20 Mart 2019 01:15
4607
Mədəniyyət
A- A+
“Dədə Qorqud”un üç tonqalı qələbə rəmzidir!

“Dədə Qorqud”un üç tonqalı qələbə rəmzidir!


El-obamıza Novruz gələndə dağların zirvəsində qalanardı bu ocaqlar...


Mart ilin ən sevimli aylarından biridir. İlk növbədə ona görə ki, məhz bu ayda ana təbiət qış yuxusundan oyanır, torpaq cana gəlir, ötən ilin payızından isti ölkələrə uçub getmiş köçəri quşlar geri qayıdaraq ağacların budağında quruyub qalan yuvalarını bərpa edir.

Bununla da bir daha təsdiqlənir ki, yaşıl donlu bahar ömrümüzə - həyatımıza və həyətimizə ayaq başmaqdadır, ana təbiət hərdən şıltaqlıq edib üz-gözünü bozartsa da, lap elə qarı nənənin çəpişlərini vədəsiz yağan qar, çovğun qorxutsa da...

Təbiətin "oyanış ayı”nda çayların buzu əriyir, arxın kənarlarında yerin yeddi qatına kök atmış yarpız, gicitkən soyuq-sazaqdan qorxmayıb günəşə boylanır. Zirvəsi bəyaz dağlar baharın gəlişini duyub ağ çalmasını açmağa, yaşıl şala bürünməyə hazırlaşır.

Hələ bir qaya dibinə sığınmış novruzgülünə baxasız. Elə bilir ki, ondan tez oyanan yoxdur. Amma baxıb görəndə ki, danaqıran "onu yuxuya verib”, boynunu əyib kövrəlir, kol dibində bəndə düşən bənövşəni səsləyir, təbiət yenidən canlanır, qış donunu soyunmaqla yeni bir fəslin gəlişindən xəbər verir, başlayır o da nazlanmağa.

Novruz günlərinə qədər dörd çərşənbə yol gələn yaz fəsli Sudan keçib, Odda bişib, Yelin qanadlarında özünü Torpağa yetirəndə görüb ki, qarçiçəyi yerin bağrını yarıb. Novruzun təbiətə gətirdiyi oyanış, deyirlər ki, aran yerlərində daha çox hiss olunur. Lakin dağların Novruz bayramını necə qarşılamasının şahidi olanlar bu həqiqəti bəzən qəbul edə bilmirlər, onun da səbəbləri var.

Novruz bayramı günlərində (hətta çərşənbələr başlayandan) qəmli notlardan uzaq olmaq lazımdır. Bu da folklorumuzdan gəlmədir: dəm dəmi gətirər, qəm də qəmi. Ağrı-acılarımızı tonqalda yandırırıq ki, yeni baharımız, yazımız xoş əhvali-ruhiyyə gətirsin, şadlıq və sevincli günlər qədəm bassın həyatımıza. Belə günlərdə qəmlənmək olmaz, lakin nə yazıqlar ki, bu da hələlik mümkün deyil. Düşmən tapdağında qalan yurdlarımızda Novruz tonqalları qalanmır. Dədə Qorqud boylarından boy verən bu oyanış tapdaq altındakı yurdlarımızda illərdir ki, gecikir. Çünki orada yağı torpağa qayğı göstərmir, onu əkib-becərmir, əksinə, onu yaralayır.

Tədqiqatçı-alim, professor Dilqəm Quliyevin araşdırmalarına görə, Cəmşid Araz çayı kənarında məskən salıb məclis quraraq dünya hadisələrindən xəbərdar olub. Əl Biruni "Asar əl-Baqiyyə” adlı əsərində bu haqda belə yazır: "Deyirlər, Cəmşid bir sıra şəhərlər gəzib, nəhayət, Azərbaycana gələndə taxta çıxdı və camaat onu çiyinlərində apardı. Günəş şüaları həmin taxta düşdü. Camaat bu şöləni görüb həmin günü bayram etdi. Digər bir mənbədə isə deyilir ki, Cəmşid dünyanı seyr edirdi. Azərbaycana çatdıqda o, həmin gün taxta oturdu, camaat şadlıq etdi. Dedilər ki, bu gün Novruzdur - yeni gündür”.

Novruz bayramının Azərbaycanla bağlı olması barədə fikirlər əsrlər boyu davam edərək dövrümüzə qədər gəlib çatıb. Ümumiyyətlə, orta əsr mənbələrinə xas olan belə bir cəhəti qeyd etməliyik ki, həmin dövrlərdə bütün bayramların hökmdarların adı ilə bağlanmasına xeyli səy göstərilib. Bu isə dövrün xüsusiyyətlərindən irəli gəlirdi. Çünki orta əsrlərdə alim və şairlərin, demək olar ki, əksəriyyəti müəyyən hökmdarların tabeliyində və ya himayəsi altında olub.

