Daha bir potensial ixrac məhsulu - Azərbaycan ipəyi
Bu mövsüm kümçülərə 11 min qutudan çox ipəkqurdu paylanıb
Azərbaycanda ipəkçilik qədim tarixə malikdir. Burada istehsal olunan ipəklər hələ keçmiş zamanlardan Avropa bazarlarında satılıb. Alıcılar bu məhsulları həm keyfiyyətinə, həm də milli naxışlarına görə yüksək qiymətləndiriblər. Tarixi İpək yolunun Azərbaycandan keçməsi bu baxımdan təsadüfi deyil.
Ötən əsrin 70-ci illərində də Azərbaycanda baramaçılıq və ipəkçilik sürətlə inkişaf etmişdi. "Azərbaycan Respublikasında ipəkçiliyin gələcək inkişafına dair tədbirlər haqqında" 3 mart 1971-ci il tarixli qərardan sonra görülən işlər sayəsində bu sahənin maddi-texniki bazası, sənaye potensialı gücləndirilmiş, barama istehsalı və tədarükü xeyli artmışdı. Həmçinin baramaçılığın yem bazasını artırmaq üçün müvafiq torpaq sahələri ayrılmış, o cümlədən yol kənarlarında tut tingləri əkilmişdi.
Təəssüf ki, müstəqilliyin ilk illərində bütün sahələrdə olduğu kimi, baramaçılıqda da ciddi geriləmə baş vermişdi. Yaş barama istehsalı 1970-ci ildə 3,7 min, 1975-ci ildə 4,4 min, 1980-ci ildə 5 min, 1985-ci ildə 5,5 min ton olduğu halda, 1992-ci ildən kəskin şəkildə azalmağa başlayaraq, 2015-ci ildə 236 kiloqrama düşmüşdü.
Sahənin inkişaf etdiyi illərdə respublikamızda ildə 5-6 min ton yaş barama və ondan 350-400 ton xam ipək istehsal olunaraq 10 milyonlarla kvadratmetr müxtəlif çeşidli ipək parça toxunurdu. İpəkqurdunun bəslənməsi və barama istehsalı ilə 150 mindən artıq kəndli ailəsi məşğul olurdu. Azərbaycanın ipək sənayesində 14 min nəfərdən çox, o cümlədən "Şəki-İpək" kombinatında 7 min nəfərə yaxın daimi işçi çalışırdı. Azərbaycan barama istehsalına görə keçmiş sovetlər birliyində Özbəkistandan sonra ikinci, istehsal olunan ipəyin keyfiyyətinə görə isə birinci yeri tuturdu. "Şəki-İpək" kombinatı SSRİ-nin 75 müəssisəsinə ipək parça, 84 müəssisəsinə isə ipək sap göndərirdi. Şəki ipəyindən hazırlanan parçalar Yaponiya, İsveçrə, İtaliya və digər xarici ölkələrə ixrac olunurdu.
Sonralar Ordubad Baramaaçma Fabrikinin fəaliyyətini dayandırması, Qarabağ İpək Kombinatının yerləşdiyi Xankəndi şəhərinin işğal olunması və Şəki İpək Kombinatının işində çətinliklərin yaranması səbəbindən ölkədə barama istehsalı da kəskin şəkildə azalmağa başladı. Bu isə Azərbaycanda ipəkçiliyin bərpası üçün dövlət dəstəyinə ciddi ehtiyacın yaranması demək idi. Elə Prezident İlham Əliyevin 2016-cı il sentyabrın 15-də imzaladığı "Azərbaycan Respublikasında ipəkçiliyin inkişafına dövlət dəstəyi haqqında" sərəncam da bu ehtiyacdan irəli gəlirdi.
Sərəncamın icrası ölkədə ənənəvi kənd təsərrüfatı sahələrindən olan baramaçılığın inkişafı ilə yanaşı, əhalinin məşğulluğuna və sosial rifahının yüksəlməsinə də müsbət təsir etdi. 2017-ci il noyabrın 27-də isə dövlət başçısı tərəfindən imzalanan sərəncamla "Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018-2025-ci illər üçün Dövlət Proqramı" qəbul olundu.
Yeri gəlmişkən qeyd edək ki, hazırda dünya bazarında ipəyə olan tələbat yüksək, qiymət isə bahadır. Məsələn, bir ton xam ipəyin qiyməti təqribən 20 ton pambıq mahlıcının qiymətinə bərabərdir. Bu baxımdan Prezidentin imzaladığı hər iki sənədin əhəmiyyətini dəyərləndirməmək mümkün deyil.
Məlumdur ki, barama istehsalında yem bazası tut yarpağıdır. O da bəllidir ki, köhnə bağların çox hissəsi məlum səbəbdən məhv edilib. Bunun üçün də yeni tut bağlarının salınması vacibdir. Son illər ölkədə bir neçə milyon tut tingi əkilib. Bütün tinglər dövlət tərəfindən xaricdən valyuta ilə alınıb. 2025-ci ilədək ölkə üzrə 8 milyon tut tinginin əkilməsi nəzərdə tutulur. Hədəf isə həmin dövrdə 6 min ton barama istehsal etməkdir.
