15 Iyul 2024 19:28
184
DÜNYA
A- A+

Elektromobillərin təbiətə zərərləri

Elektromobil batareyaları arasında ən məşhuru litium-ion batareyalar hesab edilir. Litium-ion batareyaları isə özlərində perftoralkil və poliftoralkil maddələri birləşdirirlər. Bu maddələr isə ətraf mühitdə tez yığılır və hətta minilliklər belə parçalanmırlar.

PFAS maddələr batareyaları oda daha davamlı edir, elektrik keçiriciliyi xüsusiyyətini yaxşılaşdırırlar. Mütəxəssislər elektromobillər üçün nəzərdə tutulmuş batareyaların istehsalı ilə məşğul olan zavodların yaxınlıqlarında hava, su, torpaq və qar nümunələrinin tərkiblərində yüksək miqdarda PFAS maddələri aşkar ediblər. Bu maddələr qaraciyər zədələnməsinə, qanda xolesterin səviyyəsinin yüksəlməsinə və böyrəklərdə xroniki xəstəliklərin formalaşmasına səbəb ola bilərlər. Elektromobillərin istehsalı sayəsində atmosferə parnik qazlarının ifrazı səviyyəsinin aşağı salınması prosesi PFAS maddələrin ətraf mühitə yayılması kimi əks təsir proses ilə müşayiət olunmamalıdır. Əks halda ekoloji istehsal konsepsiyasının mənası itir.

Mütəxəssislər batareya istehsalçılarını PFAS maddələrin təsirlərinin aşağı salınması istiqamətində öz texnologiyalarını təkmilləşdirməyə çağırırlar.

 

Ülkər XASPOLADOVA,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video