08 İyul 2026 09:10
155
İQTİSADİYYAT
A- A+
Data suverenliyi rəqəmsal inkişafın əsas komponentidir

Data suverenliyi rəqəmsal inkişafın əsas komponentidir


Rəqəmsal transformasiyalar, data ekosistemin formalaşdırılması və süni intellekt texnologiyalarının tətbiqi dövlətin kibersuverenliyinin təmin edilməsi baxımından yeni çağırışlar və risklər yaradır. Beynəlxalq təcrübəyə nəzər saldıqda aydın olur ki, dövlətin kibersuverenliyinin təmin olunmasına dair fərqli yanaşmalar mövcuddur. Bu yanaşmalar əsasən texnoloji, infrastruktur, dataların idarə olunması və geosiyasi təsirlərin nəzərə alınması kimi komponentləri əhatə edir. 

Kibersuverenlik dövlətin rəqəmsal infrastrukturunu, data və informasiya axınlarını müstəqil olaraq müəyyən və idarə etmək imkanına malik olmasıdır. Başqa sözlə, kibersuverenlik dövlətin rəqəmsal resurslarına, o cümlədən, data, infrastruktur və proqram təminatına nəzarət etmək imkanlarının olması ilə ifadə olunur. Bu baxımdan, rəqəmsallaşma, rəqəmsal ekosistemin formalaşdırılması kibersuverenliyinin təmin olunması baxımından yeni təhdidlər yaradır. Aparılan tədqiqatlar göstərir ki, rəqəmsal ekosistemin yaradılması ilə bağlı risklərin, kibertəhdidlərin artması "data suverenliyi", "dövlətin İKT infrastrukturuna nəzarət suverenliyi", "platforma kimi dövlət" və s. konsepsiyaların işlənməsini zəruri etmişdir.

Rəqəmsal texnologiyaların sürətli inkişafı və kibertəhdidlərin artması şəraitində milli maraqların kiberməkanda qorunması məsələsi getdikcə daha da aktuallaşır. Data suverenliyi milli təhlükəsizliyin əsas elementlərindən birinə çevrilir. Dövlətlər data suverenliyinin təmin olunması üçün müxtəlif strategiyalar hazırlayırlar. 

Ölkəmizdə rəqəmsal inkişafın sürətləndirilməsi dövlət siyasətinin prioritet istiqamətlərindən biridir və hazırda dayanıqlı rəqəmsal arxitekturanın formalaşdırılması sahəsində mühüm tədbirlər həyata keçirilməkdədir. Cari ilin fevral ayında Prezident İlham Əliyevin sədrliyi ilə ölkəmizin yeni rəqəmsal inkişaf strategiyasına həsr olunmuş müşavirə keçirilmişdir və verilən tapşırıqlara əsasən "Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026-2028-ci illər üçün Fəaliyyət Planı" təsdiqlənmişdir. Rəqəmsal inkişaf üzrə fəaliyyət planına əsasən növbəti üç il üçün rəqəmsallaşma, süni intellekt, kibertəhlükəsizlik və innovasiya ekosisteminin inkişafını təmin edən konkret yol xəritəsi müəyyən olunmuşdur. 

İyunun 29-da Birinci vitse-prezident Mehriban xanım Əliyevanın sədrliyi ilə keçirilən Rəqəmsal İnkişaf Şurasının ilk iclasında rəqəmsal ekosistemin formalaşdırılması, yerli və xarici investisiyaların ölkəyə cəlb olunması, yerli startaplara dəstək göstərilməsi və daha səmərəli dövlət idarəetmə sisteminin yaradılması istiqamətində görülən işlər müzakirə olunmuşdur. Rəqəmsal İnkişaf Şurasının əsas vəzifəsi müxtəlif dövlət qurumlarının fəaliyyətini əlaqələndirmək, bütün dövlət qurumları ilə səmərəli işin təşkili, vahid yanaşma formalaşdırmaq və qəbul edilən qərarların vaxtında və səmərəli həyata keçirilməsinin təmin olunmasıdır. Məqsəd Azərbaycanı rəqəmsal inkişaf və süni intellekt sahələrində regionun aparıcı dövlətlərindən birinə çevirməkdir. Bu istiqamətdə beynəlxalq təcrübənin öyrənilməsi, uğurlu modellərin tətbiqi Azərbaycanın milli maraqlarının kiberməkanda qorunmasına, data suverenliyinin və kibertəhlükəsizliyin təmin olunmasına imkan verəcəkdir.

