07 İyul 2026 14:33
312
İQTİSADİYYAT
A- A+
Lənkəranda abadlıq işləri davam edir

Lənkəranda abadlıq işləri davam edir


Lənkəranda “Şəhərsalma və Memarlıq İli” çərçivəsində aparılan bərpa-yenidənqurma işləri davam edir. Bu işlər çərçivəsində parkların ərazisi tamamilə yeni dizaynda təmir olunur, tametlər yeni və ən müasir standartlara cavab verən yeniləri ilə əvəzlənir, səkilər və bardürlər isə insanların zövqünü oxşayan və rahatlığını təmin edən şəkildə yenilənir. 

Parkların ərazisində həmçinin yeni və daha rahat oturacaqlar qoyulur və ərazilərin işıqlandırılmasında ən yeni texnologiyalar tətbiq edilir. Bundan savayı, küçə və prospektlər boyu yerləşən çoxmərtəbəli binaların fasadları yenilənir, dam örtükləri əvəzlənir, fərdi yaşayış evlərinin hasarları suvaqlanır, fasad örtükləri rənglənir, səki kənarlarında təhlükəsizliyi təmin etmək və estetik görünüş yaratmaq üçün müasir dizaynda məhəccər və ya sərhəd divarları tikilir. Yaşıllıq zolaqlarının yenilənməsi, torpağın münbitləşdirilməsi, yerli iqlimə uyğun ağac və gül kollarının əkilməsi və qurumuş bitkilərin və alaq otlarının təmizlənməsi də unudulmur.

Lənkəran şəhərinin tarixi-mədəni irs abidələrindən olan Dairəvi qalada da təmir-bərpa işlərinə artıq start verilib, abidənin qorunması və estetik görünüşünün yaxşılaşdırılması istiqamətində müvafiq tədbirlər həyata keçirilir.

Yaxın zamanda isə “Lənkəran şəhərinin su təchizatı və kanalizasiya sisteminin yaradılması” layihəsinə uyğun olaraq, kanalizasiya sisteminin yenidən qurulması davam etdiriləcək və dövlət-özəl tərəfdaşlığı çərçivəsində yeni utilizasiya zavodunun tikintisinə başlanılacaq. Bu layihələr çərçivəsində təmir işləri aparılan ərazilərə yeni yollar çəkiləcək, kommunikasiya xətləri yenilənəcək və ya bərpa olunacaq.

Seyran CAVADOV

 “Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Şahdəniz"in kiçik "qardaş"ı

09:40
17 İyul

"Azərbaycan-Türkiyə münasibətləri ortaq milli iradənin formalaşdırdığı unikal müttəfiqlik modelidir"

09:35
17 İyul

"Bir Pəncərə" Rəqəmsal Logistika Platforması təqdim olunub

09:30
17 İyul

"Tərəfdaşlıq ruhu Azərbaycanın WUF13-ə evsahibliyi zamanı əsas yanaşmasını təşkil edib"

09:25
17 İyul

Heydər Əliyev irsi ədəbi düşüncələrdə

09:20
17 İyul

Ağdamda "Qarabağ şahinləri" batalyonunun komandiri Yaqub Rzayevin xatirəsi anılıb

09:15
17 İyul

Qarabağ Universiteti: inkişafın yeni mərhələsi

09:10
17 İyul

"Bakı ilə Bratislava arasında münasibətlər strateji tərəfdaşlıq məzmunu qazanıb"

09:05
17 İyul

Azərbaycan və Slovakiya arasında biznes körpüsü qurulur

09:00
17 İyul

Hüsamettin İNANÇ: "Türkiyə-Azərbaycan münasibətləri bütün türk dünyası üçün nümunəvi əməkdaşlıq modelidir"

08:55
17 İyul

Ortaq tarixdən strateji birliyə: Azərbaycan-Mərkəzi Asiya ölkələri əməkdaşlığının yeni dövrü

08:50
17 İyul

Nəqliyyat-logistika əməkdaşlığı Azərbaycan-Çin strateji tərəfdaşlığını daha da möhkəmləndirir

08:45
17 İyul

Dəyişən dünyada dəyişməz dəyər - milli birlik  

08:40
17 İyul

Rəqəmsal keçid Azərbaycanın gələcəyə hədəflənmiş inkişaf modelinin əsas istiqamətlərindən biri kimi

08:35
17 İyul

Şuşadan dünyaya uzanan dialoq körpüsü

08:30
17 İyul

Postmünaqişə dövrünün qlobal humanitar hadisəsi

08:25
17 İyul

IV Şuşa Qlobal Media Forumu: qlobal çağırışlar fonunda Azərbaycan

08:20
17 İyul

Azərbaycan-Türkiyə münasibətləri qardaş xalqlar modelinin dünyada ən uğurlu nümunələrindən biridir 

08:15
17 İyul

"Azərbaycanda şəhər transformasiyası sahəsində baş verən prosesləri öyrənmək istəyirik"

08:10
17 İyul

Yüksək etimad nümunəsi 

08:05
17 İyul

Azərbaycanın orta güc reallığı

08:00
17 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!