Azərbaycan mənliyini qoruyan, milli mənafeyini cəsarətlə müdafiə edən, öz iradəsini açıq şəkildə ortaya qoyan dövlətdir
Xalqın və dövlətin maraqlarını müdafiə etmək biz jurnalistlər üçün heç də həmişə asan olmayıb.
Güclülərlə hesablaşmalı olmuşuq.
Bəzən əsl həqiqəti olduğu kimi deyə bilməmişik.
Mövcud reallıqları, qüvvələr nisbətini nəzərə almaq məcburiyyətində qalmışıq.
İçimizdən gələn sərt ifadələri yumşaq "diplomatik" deyimlərlə əvəz etmişik.
* Çünki qaş düzəltdiyimiz yerdə göz çıxarmaqdan qorxmuşuq.
* Çünki uzun müddət özümüzdən qat-qat güclülərlə mübarizə aparmalı olmuşuq.
* Çünki aramızda naqislərin olduğunu, arxadan da zərbə vurulacağını düşünmüşük.
Gözləmişik!
Dözmüşük!
Dərdimizi içimizdə çəkmişik!
Dünyanın düzələcəyinə, bizim də güc sahibinə çevriləcəyimizə inanmışıq!
İnanmışıq ki, vaxt gələcək önümüzdə elə bir rəhbər, elə bir sərkərdə olacaq ki, biz ona güvənərək gücümüzü ortaya qoyacaq, arxalı və quduz düşmənə qalib gələrək qisasımızı alacaq, torpaqları murdar ləpirlilərdən təmizləyə biləcəyik!
Bəlkə də özümüzü belə bir möcüzənin baş verəcəyinə inandırmağa çalışmışıq!
* Görünür Tanrı səsimizi eşitdi!
* Görünür Tanrı dualarımızı qəbul etdi!
* Görünür Tanrı da belə haqsızlıqlara dözməyərək bizə müdrik rəhbər, qətiyyətli və uzaqgörən siyasətçi, qəhrəman və cəsarətli sərkərdə qismət edərək bütün əzab və iztirablarımıza birdəfəlik son qoydu, ən müqəddəs arzularımıza qovuşdurdu!
***
İnsanlar da, hətta dövlətlər də, adətən, gücləri çatmayan güclə hesablaşmaq məcburiyyətində qalırlar.
Əks halda...
XI qızıl ordu müstəqilliyin dadını cəmi 23 ay görmüş Azərbaycan Xalq Cümhuriyyətini işğal etdi!
Hələ ordu quruculuğunu tam başa çatdırmamışdıq!
Üstəlik, Qarabağda aranı qəsdən qarışdıran erməniləri sakitləşdirmək üçün olub-qalan hərbi hissələrin əsas qismini ora göndərmişdik.
Odur ki, Azərbaycan parlamenti son iclasında hakimiyyəti ordu sahibinin nümayəndələrinə döyüşsüz təhvil vermək barədə qərar qəbul etdi.
Amma yenə itkilərdən yayınmaq mümkün olmadı.
Repressiya maşını işə salındı, insanlar mal-mülk sahibi olduqlarına görə amansızlıqla cəzalandırıldılar, təkcə varidatları əllərindən alınmadı, həm də sürgünə göndərildilər, həbsxanaya salındılar, güllələndilər...
Ən əsası, millətin qaymaqları məhv edildi və ya sıradan çıxarıldı.
Dinə bilmədik, dözdük, yeni quruluşu alqışladıq, onun yaradıcılarını, repressiyanın başında dayananları təriflədik, vəsf etdik.
Başqa əlac yox idi.
Yetmiş ili belə yola verdik.
***
Yeni mərhələ "yenidənqurma" adlı oyunla başladı.
SSRİ-nin birinci və sonuncu prezidenti olan M.Qorbaçovun dirijorluğu ilə başlayan bu oyunbazlıqlar mahiyyətdə süquta uğrayan SSRİ adlı qırmızı imperiyanın iflasdan qorunmasına, yaşadılmasına xidmət edirdi.
Heyhat!
Yenə eyni metodlar işə salınmışdı: məkrli planlar, ögey-doğmalıq, ara qızışdırmaq, qan tökmək, məqsədə zorakılıqla çatmaq...
Hər şeyi dərk etsək də, zora zorla cavab vermək iqtidarında deyildik!
Odur ki, özümüzü o yerə qoymur, öz aramızda həqiqəti danışsaq da, reallıqda deyiləni edirdik.
MƏSƏLƏN:
* Yenidənqurmanı oyunbazlıq yox, "dərin islahatlar" adlandırırdıq.
* Ermənistandan vəhşicəsinə, zorla qovulanları qaçqın yox, "yaşayış yerini müvəqqəti tərk etmişlər", didərginlər yazırdıq.