...Dünyagörmüş şəhid anası Səmayə Mehdiyeva isə deyir ki, Novruz gecələrində sübhə kimi yatmayan təkcə oğlanlar və ya orta yaşlı kişilər deyil, qızlar da olurdu: "...Kənd qızlarının bir evə yığılması və orada mərasimlə bağlı müxtəlif oyunlar keçirmələri oğlanların da marağını çəkərdi. Həmin gecələrdə qız bəyənməyə çıxanlar da az olmazdı. Qızlar şirniyyat bişirər, nənələrindən qalma yadigarları yada salar - bəxtlərini sınayar, qapıpusmaya çıxardılar. Daha bir maraqlı oyun "Yelləncək” idi. Hündür yerlərdən kəndirlə yelləncək asardılar. İkiqat asılmış kəndirin bir tərəfində oğlan, digərinkində isə qız oturardı. Üz-üzə oturmuş bu cütlükləri bəzən yarızarafat-yarıgerçək sevgililər də adlandırardılar. Çünki qızlar yalnız bəyəndikləri oğlanla birlikdə yelləncəyə minərdilər...”

Qonşuların və qohumların, eləcə də küsülülərin bir-birinin evinə ayaq açması milli birliyin göstəricisi sayılırdı. Bayram günlərində küsülülər barışmalı, kimsə qanıqara olmamalıdır, xoş sözlər danışmalıdır. Çünki qapının arxasında "bəxtinə çıxan sözlər”i səbirsizliklə, təlaş və həyəcanla gözləyənlər olur. "Duzlu kömbə” yeyib yatanların yuxularının çin olacağı inamının da tarixi çox qədimlərə gedib çıxır...

Qalanan tonqalların qığılcımları göyləri yandırmasa da, düşmənin bağrını yarır, yarasaların gözlərini qamaşdırır. Dədə Qorqud Oğuz oğluna tapşırıb ki, dağların başında üç tonqal qalasın. Qoy düşmən bilsin ki, Oğuz yurdunun ocağı gur yanır... Bunun rəmzi mənası var. Üç tonqal qələbə rəmzidir! Üç tonqal qalamağa qadir olan xalqımızın Novruz bayramının özəllikləri az deyil. Bu milli bayramın əsrlər və minilliklər yola salması onun digərlərindən fərqli cəhətləridir. Vaxtilə dini don geydirilən və buna görə də sovetlər tərəfindən keçirilməsi yasaq edilən Novruz, əslində, mahiyyətini özü göstərir. O, təbiətin canlanması ilə fəsillərin yerinin dəyişməsini bildirir. Demək, il təzələnir. Milli-mənəvi sərvətlərimizdən sayılan Novruz bayramı özəllikləri ilə fərqlənir. Bəlkə də türk xalqlarının yeganə bayramıdır ki, bu əziz günlərdə böyüklü-kiçikli hər kəsin qəlbinə bir bahar təravəti, yaz duyğuları - coşqunluq, yüksək əhvali-ruhiyyə dolur.

Qədəmləri uğurlu, bərəkət sovqatlı olsun Novruz bayramının. Hər diləkdən bir mətləb hasil olur, deyirlər. Qoy builki Novruz yurd nisgillilərə, sadəcə, təsəlli deyil, xoş ovqat gətirsin, ümidləri cücərtsin...

Gəl, gəl, a yaz günləri, ilin əziz günləri...

Məhəmməd NƏRİMANOĞLU,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycanın 2 boksçusu Avropa çempionu olub  

10:40
18 Dekabr

Paytaxt məktəblilərinin müəllifi olduğu növbəti kitabın təqdimatı olub  

10:38
18 Dekabr

İsveç hökuməti seçkiöncəsi məlumatların bloklanmasına görə “Meta”dan izahat tələb edir  

10:03
18 Dekabr

Quterreş ABŞ və Venesuelanı BMT Xartiyasına əməl etməyə çağırıb  

09:47
18 Dekabr

 Miqrantların hüquqlarının müdafiəsində Ombudsman təsisatlarının rolu  

09:39
18 Dekabr

Ağdamda traktor minaya düşüb, xəsarət alan var – BİRGƏ MƏLUMAT

09:33
18 Dekabr

Səssiz təhlükə

09:00
18 Dekabr

Polis Akademiyasında təhsil almaq istəyən abituriyentlər üçün müsabiqə elan edilir

08:55
18 Dekabr

Nakam taleli rəssam

08:50
18 Dekabr

Bir ömrə sığmayan həyat

08:45
18 Dekabr

Ailə hüququnda aliment institutunun müasir tələbləri

08:40
18 Dekabr

İqtisadi inkişaf və rahat həyat abad yoldan başlayır

08:35
18 Dekabr

İşgüzar səfər, strateji hədəf

08:30
18 Dekabr

Ermənilər qərbi azərbaycanlıların doğma yurdlarına qayıtmalarını niyə böyük təhlükə hesab edirlər

08:27
18 Dekabr

Amnistiya təşəbbüsü geniş sosial əhatəyə malikdir

08:25
18 Dekabr

Azərbaycan-Türkiyə strateji müttəfiqliyi gündən-günə möhkəmlənir

08:20
18 Dekabr

Qətər Azərbaycanın Yaxın Şərqdə mühüm tərəfdaşıdır

08:15
18 Dekabr

Azərbaycan nümunəsi

08:10
18 Dekabr

Regiondakı yeni status-kvo Azərbaycanın hərbi-siyasi qələbələrinin nəticəsidir

08:05
18 Dekabr

Strateji tərəfdaşlığa əsaslanan uğurlu əməkdaşlıq

08:00
18 Dekabr

“Dövlət rüsumu haqqında” və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 11 aprel tarixli 177-VIIQD nömrəli Qanununun tətbiqi və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının 2016-cı il 15 mart tarixli 176-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 20 aprel tarixli 866 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 7 may tarixli 388 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə

01:23
18 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!