10 İyun 2025 21:33
344
SİYASƏT
A- A+
Əcnəbi diplomatlar üçün təlim proqramına başlanılıb

Əcnəbi diplomatlar üçün təlim proqramına başlanılıb


Xarici İşlər Nazirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyi (AIDA) və ADA Universitetinin birgə əməkdaşlığı ilə “Əcnəbi diplomatlar üçün diplomatik xidmət təkmilləşdirmə proqramı (AFSP)” təliminə iyunun 10-da start verilib.

Nazirliyin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildirilib ki, illik əsasda keçirilən proqram beynəlxalq səviyyədə insan kapitalının inkişafı, Azərbaycanın təbliğatı və əməkdaşlığın gücləndirilməsi məqsədini daşıyır.

Cari ildə əsasən Asiya, Afrika, Latın Amerikası, Sakit okean və Şərqi Avropa regionlarından olmaqla 27 ölkədən 30 xarici diplomat proqramda iştirak edir.

Açılış tədbirində çıxış edən AIDA-nın rəisi Elməddin Mehdiyev xarici diplomatlara proqramın məqsəd və əhəmiyyəti barədə məlumat verərək, Azərbaycanın yeni donor ölkəsi kimi beynəlxalq yardım sahəsində qazandığı nailiyyətlərdən danışıb.

ADA Universiteti adından çıxış edən İxtisasartırma proqramının rəhbəri və Akademik işlər üzrə prorektorun müşaviri Aygün Hacıyeva proqramın məzmunu və ADA Universiteti tərəfindən həyata keçirilən beynəlxalq səviyyəli müxtəlif təlim proqramları haqqında geniş məlumat verib.

Cari il iyunun 21-dək davam edəcək proqramda xarici diplomatlara ADA Universitetinin professor-müəllim heyəti və Xarici İşlər Nazirliyinin təcrübəli diplomatları, eləcə də bir sıra dövlət qurumlarının mütəxəssisləri tərəfindən müxtəlif mövzulu, o cümlədən xarici siyasət, səmərəli diplomatik fəaliyyət, enerji və iqlim diplomatiyası, təhsil, turizm, rəqəmsal innovasiya ilə bağlı təlim və mühazirələr təqdim olunacaq.

Bununla yanaşı, iştirakçıların bir sıra rəsmi qurum və müəssisələrdə tanışlıq görüşləri keçirməsi, ölkəmizin zəngin tarixi və mədəniyyəti barədə geniş məlumat əldə etməsi, habelə Şuşa və Xankəndi şəhərlərinə səfərləri nəzərdə tutulur.

Xatırladaq ki, sayca səkkizinci olan proqramda indiyədək 70-dən artıq ölkədən 120-yə yaxın diplomat iştirak edib. Cari ildəki iştirakçılarla birlikdə təlim proqramında təmsil olunan ölkələrin sayı 90-a, iştirak edən xarici diplomatların sayı isə təxminən 150-yə çatıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan Prezidenti Milli Qurtuluş Günü münasibətilə sosial şəbəkədə paylaşım edib

00:16
15 İyun

Regionda baş verən son hadisələrlə bağlı Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib  

23:14
14 İyun

Xəzər sahilində “Viva La Vida Longevity Camp 2025” beynəlxalq konqresinin açılışı olub

21:37
14 İyun

Türkiyə və İran prezidentləri arasında telefon danışığı olub

21:29
14 İyun

Prezidentin Mətbuat Xidmətinin məlumatı

20:26
14 İyun

Londonda Kral Çarlzın rəsmi doğum günü keçirilib

19:24
14 İyun

Azərbaycan HDQ-nin gəmiləri "Xəzri-2025" birgə taktiki təlimi üçün yola düşüb

18:59
14 İyun

Böyük Britaniya və Şimali İrlandiyanın Kralı Əlahəzrət III Çarlza

18:47
14 İyun

Praqada Orta Dəhlizlə bağlı panel təşkil edilib

18:29
14 İyun

XİN: Azərbaycan ərazisindən hər hansı bir ölkə tərəfindən üçüncü ölkəyə qarşı istifadə edilməsi mümkün deyil

18:23
14 İyun

Azərbaycanın xarici işlər naziri türkiyəli həmkarı ilə bölgədə yaranmış vəziyyəti müzakirə edib

18:09
14 İyun

Pekində Çin-Azərbaycan Gənclər Forumu keçirilib

18:01
14 İyun

İtaliyanın Baş naziri dünya liderləri ilə Yaxın Şərqdəki vəziyyəti müzakirə edib

17:43
14 İyun

Bu gün Bakının 550 küçəsi yuyulub

17:37
14 İyun

DGK: 207 kiloqramdan artıq narkotik vasitə aşkar edilib

17:28
14 İyun

Son beş il ərzində Türkiyə ilə D-8 ölkələri arasında ticarət dövriyyəsi 126,6 milyard dollar təşkil edib

16:57
14 İyun

Papa Leo Yaxın Şərqdəki vəziyyətlə bağlı narahatlığını ifadə edib

16:45
14 İyun

2000 illik nəhəng ölçülü çəkmə  

16:00
14 İyun

İtaliyada dünyanın ən böyük asma körpüsü inşa ediləcək

15:59
14 İyun

AZAL bir sıra aviareysləri ləğv edib

15:54
14 İyun

Xankəndidə 37 il əvvəlin məzunları yarımçıq qalan “Son zəng”i qeyd ediblər  

15:47
14 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!