* "Miatsum" bağıran separatçıları ərazi bütövlüyümüzə qəsd edənlər kimi yox, "iqtisadi cəhətdən geri qaldıqlarına görə etiraz edənlər" tək qəbul edirdik.
* Rusiyanın silahları ilə ordu quran Ermənistanı "görmür", həmin silahları götürüb Qarabağda yerli əhaliyə divan tutan "saqqallı"ların, "fədai"lərin dövlətdən "xəbərsiz" özbaşınalıq etdiklərinə "inanırdıq".
* Moskva xüsusi idarəetmə komitəsi yaradaraq Qarabağı Azərbaycanın tərkibindən çıxarıb həmin quruma tabe edəndə, komitəyə isə ermənipərəst emissarını rəhbər qoyanda bunu "mərkəzin bölgədə qayda-qanun yaratmaq istəyi" kimi "başa düşürdük".
Çünki həmin dövrdə Azərbaycana başçılıq edənlər Bakını tərk edən ermənilərin geri qayıdışından sevinərək xalqdan "muştuluq" istəyirdilər, SSRİ-nin qorunub saxlanılması üçün referendum keçirirdilər.
Amma Mirzə Ələkbər Sabir demişkən:
Neyləməli, göz görür, əqlim kəsir,
Mən Günəşi göydə dana bilmərəm!
Sonda bütün bu oyunlar torpaq itkisi ilə başa çatdı.
***
Qırmızı imperiyadan qurtarıb beynəlxalq aləmin riyakarlıqları ilə üzləşdik.
Dünyanın seçdiyi yolla getmək üçün bazar iqtisadiyyatı münasibətlərinə keçid etdik.
Vətəndaş cəmiyyəti quruculuğuna, demokratik prinsiplərin bərqərar edilməsinə, mətbuat və söz azadlığının, insan hüquqlarının qorunmasına nail olmaq üçün silsilə tədbirlər görməyə başladıq.
Təəssüf ki, belə bir məqamda da bizə ögey nəzərlərlə baxmağa adət edənlərdən kömək deyil, ermənipərəst dövlət və beynəlxalq təşkilatların, erməni diasporları tərəfindən rüşvətlə, korrupsiya yolu ilə ələ alınmışların qərəzli, qeyri-obyektiv, şər-böhtan xarakterli düşmənçilik hərəkətləri gördük.
ABŞ "Azadlığı Müdafiə Aktı"na 907-ci düzəlişi qəbul edərək işğalçı Ermənistanı deyil, işğala məruz qalan Azərbaycanı birbaşa dövlət yardımından məhrum edərək, əslində, zərərçəkəni cəzalandırdı.
Həmin ədalətsizlik bu gün də davam edir!
BMT-nin Təhlükəsizlik Şurası işğalla bağlı qəbul etdiyi 4 qətnamənin otuz il ərzində yerinə yetirilməsinə nail olmasa da, bu ali qurumun elə qərarları oldu ki, mürəkkəbi qurumamış həyata keçirildi.
Avropa İttifaqı və AŞPA daim hadisələrə erməni mövqelərindən yanaşdılar, işğal dövründə bircə dəfə də Qarabağda monitorinq keçirərək məruzə hazırladıb, parlamentdə və assambleyada müzakirəyə çıxarmadılar.
Beynəlxalq hüquq müdafiə təşkilatları söz, mətbuat azadlığından, insan haqlarından danışanda daha çox bizə irad tutmağa çalışdılar, Ermənistan tərəfindən bir milyondan çox azərbaycanlının pozulan hüquqlarını yada belə salmadılar.
ATƏT-in Minsk qrupu isə sülh danışıqlarını məqsədli şəkildə uzadaraq bizim işğalla barışacağımızı zənn edir, heç zaman işğalçı ilə işğala məruz qalan arasında fərq qoymur, erməni vəhşiliyini görməzdən gəlir, bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkünün hüquqlarının bərpasına hətta təşəbbüs belə göstərmirdi.
Hər dəfə təmas xəttində atəşkəs pozulanda bunu Azərbaycan tərəfinin üzərinə qoymağa can atır, danışıqların uzanmasını Azərbaycanın irəli sürdüyü şərtlərin "mümkünsüzlüyü ilə" izah etməyə çalışırdılar.
Əslində, bütün bunlar "zəif Azərbaycan"a təzyiqlərin müxtəlif forma və üsulları idi.
***
Təbii ki, Azərbaycan güclənmək üçün bütün vasitələrdən səmərəli istifadə edir, necə deyərlər, zamanı bada vermirdi.
Həm də bütün sahələrdə uğurla irəliləyirdi!
