09 Sentyabr 2024 11:30
770
Təhsil
A- A+
Elm və təhsil naziri: Yeni tədris ilində “Ümumi türk ədəbiyyatı” və “Türk dünyası coğrafiyası” kitabları tədris ediləcək

Elm və təhsil naziri: Yeni tədris ilində “Ümumi türk ədəbiyyatı” və “Türk dünyası coğrafiyası” kitabları tədris ediləcək

 

2022-ci ildə Qazaxıstanın Nur-Sultan şəhərində Beynəlxalq Türk Akademiyasının Elmi Şurasının V iclasında Türk dünyasının ümumi dərslikləri - “Ümumi türk tarixi”, “Ümumi türk ədəbiyyatı” və “Türk dünyasının coğrafiyası” kitabları haqqında qərar qəbul olunub. Qardaş ölkələr arasında təhsil sahəsində əməkdaşlığın inkişafına yönəlmiş bu dərsliklər Türk Dövlətləri Başçılarının Zirvə görüşündə verilən tapşırıqlara uyğun olaraq hazırlanıb.

AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayev Türk Dünyası Ortaq Əlifbası Komissiyasının bu gün Bakıda keçirilən üçüncü iclasında bildirib. O əlavə edib: “2021-ci ildə İstanbulda Elmi Şuranın IV iclasında Türkiyənin təşəbbüsü ilə dərslik mətnlərinin təsdiqi ilə bağlı ekspertlərin iclası keçirilib və bu toplantıda “Ümumi türk tarixi”, “Ümumi türk ədəbiyyatı” və “Türk dünyasının coğrafiyası” dərsliklərinin mətnləri təsdiq edilib”.

“XV əsrə qədər türk xalqlarının tarixini özündə əks etdirən “Ümumi türk tarixi” dərsliyi yeddi bölmədən ibarətdir və türk xalqlarının tarixini müfəssəl şəkildə ortaya qoyur. “Türk dünyasının coğrafiyası” dərsliyinin məzmunu bütövlükdə türk dünyasının coğrafi mənzərəsinin formalaşdırılmasına, türklərin coğrafi anlayış və ideyalarının, eləcə də müstəqil türk ölkələrinin coğrafiyasının öyrənilməsinə yönəlib. “Ümumi türk ədəbiyyatı” dərsliyi erkən dövrdən başlayaraq şagirdlərdə milli ədəbiyyat tarixinə əsaslanan ümumi türk ədəbiyyatı və mədəni dəyərlər haqqında təsəvvür yaratmaq məqsədi daşıyır. Ötən ildən Azərbaycan, Qazaxıstan və Türkiyədə 8-ci sinif şagirdləri üçün “Ümumi türk tarixi” seçmə proqram kimi tədris olunur”, - deyə Emin Əmrullayev əlavə edib.

Nazir bildirib ki, 2024-2025-ci tədris ilində Azərbaycan məktəblərində şagirdlərə “Ümumi türk ədəbiyyatı” və “Ümumi türk coğrafiyası” kitabları tədris olunacaq.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan neftinin qiyməti 84 dollardan aşağı düşüb

10:15
15 Yanvar

DİN: Ötən gün 110 cinayətin üstünün açılması təmin olunub

10:14
15 Yanvar

Beynəlxalq axtarışda olan Azərbaycan vətəndaşı Moldovadan ekstradisiya edilib

10:13
15 Yanvar

TƏBİB: 35 minə yaxın şəxs qrip əleyhinə peyvənd olunub  

10:13
15 Yanvar

Keçmiş məcburi köçkünlər üçün növbəti maarifləndirmə tədbiri keçirilib

09:59
15 Yanvar

Almaniya Ukraynaya yeni yardım paketi təqdim edib

09:48
15 Yanvar

Britaniyalı nazir: Təyyarə qəzasının hərtərəfli və müstəqil araşdırılması işində Azərbaycanı dəstəkləyirik  

09:46
15 Yanvar

Prezident Tokayev: Qazaxıstan Trans-Xəzər beynəlxalq nəqliyyat marşrutunu inkişaf etdirmək niyyətindədir  

09:44
15 Yanvar

Cənubi Koreya Prezidenti həbs edilib YENİLƏNİB

09:42
15 Yanvar

Bakıda gənc hüquqşünaslar üçün “Lex Camp” düşərgəsinin açılışı olub

09:32
15 Yanvar

Smartfonların radiasiya təhlükəsindən necə qorunmaq olar

09:25
15 Yanvar

Alman partiyaları seçkilərə nə ilə gedir?

09:20
15 Yanvar

Sənət ocağının uğurlu layihələri davam edir 

09:15
15 Yanvar

Xalq rəssamının yaradıcılıq sehri

09:10
15 Yanvar

Orta dəhliz ortaq maraqlar marşrutudur

09:05
15 Yanvar

"Yaşıl sənaye"yə yaşıl işıq

09:00
15 Yanvar

Sağ ol Qazaxıstan, sağ ol qazax xalqı!

08:55
15 Yanvar

Paşinyanla bağlı şok iddia: "İstefaya hazırlaşır"

08:50
15 Yanvar

Azərbaycanın yeganə istəyi, məramı sülhdür

08:45
15 Yanvar

Ermənistanın Minsk qrupu ilə bağlı mövqeyi səmimi deyil

08:40
15 Yanvar

Paşinyan sülhsevər olduğunu əməldə göstərməlidir

08:35
15 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!