Kibersuverenlik bir dövlətin məlumatlarını, infrastrukturunu və rəqəmsal resurslarını, xüsusilə də xarici təsirdən, kibertəhdidlərdən və xarici nəzarətdən qorumaq, tənzimləmək və idarə etmək bacarığını ifadə edir. Beynəlxalq təcrübədə kibersuverenliyin təmin edilməsi məqsədilə təklif olunan arxitekturalara əsasən milli informasiya infrastrukturunun qorunması, məlumatların lokallaşdırılması, şəbəkə üzərində nəzarətin gücləndirilməsi və kibertəhlükəsizliyin artırılması kimi istiqamətləri əhatə edir. Bununla yanaşı, belə modellərin tətbiqi qlobal internetin açıq və sərhədsiz təbiəti ilə müəyyən ziddiyyətlər yaradır və beynəlxalq əməkdaşlığın əhəmiyyətini daha da ön plana çıxarır. Təklif olunan arxitekturalar, konseptual modellər əsasən rəqəmsal ekosistemin yaradılması, dataların idarə olunması, kibertəhlükəsizlik kimi aspektləri əhatə edir. 

İlk növbədə, birinci səviyyə - infrastruktur səviyyəsi ölkənin rəqəmsallaşması, rəqəmsal dünyada müstəqil və dayanıqlı inkişaf üçün lazım olan texnoloji infrastrukturu əks etdirir. Bu səviyyəyə yeni texnologiyaların, telekommunikasiya infrastrukturlarının inkişafı və kibertəhlükəsizliklə bağlı indikatorlar daxildir. Belə bir səviyyə ölkələrin texnoloji infrastrukturunu inkişaf etdirmək, yerli bazarı gücləndirmək və strateji müttəfiqlik qurmaqla digər ölkələrdən asılılığı minimuma endirməyi hədəfləyir. 

İkinci səviyyə - idarəetmə səviyyəsi bir region üzərində suverenliyin təmin edilməsi üçün hüquqi və institutsional mexanizmləri nəzərə almalıdır. Buraya tənzimləyici tədbirlər, eləcə də, informasiya texnologiyalarının  inkişafına  yönəlmiş  siyasətin formalaşdırılması və strategiyaların hazırlanması daxildir. Bu səviyyə rəqəmsal ekosistemin idarə olunması, nəzarətdə saxlanması üçün institusional potensialı əks etdirir. Başqa sözlə, dövlət strukturlarının rəqəmsal ekosistemini idarə etmək, hüquqi tənzimləmə və nəzarət etmək gücü nəzərdə tutulur. 

Nəhayət, üçüncü səviyyə - sosial suverenlik səviyyəsi vətəndaşların rəqəmsal texnologiyalardan necə istifadə etdikləri və onlara necə çıxış əldə etdiklərini əks etdirir. Bu göstəricilərə hər bir regionda internet istifadəçilərinin səviyyəsini göstərən rəqəmsal bacarıqlar və əlçatanlıq kimi amillər aid edilir. Qeyd olunan infrastruktur, idarəetmə və sosial səviyyələr bir-biri ilə bağlıdır və bu səviyyələr birləşərək ölkənin ümumarxitektur suverenlik ekosistemini formalaşdırır.