Transmilli layihələrin bütün əngəllərə baxmayaraq, uğurla reallaşdırılması, milli maraqlara söykənən daxili və xarici siyasət yürüdülməsi, beynəlxalq qurum və təşkilatlarda səmərəli işlər görülməsi, dövlət başçısının təşəbbüsü ilə "hücum diplomatiyası"na keçid, habelə güclü ordu quruculuğu xalqımızı sürətlə məqsədə doğru yaxınlaşdırırdı.
Prezident İlham Əliyevin diplomatik məharəti və siyasi fəhmi isə Azərbaycanın beynəlxalq nüfuzunun yüksəlməsinə, dost dövlətlərin sayının çoxalmasına münbit şərait yaradırdı.
BMT-nin Təhlükəsizlik Şurasının iclaslarına uğurlu sədrlik, Qoşulmama Hərəkatına vaxtı uzadılan rəhbərlik, I Avropa Oyunlarının və IV İslam Həmrəyliyi Oyunlarının yüksək səviyyədə təşkili, "vaksin millətçiliyi"nin ifşası, TDT-də səmərəli əməkdaşlıq Azərbaycanın dünyada nüfuzunun xeyli artmasına, onun əleyhinə yönəldilən düşmənçilik əməllərinin qarşısının vaxtında alınmasına səbəb olurdu.
Artıq güclənmiş Azərbaycan ona qarşı yönəldilən heç bir qərəzli hərəkəti və qeyri-obyektivliyi cavabsız buraxmırdı!
MƏSƏLƏN:
* İqtisadi və hərbi gücü sayəsində 44 gün ərzində Ermənistanı qarşısında diz çökdürməklə ordusunu darmadağın etdi, otuzillik işğala "dəmir yumruq"la son qoydu.
* Hərbi əməliyyatlar və sonrakı dövrdə Fransa dəfələrlə BMT-nin Təhlükəsizlik Şurasında Azərbaycan əleyhinə məsələni gündəliyə salmağa cəhdlər göstərsə də, Qoşulmama Hərəkatında rəhbərlik dövründə qazandığımız dostlar buna imkan vermədilər.
* Avropa İttifaqı özünün "sülh fondu"ndan Ermənistanın hərbi cəhətdən güclənməsinə vəsait ayırdığına görə dövlət başçımız bu qurumu sülh danışıqlarından uzaqlaşdırdı.
* AŞPA ermənipərəst mövqe tutaraq ədalətsiz şəkildə Azərbaycanın bu qurumda səsvermə hüququnu dayandırmaq istəyəndə Azərbaycan nümayəndə heyəti korrupsiyaya söykənmiş bu qərəzli əməli ifşa edərək fəaliyyətini qeyri-müəyyən müddətədək dayandırdığını bəyan etdi.
* ABŞ-nin Beynəlxalq İnkişaf Agentliyi (USAID) Ermənistana 120 milyonluq maliyyə yardımını 250 milyon dollara qaldıranda onun əməllərini ifşa edərək Azərbaycandakı fəaliyyətini dayandırdı, ofisini ölkədən çıxaracağını bəyan etdi.
* Rusiya Azərbaycanın AZAL-a məxsus sərnişin təyyarəsini vuraraq çoxsaylı insan tələfatına yol verməsinə rəğmən məsuliyyətdən yayınmaq, zərəri ödəməmək, üzr istəməmək yolunu tutduqda cavab addımlar atdı:
* Azərbaycan əleyhinə təhqiramiz ifadələr işlədən Rusiya Dövlət Dumasının deputatlarını Azərbaycan üçün arzuolunmaz şəxslər adlandıraraq ölkəmizə girişinə yasaq qoydu.
* Vaxtilə ədalətsiz olaraq Ümumrusiya Azərbaycanlılar Konqresinin fəaliyyəti dayandırılmışdı. Azərbaycan da Bakıdakı "Rus Evi"nin indiyədək qeydiyyatdan keçmədiyini əsas götürərək bağlanması qərarını çıxardı.
Artıq Azərbaycan heç kəsə onunla zor dilində danışmağa, yuxarıdan aşağı baxmağa yol vermir!
Ədalətsizlər, ambisiyalılar və əzələ göstərənlər dərhal cavablarını alırlar!
***
Otuz il tarix baxımından elə də böyük müddət deyil!
Milyardlarla yaşı olan qos-qoca dünya üçün 30-40 il nədir ki?!
Vətən həsrəti ilə yanan, ağır şəraitdə məşəqqətli qaçqın ömrü yaşayanlar üçün isə çox böyük zaman kəsiyidir!
Bir ictimai-iqtisadi formasiyadan digərinə keçid, yeni münasibətlərin formalaşdırılması üçün də otuz il çox azdır!
