15 Iyul 2024 19:27
181
DÜNYA
A- A+

Ən uzun “yaşıl” avtomobil yolu  inşa ediləcək

 

“URB” şirkəti Dubayda dünyanın ən uzun məsafəli “yaşıl” avtomobil yolunu inşa etməyə hazırlaşır. “Green Spine” adlı layihə bərpa olunan enerji mənbələrinə əsaslanacaq. Layihənin əsas məqsədi Dubaydakı karbon qazı miqdarının aşağı salınmasıdır. 64 kilometrlik ekoloji avtomobil yolunda günəş panellərindən enerji əldə edəcək elektrikli tramvaylar hərəkət edəcəklər. Günəş panelləri yolun kənar hissələrinə yerləşdiriləcək

Günəş panellərinin ətrafında ümumilikdə 1 milyon ağacın əkilməsi nəzərdə tutulub. Bundan əlavə olaraq sözügedən layihə çərçivəsində yağış suyunun yığılmasına hədəflənmiş xüsusi sistem də qurulacaq. “Green Spine” özündə bağçaları və parkları birləşdirəcək. Avtomobil yolunun hər iki kənar hissəsindəki binaların fasadları isə şaquli vəziyyətdə yerləşəcək bağçalar bəzəyəcəklər.

“Green Spine” layihəsinin inşasının 2040-cı ilə kimi yekunlaşacağı planlaşdırılır.

 

Ülkər XASPOLADOVA,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video