Hazırda kibersuverenlik konsepsiyasının reallaşdırılması mürəkkəb və çoxsahəli xarakter daşıyır və əksər ölkələr üçün onun tam şəkildə reallaşdırılması yaxın perspektivdə mümkün görünmür. Bu mənada rəqəmsal ekosistemin formalaşdırılması, data suverenliyinin təmin olunması dövlətlər üçün aktual məsələlərdən biri olaraq qalmaqdadır. Data suverenliyi, milli data ekosisteminin yaradılması və kibertəhlükəsizliyin təmin olunması baxımından bəzi dövlətlərin telekommunikasiya avadanlıqlarının, rəqəmsal platformaların istifadəsinə məhdudiyyət qoyulması ilkin addım hesab olunsa da, bu həll yolu sayıla bilməz. Nəzərə almaq lazımdır ki, azad bazar iqtisadiyyatının formalaşdırılması son dərəcə vacibdir və rəqəmsal platformalar üzərində ciddi nəzarət və onların fəaliyyətinə qoyulan məhdudiyyətlər də tamamilə düzgün yanaşma hesab oluna bilməz. Bu sahədə uğur əldə etmək üçün ölkələr davamlı investisiya, innovasiya və hüquqi tənzimləmə ilə yerli texnologiya şirkətlərin dəstəkləməsinə nail olmalıdırlar. Texnoloji monopoliyanı aradan qaldırmaq üçün tərəflərə bərabər imkanlar yaradılmalıdır. Bu isə beynəlxalq əməkdaşlıq və texnologiya transferinin daha ədalətli və davamlı əsaslar üzərində qurulmasına imkan verər.


Fərhad YUSİFOV,

Elm və Təhsil Nazirliyi İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri, texnika elmləri üzrə fəlsəfə doktoru, dosent

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

İranın sabiq Ali Rəhbərinin tabutu İraqa gətirilib

09:40
08 İyul

ABŞ İrana neft satmağa icazə verən müvəqqəti güzəştləri ləğv edib

09:30
08 İyul

Uşaqların zərərli təsirlərdən qorunması dövlətin sosial siyasətinin tərkib hissəsidir

09:20
08 İyul

Data suverenliyi rəqəmsal inkişafın əsas komponentidir

09:10
08 İyul

Rəqəmsal inkişaf strategiyasının hüquqi bazası formalaşdırılır

09:00
08 İyul

Ermənistanın konstitusiya imtahanı

08:50
08 İyul

Qarşılıqlı etimad üzərində qurulan strateji tərəfdaşlıq 

08:40
08 İyul

Yeni siyasi dinamika Azərbaycan-ABŞ əlaqələrini gücləndirir

08:30
08 İyul

Siyasi iradədən strateji tərəfdaşlığa

08:20
08 İyul

Azərbaycanın rəqəmsal inkişaf strategiyasında yeni mərhələ

08:10
08 İyul

Azərbaycan diplomatiyasının konturları

08:00
08 İyul

"Metrik Konvensiya"ya qoşulmaq haqqında

01:01
08 İyul

2029-cu ildə Azərbaycan Respublikasında əhalinin siyahıyaalınmasının keçirilməsi haqqında

01:00
08 İyul

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında

00:59
08 İyul

"Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikasının 2026-cı il 12 iyun tarixli 423-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi barədə

00:58
08 İyul

Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsinin icrası haqqında

00:57
08 İyul

“Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsinin icrası haqqında” Azərbaycan Respublikasının 2026-cı il 30 iyun tarixli 428-VIIQ nömrəli Qanununun tətbiqi barədə 

00:56
08 İyul

“GORAN PAMBIQ” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ SƏHMDARLARININ NƏZƏRİNƏ

00:55
08 İyul

DÇ-2026: Argentina Misiri son dəqiqələrdə vurulan qolla mübarizədən kənarlaşdırıb

22:30
07 İyul

Haaqada Azərbaycan və Niderland parlamentləri arasında geniş fikir mübadiləsi aparılıb

22:26
07 İyul

Kraudfandinq fəaliyyətinin hüquqi əsasları yaradılır

21:28
07 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!