12 Oktyabr 2026 17:51
965
CƏMİYYƏT
A- A+
Daxili işlər naziri iranlı həmkarı ilə görüşüb

Daxili işlər naziri iranlı həmkarı ilə görüşüb


İranın daxili işlər naziri İskəndər Momeninin rəhbərlik etdiyi nümayəndə heyəti oktyabrın 12-də ölkəmizə səfərə gəlib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, İskəndər Momeni və onu müşayiət edən şəxslər Fəxri xiyabana gedərək, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin əziz xatirəsini ehtiramla anıblar. Görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın da əziz xatirəsi yad olunub. Nümayəndə heyəti daha sonra Şəhidlər xiyabanını ziyarət edib.

Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov İskəndər Momeni və onun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

İki ölkənin daxili işlər orqanları arasında əməkdaşlığın əhəmiyyətinə toxunan nazir Vilayət Eyvazov transmilli mütəşəkkil cinayətkarlığın əsas növlərindən olan narkotiklərin qanunsuz dövriyyəsi, beynəlxalq terrorçuluq, insan alveri, qanunsuz miqrasiya və kibercinayətkarlıqla mübarizənin diqqət mərkəzində dayandığını, onlara qarşı yalnız birgə səylərlə səmərəli mübarizə aparılmasının mümkünlüyünü vurğulayıb. O, qarşılıqlı fəaliyyətin yeni istiqamətlərinin müəyyənləşdirilməsi və ikitərəfli əlaqələrin daha da genişləndirilməsində Azərbaycanın Daxili İşlər Nazirliyinin maraqlı olduğunu bildirib.

Daha sonra nazir qonaqlara Azərbaycandakı mövcud kriminogen vəziyyət haqqında qısa məlumat verib, bildirib ki, hüquq-mühafizə orqanları sıx, qarşılıqlı əlaqədə mütəşəkkil cinayətkarlığa, beynəlxalq terrorizmə, ekstremizmə, separatizmə, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı kompleks tədbirlər həyata keçirir.

İranın daxili işlər naziri İskəndər Momeni səmimi qəbula və ətraflı məlumata görə minnətdarlığını bildirib. O, transmilli mütəşəkkil cinayətkarlıqla mübarizə sahəsində məlumat və təcrübə mübadiləsinin bölgədəki təhlükəsizliyə müsbət təsir göstərəcəyini qeyd edib, İranın hüquq-mühafizə orqanlarının azərbaycanlı həmkarları ilə əməkdaşlığın daha da dərinləşdirilməsinə böyük önəm verdiyini vurğulayıb.

Görüşdə İranın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Müctəba Dəmirçilu iştirak edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub

11:40
07 Noyabr

Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsi açılıb

11:31
07 Noyabr

Prezident İlham Əliyev Şuşa Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edib

11:27
07 Noyabr

Şuşanın azad edilməsi Prezident İlham Əliyevin qətiyyətli liderliyinin və xalqımızın milli birliyinin təntənəsidir

10:41
07 Noyabr

Bilmək istəyirəm

09:40
07 Noyabr

Respublika Uşaq Kitabxanasında maarifləndirici tədbir

09:35
07 Noyabr

Londonda 8 Noyabr – Zəfər Günü qeyd edilib  

09:32
07 Noyabr

Kiyev şəhəri və bölgəsi ballistik raketlərlə vurulub  

09:30
07 Noyabr

Torpağımızın göz yaşı Zəfərlə silindi

09:30
07 Noyabr

ABŞ, Azərbaycan və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli texniki planlaşdırma qrupları yaradıblar  

09:29
07 Noyabr

"Nida qoyulan tarix"

09:25
07 Noyabr

"Zəfərdən doğan işıq" adlı tədbir keçirilib

09:20
07 Noyabr

Neft sənayesinin inkişafında əvəzsiz rolu olmuşdur

09:15
07 Noyabr

Həm əfsanə, həm həqiqət

09:10
07 Noyabr

Zəfər davam edir

09:05
07 Noyabr

Qalib dövlətin sülh qətiyyəti

09:00
07 Noyabr

Milli birliyin, Vətən sevgisinin və tarixi qürurun təcəssümü

08:55
07 Noyabr

Azərbaycanın tarixi təcrübəsi - dondurulmuş münaqişədən tam qələbəyə 

08:50
07 Noyabr

ZƏFƏR gündəliyi

08:45
07 Noyabr

Zəfər Günü Azərbaycan xalqının birliyinin, dövlətimizin gücünün və milli iradəmizin rəmzidir

08:40
07 Noyabr

Zəfərin Xankəndi imzası

08:35
07 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!