Amma Azərbaycan illərə və aylara baxmadı.
Gördüyü işləri ən qısa zaman kəsiyinə sığışdırmağı, mümkün olmayanları belə gerçəyə çevirməyi uğurla bacardı!
Bütün bunlara Heydər Əliyev siyasi kursu şərait yaratdı!
Bütün bunlara İlham Əliyev uzaqgörənliyi və siyasəti imkan verdi!
Nəyi nə vaxt və necə etməyi bacarmaq istedadı dəqiq, uzaqgörən və milli maraqların daim həyata keçirilməsinə şərait yaradan siyasət yürüdülməsini təmin edir.
Azərbaycan iqtisadi cəhətdən gücləndikcə siyasi mövqeyi də möhkəmlənir, beynəlxalq nüfuzu yüksəlir.
* Bu gün Azərbaycan təbii qazı və "Cənub qaz dəhlizi" ilə Avropaya gərəkdir.
* Bu gün Azərbaycan Orta dəhlizi ilə bir çox dövlət üçün faydalıdır.
* Bu gün Azərbaycan Cənubi Qafqazda yaratdığı yeni reallıqlarla bu bölgədə gözü olanları onunla hesablaşmağa vadar edə bilir!
Azərbaycan Prezidenti İlham Əliyev yeni reallıqlar yaratmaqla bahəm, milli maraqların qorunması və təmini sahəsində də həmişəki kimi israrlı və dönməzdir!
Azərbaycanı qüdrətli və nüfuzlu edən də məhz bu siyasi kurs, belə qətiyyətli siyasət və möhkəm iradə, dövləti maraqlarının təmininə sədaqətdir!
Bəxtiyar SADIQOV
Norveçdə kosmosa peyk buraxılışı uğursuz olub
Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti beynəlxalq konfransda gənc nəslin tərbiyəsində irsin rolundan danışıb
Azərbaycan Ordusunda Ramazan bayramı qeyd olunub
Britaniya miqrasiya ilə bağlı sərt tədbirlərə start verir
Almaniya klubunun baş məşqçisi istefaya göndərilib
Ermənistan silahlı qüvvələri növbəti dəfə təxribatlara əl atıb
Prezidentin Mətbuat Xidmətinin məlumatı
Azərbaycanın bədii gimnastları Bakıdakı turnirdə qızıl və bürünc medallara sahib çıxıblar
Sudan Azərbaycanın davamlı inkişaf və yenidənqurma sahəsində uğurlu təcrübəsindən bəhrələnəcək
Türkiyə əleyhinə xəbərlər yaymaqda və PKK ilə əməkdaşlıqda ittiham olunan şəxs həbs edilib
Mart ayının son günündə hava necə olacaq? - PROQNOZ
Azərbaycan gimnastı Bakıda keçirilən beynəlxalq turnirdə bürünc medal qazanıb
Son 5 gün ərzində region avtovağzallarından paytaxta 25800-ə yaxın sərnişin daşınıb
Şuşada bayram namazı qılınıb
Martın 30-da Ümumdünya Bipolyar Pozuntu Günü qeyd olunur
Səudiyyə Ərəbistanı Krallığının vəliəhdi, Baş nazir Məhəmməd bin Salman bin Əbdüləziz Al Səuddan
İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səuddan
Azərbaycan Premyer Liqası: Tura 2 oyunla yekun vurulacaq
Uzaq Şərqdə və Avstraliyada Azərbaycan mədəniyyəti təbliğ edilib
Bakının məscidlərində bayram namazı qılınıb
Birinci vitse-prezident Mehriban Əliyeva Ramazan bayramı münasibətilə paylaşım edib
Yeni strateji hədəflər qarşısında12 Mart 2025
İKİNCİ MÖCÜZƏ11 Mart 2025
Azərbaycan qadını - milli birliyimizin, mənəvi bütövlüyümüzün dayağı08 Mart 2025
Azərbaycan-Türkiyə birliyi türk dünyasına töhfədir07 Mart 2025
Bənzəri olmayan qardaşlıq06 Mart 2025
Müzəffər Ali Baş Komandanın qüdrətli Ordusu05 Mart 2025
"Azərbaycan"-ın 1918-1920-ci illərdə dərc olunan nömrələrinin transliterasiyası
BE | ÇA | Çə | CA | Cü | Şə | Bz |
1 | 2 | |||||
3 | 4 | 5 | 6 | 7 | 8 | 9 |
10 | 11 | 12 | 13 | 14 | 15 | 16 |
17 | 18 | 19 | 20 | 21 | 22 | 23 |
24 | 25 | 26 | 27 | 28 | 29 | 30 |
31 |
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!