentliyində yaradılmış operativ qərargahda Dövlət Təhlükəsizliyi Xidmətinin, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi və "AzInTelecom” MMC-nin və media nümayəndələrinin iştirakı ilə nəzarət edilib. Mənzil seçimi prosesinə nəzarət zamanı müxtəlif kiberhücum cəhdləri müşahidə edilib, lakin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti tərəfindən tətbiq edilmiş təhlükəsizlik mexanizmlərinin işə düşməsi ilə həmin cəhdlərin qarşısı uğurla alınıb. Vətəndaşlar "Güzəştli mənzil" sistemindən yalnız qanunvericiliklə müəyyən edilmiş qaydada və təlimata uyğun istifadə etməli və onun işinə qanunsuz kibermüdaxilə cəhdlərindən çəkinməlidirlər. Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti tərəfindən tətbiq edilən informasiya təhlükəsizliyi mexanizmləri sayəsində bu qəbildən olan cəhdlər operativ şəkildə aşkarlanır, neytrallaşdırılır və sistemin təhlükəsiz fəaliyyəti daimi nəzarətdə saxlanılır.

Seçim mərhələsi başa çatdıqdan sonra isə Mənzil İnşaatı Dövlət Agentliyinin nümayəndəsi “Güzəştli mənzil” sistemində aparılan təkmilləşdirmə işləri və xüsusi proqram təminatları vasitəsilə mənzillərin daha sürətli seçilməsinin qarşısının alınması məqsədilə seçim prosesinə tətbiq edilən əlavə təhlükəsizlik tədbirlərini əyani olaraq nümayiş etdirib”, - deyə məlumatda vurğulanıb.

“Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi Qaydası”na uyğun olaraq gözləmə qaydasında mənzillərin seçimi isə 9 dekabr saat 11:00-da başlayacaq və 12 dekabr saat 11:00-dək davam edəcək.

Qaydaya əsasən satış müddətində seçilmiş bir mənzil həmin elan çərçivəsində daha iki şəxs tərəfindən də ardıcıl olaraq gözləmə qaydasında seçilə bilər. Bunun üçün, istifadəçi müəyyən edilmiş müddət ərzində “Güzəştli mənzil” sistemində elektron kabinetində müvafiq bölməyə daxil olaraq ödəniş üsulu, mənzil seçimi üsulu və layihəni seçərək mənzili axtarır. Mənzilə baxış mərhələsində bir neçə istifadəçi eyni mənzilə baxış keçirə bilər və “Təsdiq et” düyməsini sıxan ilk 2 şəxs həmin mənzili gözləmə qaydasında seçə bilər. Daha sonra istifadəçi gözləmə qaydasında seçdiyi mənzilin ərizəsini imzalayıb təqdim etməlidir. Əgər hər hansı bir səbəbdən mənzil onu seçmiş şəxs tərəfindən əldə edilmədikdə, ilk olaraq həmin mənzil gözləmə qaydasında birinci sırada seçmiş şəxsə təklif ediləcək. Eyni qaydada, əgər mənzil hər hansı bir səbəbdən birinci sırada seçmiş şəxs tərəfindən də əldə edilməsə, həmin mənzil gözləmə qaydasında ikinci sırada seçmiş şəxsə təklif ediləcək.

Bildirilib ki, dekabrın 3-də seçilmiş mənzillər barədə statistik məlumatlar ictimaiyyətə təqdim olunacaq.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycanın xarici işlər naziri iranlı həmkarı ilə regional vəziyyəti müzakirə edib

14:08
13 May

Beynəlxalq Enerji Agentliyi: Qlobal neft tələbatı bu il sutkada 104 milyon barelə enəcək  

13:53
13 May

“EFES - 2026” təlimində Azərbaycan və Türkiyə nümayəndələrinin görüşü olub

13:37
13 May

Daha 64 nəfər Vəkillər Kollegiyasına üzv qəbul olunub

13:23
13 May

Slovakiya nümayəndə heyəti Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

13:09
13 May

"Bakı–Xankəndi" beynəlxalq velosiped yarışının IV mərhələsinin qalibi müəyyənləşib

13:01
13 May

Peter Macyar ucuz avtomobil işlədəcək və dövlət iqamətgahına köçməyəcək

12:51
13 May

Azərbaycan-Rumıniya münasibətləri: Parlament nümayəndə heyəti Buxarestdə  

12:43
13 May

Makronun Qarabağ ritorikası: beynəlxalq hüquq, yoxsa siyasi manipulyasiya?  

12:41
13 May

Sədr müavini: WUF13 Azərbaycanın şəhərsalma sahəsindəki nailiyyətlərinin beynəlxalq ictimaiyyətə çatdırılmasına xidmət edir  

12:40
13 May

Azərbaycanla Türkiyə arasında konsulluq məsləhətləşmələri aparılıb

12:38
13 May

TDT ölkələri ümumi daxili məhsulunun cəmi 2,1 trilyon dolları keçib

12:37
13 May

Sabaha olan hava proqnozu açıqlanıb

12:37
13 May

ABŞ konqresmeni: Pentaqon İranla müharibədə 39 təyyarə itirib

12:36
13 May

Ötən ay dünyada elektromobil satışları 6 faiz artıb

12:29
13 May

Vəkillər Kollegiyası ilə “PAŞA Holding” arasında memorandum imzalanıb

12:27
13 May

Slovakiya Milli Şurasının sədri Zəfər parkını ziyarət edib

12:25
13 May

Çindən Qazaxıstana immiqrasiya üç dəfə artıb

12:23
13 May

Bilal Dündar: Makron administrasiyasının Cənubi Qafqaz siyasəti iflasa uğrayır

12:23
13 May

Qazaxıstanın TDT ölkələri ilə ticarət dövriyyəsi cari ilin iki ayı ərzində təqribən 40 faiz artıb

12:22
13 May

Allahşükür Paşazadə: Regionda sülh və tərəqqi layihələrinin təşəbbüskarı kimi çıxış edirik

12:19
13 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!