Barama istehsalçılarının bu sahəyə olan marağının artırılması məqsədilə dövlət dəstəyinin gücləndirilməsi istiqamətində tədbirlər həyata keçirilmiş və Nazirlər Kabinetinin 10 mart 2017-ci il tarixli qərarı ilə barama istehsalı ilə məşğul olan şəxslərə barama emalı və ipək istehsalı müəssisələrinin qəbul etdiyi bütün növ yaş baramanın hər kiloqramına görə dövlət büdcəsi vəsaiti hesabına 5 manat həcmində subsidiya verilməsi müəyyən edilmişdir.
Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumata görə, 2022-ci il barama mövsümü üçün kümçülərə hibrid ipəkqurdu sənaye toxumlarının paylanması prosesi başa çatıb. Bu il 40 rayondan olan kümçülərə əvəzsiz olaraq 11130 qutu ipəkqurdu toxumu (qrena) paylanıb. İpəkqurdu toxumunun inkubasiya prosesi Qax Damazlıq İpəkçilik Stansiyası ilə yanaşı, Bərdə, Ağsu, Füzuli və Zaqatala rayonlarında inşa edilmiş yeni baramaqurutma müəssisələrində də həyata keçirilib. Barama mövsümü ərəfəsində bütün kümxanalar dezinfeksiya edilib, kümçülər təlimlərə cəlb olunub.
Məlumatda həmçinin qeyd olunub ki, ölkədə baramaçılıq və ipəkçiliyin inkişafına dövlət dəstəyi kümçülərin bu sahəyə marağını ildən-ilə artırır. Kümçülərlə imzalanan müqaviləyə əsasən, 2022-ci ildən istehsal olunmuş hər kiloqram yaş barama "Azəripək" MMC tərəfindən 5 manata təhvil alınacaq, dövlət isə istehsal olunan hər kiloqram yaş baramaya görə kümçülərə 6 manat subsidiya ödəyəcək.
Nəzərə çatdıraq ki, bu il kümçülərə paylanan 11130 qutu ipəkqurdu toxumunun 10000 qutusu Çin Xalq Respublikasından gətirilib, 1130 qutu isə Qax Damazlıq İpəkçilik Stansiyasında istehsal olunub. İpəkqurdu toxumlarının paylanmasına aprel ayının sonlarından start verilib, paylanma mərhələsi rayonların coğrafi şəraiti nəzərə alınaraq mərhələli şəkildə həyata keçirilib.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndələri müxtəlif bölgələrə gedərək burada fəaliyyət göstərən kümxanalara baş çəkir, kümçülərlə söhbət edir, onların təkliflərini dinləyirlər. Səsləndirilən təkliflər qeydə alınaraq icrası üçün müvafiq tapşırıqlar verilir.
Rüstəm KAMAL,
"Azərbaycan"
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
"Azərişıq" ASC Kəlbəcər rayonunun Zod yaşayış məntəqəsi istiqamətində 35 kV-luq xəttin çəkilişini ye...
31 May
Hökumə Billuri (Həkimə İbrahim qızı Billuri) "Xalq Əmanəti" layihəsinin 23-cü nəşrində
31 May
Azercell abunəçilərinin nəzərinə
31 May
Azərbaycan Respublikası 1970-ci il Konvensiyasının Yardımçı Komitəsinə üzv seçilib
30 May
Xocalıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub
30 May
İyunun 3-ü gündüzədək ölkə ərazisində hava şəraiti qeyri-sabit keçəcək
30 May
Böyük Britaniya Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Mədəniyyət Nazirliyində olub...
30 May
Azərbaycan ilə Rusiya arasında Xəzər dənizi məsələləri üzrə məsləhətləşmələr keçirilib...
30 May
Avropa İttifaqı Şurasının nümayəndə heyəti Milli Məclisdə olub
30 May
Maldiv Respublikasının Prezidenti İbrahim Məhəmməd Solihdən
30 May
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
Prezident İlham Əliyev Moskvada Ali Avrasiya İqtisadi Şurasının geniş tərkibdə iclasında iştirak edi...25 May 2023

Azərbaycanın Avropa İttifaqındakı strateji tərəfdaşı24 May 2023

Günnüt əməliyyatı: böyük zəfərə aparan yollardan biri21 May 2023

El yurda qayıdır19 May 2023

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva XVI “Caspian Agro” və XXVIII “InterFood Aze...17 May 2023

Brüsseldə 5-ci görüş16 May 2023

OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!