29 Avqust 2025 08:40
6015
Elm və texnika
A- A+
Elmə aparan yol

Elmə aparan yol


Çətinliklərini bilərək seçib bu yolu. İndi də "Elm səbir tələb edir. Hər gün bir az daha çox öyrənmək, bir az daha çox araşdırmaq və heç vaxt dayanmaq istəyin olmamalıdır", - deyir. Gənc tədqiqatçı Günay İsmayılovanın bu yola çıxışı da təsadüfi olmayıb. Kiçik yaşlarından elmi biliklərə marağı, aydın məqsədləri və bitmək bilməyən öyrənmək eşqi onu bu gün elmi ictimaiyyətin diqqətində olan gənc mütəxəssislərdən biri kimi tanıdıb.

Günay İlman qızı İsmayılova 1994-cü il yanvarın 16-da Bakı şəhərində dünyaya gəlib. Atası İlman İsmayılov sürücü, anası Validə İsmayılova isə evdar qadındır. 

Günay İsmayılova orta təhsilini 2000-2011-ci illərdə Bakı şəhəri 58 nömrəli tam orta məktəbdə alıb. Məktəb illərində kimya, biologiya və Azərbaycan dili üzrə müxtəlif fənn olimpiadalarında iştirak edərək, xüsusilə biologiya fənnindən Bakı şəhəri üzrə qalib olub. Bu, ilk uğurlar onun biologiyaya marağının nə qədər dərin olduğunu göstərirdi.

Uşaqlıq illərindən kitab oxumağa marağı ilə seçilib. Anası həmişə ona "professor qızım", - deyə müraciət edib. Qəlbindəki tükənməz arzular Günay xanımı gələcəyə, elm aləminə aparan yola səsləyib. Ailəsi ona bu yolda hər zaman dəstək göstərib və əllərindən gələni əsirgəməyib.

Deyir ki, elmə marağımı dayılarımdan ilhamlanaraq almışam: "Onlar riyaziyyatçı, tarixçi, iqtisadçı kimi tutduqları vəzifələrdə olduqca yüksəksəviyyəli  mütəxəssisdirlər". Günay İsmayılova riyazi savadının, yüksək analitik qabiliyyətinin olmasını, problemlərin qısa və tez zamanda həlli yollarını tapma bacarığının məhz genetik olduğunu düşünür.

Məqsədinə çatmaq üçün uğurla irəliləyən Günay İsmayılova 2011-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Biologiya müəllimliyi ixtisasına daxil olub. Ali təhsil aldığı dövrdə də yüksək nəticələri ilə seçilib. O, 2015-ci ildə bu sahədə qazandığı uğurlarla Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Molekulyar Biologiya ixtisasına qəbul olunub və 2017-ci ildə magistr təhsilini fərqlənmə diplomu ilə başa vurub.

Elmi yolunu davam etdirən Günay İsmayılova 2018-ci ildə Biotexnologiya (o cümlədən bionanotexnologiyalar) ixtisası üzrə fəlsəfə doktoru (PhD) pilləsinə yüksəlib.  O, "İn vitro şəraitində təcrid edilmiş buğda kulturasında epigenetik dəyişikliklərin öyrənilməsi" adlı dissertasiya mövzusu üzrə bütün tədqiqatlarını tamamlayıb. Biotexnoloji tədqiqatlarını Bitki biotexnologiyası laboratoriyasında yerinə yetirən Günay İsmayılova epigenetik tədqiqatlar üçün Türkiyə Respublikasının İstanbul şəhərində yerləşən Yıldız Texniki Universitetinin Bitki toxuma kulturası laboratoriyasında davam etdirib. Ezamiyyətdə olduğu 3 ay müddətində yeni, müasir metodları dərindən mənimsəyib və öz tədqiqatlarında məharətlə istifadə edib. Dissertasiya müdafiəsinin artıq son mərhələsindədir.

Gənc tədqiqatçının elmə olan marağı bitib-tükənməzdir. O, əldə etdiyi, onu daim irəli aparan yüksək elmi nəticələrindən danışarkən dedi ki, 2024-cü il 4-6 iyun tarixlərində Serbiya Respublikasının Novi Sad şəhərində təşkil olunan COST proqramının EPİCATCH layihəsinin "İqlim dəyişikliyinə qarşı bitkilərin uyğunlaşmasında epigenetik mexanizmləri" mövzusuna həsr olunmuş 4-cü illik konfransında uğurla çıxış edib. Azərbaycanda əldə etdiyi elmi nəticələri dünya elminə çatdırıb və Avropanın savadlı professor və alimləri ilə fikir mübadiləsi aparıb.

