27 Sentyabr 2026 11:33
797
SİYASƏT
A- A+
“Dəmir yumruğ”un Zəfər yürüşünün başlandığı tarix  

“Dəmir yumruğ”un Zəfər yürüşünün başlandığı tarix  


27 sentyabr Azərbaycan xalqının yaddaşında həm ağır sınaqların, həm də böyük Zəfərə aparan yolun başlanğıcı kimi yaşayır. 2020-ci ilin həmin günü başlayan Vətən müharibəsi 44 gün sonra Azərbaycanın parlaq qələbəsi ilə başa çatdı. Bu savaş təkcə işğal altındakı torpaqlarımızın azad olunması ilə nəticələnərək, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli siyasətini, xalqımızın milli iradəsini və Vətən uğrunda mübarizə ruhunu bütün dünyaya nümayiş etdirdi.

Məlum olduğu kimi, 2020-ci ilin yayında Ermənistan tərəfindən Tovuz rayonu istiqamətində təxribatın törədilməsi, avqust ayında ərazimizə diversiya qrupunun göndərilməsi, Qarabağda qanunsuz məskunlaşdırmanın aparılması, qondarma rejim üçün seçkilərin keçirilməsi, təmas xəttinə qoşunların cəmləşdirilməsi, İrəvanda Azərbaycan torpaqlarının işğalı ilə bağlı sərsəm fikirlərin səsləndirilməsi danışıqları tamamilə iflic vəziyyətinə salmışdı. Baş verənlər Ermənistanın yeni müharibəyə hazırlaşmasından xəbər verirdi.

2020-ci il sentyabrın 25-də Prezident İlham Əliyev Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi ilə görüşündə Ermənistanın hərbi hazırlıqları barədə ciddi xəbərdarlıq edərək demişdi: “Kəşfiyyat mənbələrimizdə məlumat var ki, çox ciddi hərbi hazırlıqlar gedir, onların hərbi qüvvələri təmas xəttində, dövlət sərhədində cəmləşir. Biz vəziyyəti izləyirik və özümüzü müdafiə edəcəyik, Tovuzda etdiyimiz kimi, başqa bir çox hallarda etdiyimiz kimi. Əgər onlar bizə hücum etsələr, peşman olacaqlar”.

Bundan iki gün sonra başlanan İkinci Qarabağ savaşı Prezident İlham Əliyevin bu sözlərinin təntənəsinə çevrildi. 2020-ci il sentyabrın 27-də Ermənistanın yeni hərbi təxribatlarının qarşısını layiqincə alan Azərbaycan Silahlı Qüvvələri özünün tarixi missiyasına, torpaqlarımızın azad edilməsi uğrunda hərbi əməliyyatlara başladı. “Dəmir yumruq” adını alan bu əməliyyat ilk saatlardan ordumuzun yüksək döyüş qabiliyyətinin və peşəkarlığının təntənəsi oldu. Vətən müharibəsinin ilk günündə Füzuli və Cəbrayıl rayonlarının bir neçə kəndinin, strateji yüksəkliklərin azad edilməsi göstərirdi ki, tezliklə düşmən döyüş meydanında məhv ediləcək və torpaqlarımız işğaldan azad olunacaq.

Vətən müharibəsinin ilk günlərindən Azərbaycan Ordusunun əldə etdiyi uğurlar həm də Ermənistanın illər ərzində yaratdığı “məğlubedilməz ordu” mifini alt-üst etdi. Cəbrayıl və Füzuli istiqamətində əldə olunan nailiyyətlər, Suqovuşanın, Hadrutun, Zəngilanın, Qubadlının azad edilməsi ordumuzun döyüş qabiliyyətini bütün dünyaya göstərdi. Müharibə günlərində Prezident İlham Əliyevin xalqa müraciətlərində çatdırdığı qələbə müjdələri respublikamızda coşqu ilə qarşılanaraq, xalqımızın birliyini, cəmiyyətimizin yalnız qələbə ovqatına kökləndiyini nümayiş etdirdi.

Şuşanın azad edilməsi Vətən müharibəsinin ən möhtəşəm səhifələrindən birinə çevrildi. Azərbaycan əsgərinin sıldırım qayaları aşaraq, ağır şəraitdə şəhərə daxil olması hərb tarixində misilsiz qəhrəmanlıq nümunəsi kimi yadda qaldı.

2020-ci il noyabrın 8-də Şuşanın azad olunması ilə müharibənin taleyi faktiki olaraq həll edildi. Bundan iki gün sonra Ermənistan kapitulyasiya aktı kimi tarixə düşən Üçtərəfli Bəyanatı imzalamağa məcbur oldu. Bu sənədə uyğun olaraq Ağdam, Kəlbəcər və Laçın rayonlarının döyüşsüz şəkildə Azərbaycana qaytarılması təmin edildi. 

Beləliklə, Azərbaycanın tarixi zəfəri ilə başa çatan Vətən müharibəsində 30 ilə yaxın işğal altında qalan torpaqlarımız azad olundu.

44 gün ərzində Azərbaycan həm də diplomatik müstəvidə və informasiya savaşında böyük üstünlük qazandı. Prezident İlham Əliyev bu cəbhələrdə də ölkəmizə qarşı olan təzyiqləri qətiyyətlə dəf etdi.

