10 Yanvar 2025 14:31
1427
Təhsil
A- A+
Azərbaycanlı şagirdlər ABŞ-da Beynəlxalq Olimpiadada uğur qazanıb 

Azərbaycanlı şagirdlər ABŞ-da Beynəlxalq Olimpiadada uğur qazanıb 

“Global Olympiad Center”in təşkilatçılığı ilə azərbaycanlı şagirdlər ABŞ-ın Hyuston şəhərində keçirilən Fizika-Astronomiya və Təbiət Elmləri üzrə Beynəlxalq Kopernik Olimpiadasında böyük uğur əldə ediblər.

AZƏRTAC xəbər verir ki, olimpiadanın final mərhələsi yanvarın 5-10-da Rice Universitetində təşkil olunub və dünyanın müxtəlif ölkələrindən təxminən 300 şagird iştirak edib. Azərbaycanlı şagirdlər bu çətin elmi yarışda yüksək nəticələr göstərərək müxtəlif mükafatlar qazanıblar.

Ümumilikdə final mərhələsində Azərbaycanı 18 şagird təmsil edib. Onlardan 4-ü Fizika və Astronomiya, 14-ü isə Təbiət elmləri üzrə mübarizə aparıb. Şagirdlərimiz dünyanın müxtəlif ölkələrindən gələn iştirakçılarla rəqabət apararaq bilik və bacarıqlarını nümayiş etdiriblər.

Olimpiada çərçivəsində şagirdlərimiz Rice Universiteti ilə tanış olublar. Onlar Hyustonda yerləşən “Natural Sciences Muzeyi”nə baş çəkiblər və NASA-da təşkil olunan xüsusi vorkşopda iştirak ediblər. Şagirdlərimiz burada kiçik raketlər hazırlayıb və ulduzları müşahidə ediblər. NASA-da olan şagirdlərimiz beynəlxalq səviyyəli tanınmış alimlərlə tanış olub və elmi müzakirələr aparıblar.

Azərbaycanlı şagirdlərimizin göstərdiyi nəticələri təqdim edirik.

Medal qazananlar:


● Qızıl medallar:

○ Ziya Novruzsoy (Yaş kateqoriyası üzrə dünya çempionu)

○ Aylin Aşurlu (Yaş kateqoriyası üzrə dünya çempionu)

○ Mətanət Mustafayeva (Dünya üzrə ikinci yer)

○ Esma Nadirzadə (Dünya üzrə üçüncü yer)


● Gümüş medallar:

○ Atilla Musayev

○ Fatimə Əzimova

○ Yusif Yusifli

○ Camila Fərəcova


● Bürünc medallar:

○ Farrux Rəhimli

○ Məhəmmədhəsən Əzimov

○ Zəhra Əzimova

○ Mikayil Əhmadbayli

○ Üzeyir İsrafilzadə

○ Rüstam Yaradanquliyev


● Fəxri fərman:

○ Farrux Məhərrəmli

○ Xurşudbanu Abbaslı

○ Xədicə Qəhrəmanova


● İştirak sertifikatı:

○ İsa İsmayilzadə

Qeyd edək ki, azərbaycanlı şagirdlərdən dörd nəfər dünya sıralamasında ən yüksək yerləri qazanıb. Ziya Novruzsoy və Aylin Aşurlu dünya çempionu, Mətanət Mustafayeva dünya üzrə ikinci, Əsma Nadirzadə isə dünya üzrə üçüncü yerə layiq görülüblər. Şagirdlərimiz Bakıya yanvarın 13-də dönəcəklər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Qırğızıstan nümayəndə heyəti Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib  

11:33
07 Dekabr

Cüdo üzrə Azərbaycan çempionatında fərdi mübarizəyə yekun vurulub 

23:11
06 Dekabr

Zelenski: Amerika ilə növbəti addımlar və müzakirə formatları barədə razılığa gəlmişik  

22:41
06 Dekabr

Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə keçirilən beynəlxalq konfrans çərçivəsində ikitərəfli görüşlər davam edir  

21:35
06 Dekabr

Timişoarada Azərbaycan Rumıniya münasibətləri barədə müzakirə aparılıb  

20:20
06 Dekabr

Almaniya Kansleri İordaniya və İsrailə səfər edib  

19:51
06 Dekabr

Misli Premyer Liqasında XIV tura start verilib  

19:21
06 Dekabr

Cənubi Afrikada bir otelə basqın nəticəsində 11 nəfər qətlə yetirilib  

17:53
06 Dekabr

Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin bir sıra şirkətlərinin rəhbərlərini qəbul edib YENİLƏNİB  

17:48
06 Dekabr

 Xalq artisti Qədir Rüstəmovun anadan olmasının 90 illiyi qeyd edilib

17:41
06 Dekabr

Qadınlar və kişilər arasında cüdo üzrə Azərbaycan çempionatının açılış mərasimi olub

16:59
06 Dekabr

Kişineuda xeyriyyə yarmarkasında Azərbaycan öz stendi ilə təmsil olunub  

16:21
06 Dekabr

ABŞ Prezidenti Donald Tramp Prezident İlham Əliyevə təşəkkür edib

16:07
06 Dekabr

Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampdan

16:00
06 Dekabr

D-8 ölkələrinin Gənclər Dialoqunun açılış mərasimi keçirilib YENİLƏNİB 

15:53
06 Dekabr

Ombudsman Aparatının nümayəndələri Cenevrədə səfərdədirlər  

15:51
06 Dekabr

“Türkiye” qəzeti: Türkiyənin sərhəd əyalətlərində Zəngəzur Dəhlizinin açılışına hazırdırlar  

15:40
06 Dekabr

Sudanın Cənubi Kordofan vilayətində 79 mülki şəxs qətlə yetirilib  

15:37
06 Dekabr

Azərbaycan ilə Gürcüstan arasında təhsil və elm sahələrində əməkdaşlığın perspektivləri müzakirə olunub  

15:37
06 Dekabr

Yalçın Rəfiyev: Bakıda yeni D-8 mərkəzləri açmaq niyyətindəyik  

15:35
06 Dekabr

Azərbaycan gənclərinin COP29 təcrübəsini D-8-ə üzv ölkələrin gəncləri ilə bölüşmələrini istəyirik 

15:32
06 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!