2024-cü il 10-15 sentyabr tarixlərində isə gənc tədqiqatçı İtaliya Respublikasının Sanremo şəhərində təşkil olunan Cost proqramının CA21157 COPYTREE layihəsinin "EPİMED: Aralıq dənizi oduncaqlı bitkilərinin mikroçoxaldılmasında inadkarlıq və epigenetik tətbiqlər" adlı təlim məktəbinə müraciət edən yüzlərlə gənc arasından seçilərək iştirak etmək haqqı qazanıb. "Təlimin ilk günündə fındıq, qoz və badam bitkisinin in vitro kulturada mikroçoxaldılmasının nəzəri  və praktiki aspektləri həyata keçirildi. Növbəti gün "epigenetika in vitro davranışı necə aydınlaşdıra bilər (in vitro kultura ilə əlaqəli epigenetik aspektlər)" adlı laboratoriya təlimi təşkil olundu", - Günay İsmayılova deyir.

2015-ci ildən etibarən AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Bitki biotexnologiyası laboratoriyasında elmi işçi kimi çalışan Günay İsmayılova burada aparılan tədqiqatlarda yaxından iştirak edir. O, magistrlara 2021-2023-cü illərdə "Bitki biotexnologiyası", "Bitkilərin hüceyrə mühəndisliyi" fənlərini tədris edib. Tələbələri hər zaman ondan müəllim kimi razı qalıblar.

Elmə, biliyə və dəqiqliyə əsaslanan bu yol, eyni zamanda Günayın şəxsi keyfiyyətlərinin də bir göstəricisidir - dəqiqlik, səbir, davamlılıq və məqsədyönlülük. Gələcəkdə bu sahədə daha geniş tədqiqatlara imza atmaq, beynəlxalq elmi arenada ölkəsini layiqincə təmsil etmək onun başlıca hədəflərindəndir. Gənc tədqiqatçı Günay İsmayılova yalnız elmi uğurları ilə deyil, həm də elmə olan sevgi və bağlılığı ilə yeni nəsil alimlər üçün örnəkdir.

Söhbətimizin sonunda gənc alim ailəsindən də söz açır. O, 2 övlad anasıdır. Qızı və oğlu anasının elm yolunda qətiyyətlə irəliləməsindən hər zaman qürur duyurlar.


Zöhrə FƏRƏCOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Dövlət ümumi təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi haqqında

01:02
25 Sentyabr

O.M.Muradovun Naxçıvan Muxtar Respublikası Babək Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında

01:00
25 Sentyabr

Maka Boçorişvili: Azərbaycan-Ermənistan sülh prosesindəki irəliləyişlər region üçün vacibdir

21:06
24 Sentyabr

Azərbaycanın Afrika ölkələri ilə tərəfdaşlığının genişləndirilməsi müzakirə olunub

20:57
24 Sentyabr

Nazirlər Kabinetində geniş iclas keçirilib

20:28
24 Sentyabr

Si Cinpin: Çin və ABŞ münaqişə və qarşıdurmaya yol verməməlidir

20:12
24 Sentyabr

Ceyhun Bayramov İƏT-in 2027-ci il sammitinə hazırlıqdan danışıb

20:00
24 Sentyabr

Bakıda “Birliyin Gücü - 2026" birgə hərbi təliminin hazırlıq məşqləri keçirilib

19:48
24 Sentyabr

Azərbaycan-Moldova strateji tərəfdaşlığının gündəliyi nəzərdən keçirilib

19:17
24 Sentyabr

Azərbaycan və Albaniya XİN rəhbərləri ikitərəfli gündəliyi müzakirə ediblər

19:12
24 Sentyabr

Azərbaycanla Sent-Vinsent və Qrenadin arasında siyasi məsləhətləşmələrə dair Protokol imzalanıb

19:06
24 Sentyabr

"Birliyin Gücü – 2026” təlimində növbəti tapşırıqlar yerinə yetirilib

19:03
24 Sentyabr

Azərbaycanın ixracında Avropa İttifaqı ölkələrinin payı 53 faizi keçib – QRAFİK

18:50
24 Sentyabr

Qazaxıstanda ümummilli matəm elan edilib

18:50
24 Sentyabr

Daha dörd məsələ parlamentin plenar iclasına tövsiyə edilib

18:49
24 Sentyabr

Ombudsman Lənkəranda vətəndaşları qəbul edib

18:48
24 Sentyabr

BMT-də Azərbaycanın Kiçik Ada Dövlətləri üçün Əməkdaşlıq Proqramı təqdim olunub

18:46
24 Sentyabr

Azərbaycan ilə FAO arasında aqrar sahədə əməkdaşlıq perspektivləri müzakirə olunub

18:45
24 Sentyabr

Azərbaycanın daha bir boksçusu Avropa üçüncüsü olub

18:44
24 Sentyabr

DİN Formula 1 Azərbaycan Qran-Prisi ilə əlaqədar əhaliyə müraciət edib

18:42
24 Sentyabr

Yaponiyalı üzgüçü dünya rekordunu yeniləyib

18:41
24 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!