13 May 2026 12:40
82
CƏMİYYƏT
A- A+
Sədr müavini: WUF13 Azərbaycanın şəhərsalma sahəsindəki nailiyyətlərinin beynəlxalq ictimaiyyətə çatdırılmasına xidmət edir  

Sədr müavini: WUF13 Azərbaycanın şəhərsalma sahəsindəki nailiyyətlərinin beynəlxalq ictimaiyyətə çatdırılmasına xidmət edir  


2022-2025-ci illər ərzində urbanizasiya və yaşayış məskənlərinin inkişafı məsələləri üzrə ixtisaslaşmış qurum olan “BMT-nin Məskunlaşma Proqramı” ilə əməkdaşlıq şəraitində işğaldan azad edilmiş Ağdam, Zəngilan və Xankəndi şəhərlərində olmaqla, üç Milli Şəhərsalma Forumu keçirilib, həmçinin 2023-cü ildə Bakı şəhərində ilk dəfə “Ümumdünya Məskunlaşma Günü” tədbiri təşkil edilib. Bu forumlar münaqişə va təbii fəlakətlərdən sonrakı dayanıqlı bərpa prosesləri və yenidənqurma, dayanıqlı və sağlam şəhərlər, mənzil təminatı va layiqli yaşayış məskənləri, Dayanıqlı İnkişaf Məqsədləri və Yeni Şəhər Gündəliyi, regional və beynəlxalq tərəfdaşlıqların inkişafı kimi aktual mövzuları özündə ehtiva edib və şəhərsalma sahəsində regionda ən dolğun müzakirələrin aparıldığı platformaya çevrilib.

AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müavini Dövlətxan Dövlətxanov “Şəhərlərdən sərhədsiz ticarətə: İxrac və logistika forumu”nda deyib.

O bildirib ki, sözügeden milli forumlar dünyanın şəhərsalma sahəsində ən nüfuzlu tədbirlərindən olan Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının Bakı şəhərində keçirilməsinə dair verilən qərarın əsas həlledici faktoru olub: “Regionumuzda ilk dəfə olaraq baş tutacaq bu tədbir həm də ölkəmizin dayanıqlı va insanyönümlü şəhərsalma sahəsində apardığı siyasətin dünya miqyasında layiqincə dəyərləndirilməsidir. Ümumdünya Şəhərsalma Forumu COP29-dan sonra ikinci böyük BMT tədbiri olmaqla yanaşı, dünya üzrə şəhərsalma sahəsində ən mötəbər və genişmiqyaslı forum hesab olunur. İki ildən bir təşkil olunan bu forumun məqsədi dayanıqlı urbanizasiya və şəhərsalma sahəsində ölkələr tərəfindən həyata keçirilən siyasət barədə ictimaiyyətin məlumatlandırılması, şəhərlərin dayanıqlı inkişafına vahid yanaşmanın təbliğ edilməsi, açıq debatlar və təcrübə mübadiləsi vasitəsilə biliklərin artırılması va əməkdaşlığın gücləndirilməsidir. Ölkəmizin dünyada artan nüfuzu fonunda bu beynəlxalq tədbir həm də Azərbaycanın inkişaf strategiyalarının, işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdəşa dair I Dövlət Proqramının uğurlu nəticələrinin və şəhərsalma sahəsindəki nailiyyətlərinin beynəlxalq ictimaiyyətə çatdırılmasına xidmət edir”.

D.Dövlətxanov qeyd edib ki, BMT-nin insanların məskunlaşması problemlərinə həsr olunmuş birinci konfransının 50-ci ildönümünə və “Yeni Şəhər Gündəliyi” sənədinin icrasının 10 illiyinə təsadüf edən bir tarixdə Bakıda keçiriləc forum “Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri” mövzusu adı altında təşkil olunacaq, şəhərsalma sahəsində ən ciddi çağırışlardan olan mənzil məsələsini gündəmə daşıyacaq: “Bu forumun əvvəlki tədbirlərdən əsas fərqləndirici xüsusiyyətlərindən biri burada yüksəksəviyyəli siyasi iştirakçılığın olmasıdır. Belə ki, ilk dəfə olaraq forumda Liderlər sammiti təşkil ediləcək, burada dövlət və hökumət başçıları şəhərlərin gələcəyi ilə bağlı müzakirələr aparacaqlar. Bu, mənzil və şəhər inkişafının yalnız texniki məsələ deyil, qlobal qərarvermənin ən yüksək səviyyəsində liderlik tələb edən strateji prioritetlər olduğunu əks etdirir”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan-Rumıniya münasibətləri: Parlament nümayəndə heyəti Buxarestdə  

12:43
13 May

Makronun Qarabağ ritorikası: beynəlxalq hüquq, yoxsa siyasi manipulyasiya?  

12:41
13 May

Sədr müavini: WUF13 Azərbaycanın şəhərsalma sahəsindəki nailiyyətlərinin beynəlxalq ictimaiyyətə çatdırılmasına xidmət edir  

12:40
13 May

Azərbaycanla Türkiyə arasında konsulluq məsləhətləşmələri aparılıb

12:38
13 May

TDT ölkələri ümumi daxili məhsulunun cəmi 2,1 trilyon dolları keçib

12:37
13 May

Sabaha olan hava proqnozu açıqlanıb

12:37
13 May

ABŞ konqresmeni: Pentaqon İranla müharibədə 39 təyyarə itirib

12:36
13 May

Ötən ay dünyada elektromobil satışları 6 faiz artıb

12:29
13 May

Vəkillər Kollegiyası ilə “PAŞA Holding” arasında memorandum imzalanıb

12:27
13 May

Slovakiya Milli Şurasının sədri Zəfər parkını ziyarət edib

12:25
13 May

Çindən Qazaxıstana immiqrasiya üç dəfə artıb

12:23
13 May

Bilal Dündar: Makron administrasiyasının Cənubi Qafqaz siyasəti iflasa uğrayır

12:23
13 May

Qazaxıstanın TDT ölkələri ilə ticarət dövriyyəsi cari ilin iki ayı ərzində təqribən 40 faiz artıb

12:22
13 May

Allahşükür Paşazadə: Regionda sülh və tərəqqi layihələrinin təşəbbüskarı kimi çıxış edirik

12:19
13 May

WUF13 müddətində Bakı məktəblərində tədris “Rəqəmsal məktəb” üzərindən aparılacaq

11:46
13 May

Prezident İlham Əliyev Slovakiya Milli Şurası sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib  

11:39
13 May

Mis qiymətləri rekord həddə yaxınlaşır

11:23
13 May

Rusiyanın Dnepropetrovsk vilayətinə hücumları nəticəsində səkkiz nəfər həlak olub

11:15
13 May

İranda İsrail kəşfiyyatına işləyən şəxs edam edilib

11:15
13 May

Türkiyə XİN: Türkiyə ilə Ermənistan arasında birbaşa ticarətin başlanmasına dair bürokratik hazırlıqlar tamamlanıb  

11:14
13 May

Qlobal neft ehtiyatları bu il sutkada 2,6 milyon barel azalacaq

11:13
13 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!