Beləliklə, Vətən müharibəsində əldə edilən Qələbənin arxasında, ilk növbədə, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin siyasi qətiyyəti və əzmi dayandı. Bu fəaliyyət beynəlxalq platformalarda aparılan uğurlu fəaliyyətlə tamamlanaraq torpaqlarımızın azadlığını uğurla təmin etdi.

İkinci amil Azərbaycan Silahlı Qüvvələrinin döyüş qabiliyyətidir. Müasir silahlarla təchiz olunmuş, peşəkar hərbçilərdən formalaşdırılmış ordumuz tarixi vəzifəsini şərəflə yerinə yetirdi.

Üçüncü amil milli birlik idi. Müharibə günlərində xalqımız yumruq kimi bir oldu, Prezident İlham Əliyevin ətrafında daha da sıx birləşdi.

Dördüncü amil gənclərimizin vətənpərvərliyi idi. Birinci Qarabağ savaşını və Qarabağı görməyən gənclərimiz torpaqlarımızın azadlığı uğrunda səfərbər oldular.

Biz torpaqlarımızı döyüş yolu ilə aldıq. Müharibə isə itkisiz ötüşmür. Torpaqlarımızın azad olunması ilə başa çatan 44 günlük savaşda oğullarımız qəhrəmanlıq salnamələri yaratdılar, canlarından keçərək şəhidlik məqamına ucaldılar. Onlar Vətənin azadlığını öz həyatlarından üstün tutdular. Şəhidlərimizin hər biri Azərbaycan tarixinin qəhrəmanlıq səhifəsinə öz adını yazdı.

Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması və bu gün üçrəngli bayrağının bütün Qarabağda dalğalanması şəhidlərimizin ən böyük arzusunun gerçəkləşməsidir.

Şəhidlərin əziz xatirəsi hər zaman uca tutulur. Prezident İlham Əliyevin 2 dekabr 2020-ci il tarixli Sərəncamı ilə sentyabrın 27-nin Azərbaycan Respublikasında Anım Günü kimi qeyd edilməsi şəhidlərimizin xatirəsinə göstərilən dərin ehtiramın ifadəsidir.

Anım Gününün 6-cı ildönümündə torpaqlarımızın azadlığı, Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsini minnətdarlıqla yad edir, qazilərimizə cansağlığı arzulayırıq.

Şəhidlərimizin adı Azərbaycanın tarixində əbədi yaşayacaq. Onların göstərdiyi qəhrəmanlıqlar yeni nəsillər üçün hərbi şücaət və Vətənə bağlılığın mənəvi örnəyidir.


Müşfiq MƏMMƏDLİ,

Milli Məclisin deputatı


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

İngiltərənin şərqində 2 min il yaşı olan kiçik ev itinin skeleti aşkar edilib  

17:21
20 Oktyabr

“Google Cloud”da problem yaranıb

17:17
20 Oktyabr

Cavanlaşmağın sirri “ölümsüz meduza”da ola bilər? 

17:16
20 Oktyabr

Bakıda Almaniya-Azərbaycan biznes konfransı keçiriləcək  

17:15
20 Oktyabr

Bakıda “Rəqəmsal Maliyyə Ekosistemi” mövzusunda konfrans keçiriləcək  

17:14
20 Oktyabr

Alberta Kanadanın tərkibində qalacaq  

17:11
20 Oktyabr

Yaponiya ABŞ-dən bu məsələ ilə bağlı kömək istəyib  

17:09
20 Oktyabr

Süni intellekt əsaslı köməkçi hansı imkanları təqdim edir?

17:09
20 Oktyabr

Katalon separatçılarının liderinə İspaniyaya qayıtmağa icazə verilib  

16:53
20 Oktyabr

Şabranda gələcəyin bacarıqları və ömürboyu öyrənmə gündəmə gəlib  

16:49
20 Oktyabr

Milli Məclisin sədri TÜRKPA-nın 15-ci plenar iclasında çıxış edib

16:45
20 Oktyabr

Parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi 6 məsələni plenar iclasa tövsiyə edib

16:41
20 Oktyabr

Səbinə Əliyeva Almaniya səfirinə Ombudsman Aparatının fəaliyyəti barədə məlumat verib  

16:38
20 Oktyabr

Qarabağ Milli Parkı yaradılır - SƏRƏNCAM

16:25
20 Oktyabr

Abbas Əraqçi: İran-Rusiya münasibətləri heç vaxt bu qədər yaxın olmayıb  

16:23
20 Oktyabr

“Şahinlərin Görüşü-2026” təliminin “Yüksək Səviyyəli Müşahidəçi Günü” təşkil olunub  VİDEO

16:14
20 Oktyabr

Azərbaycan və Mərkəzi Asiya qadın sahibkarlarının regional əməkdaşlığı müzakirə olunub  

16:13
20 Oktyabr

Eston deputat: Estoniya ilə Azərbaycan arasında dialoq və mədəni əlaqələr dərinləşir  

16:01
20 Oktyabr

Bakıda keçirilən dövlət qurumlarının informasiya texnologiyaları rəhbərlərinin VIII Zirvə Toplantısı başa çatıb

15:47
20 Oktyabr

Regiona barış gətirən qətiyyətli siyasət  

15:46
20 Oktyabr

Bakının qış mövsümünə hazırlıq işləri ilə bağlı hesabatlar dinlənilib  

15:41
20 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!