21 Oktyabr 2024 13:30
252
SİYASƏT
A- A+
Cozef Bayden: ABŞ Azərbaycanla Ermənistan arasında dayanıqlı və ləyaqətli sülhün əldə edilməsinə dəstək verməyə hazırdır

Cozef Bayden: ABŞ Azərbaycanla Ermənistan arasında dayanıqlı və ləyaqətli sülhün əldə edilməsinə dəstək verməyə hazırdır

İki ölkə arasında münasibətlərin normallaşdırılmasına xidmət edəcək sülh sazişinin yekunlaşdırılması istiqamətində ölkənizin və Ermənistanın əldə etdiyi davamlı tərəqqidən məmnunam. Sizi əmin etmək istəyirəm ki, ABŞ əsrlər boyu davam edən münaqişəyə nəhayət son qoyacaq Azərbaycan ilə Ermənistan arasında dayanıqlı və ləyaqətli sülhün əldə edilməsinə dəstək verməyə hazırdır.

AZƏRTAC xəbər verir ki, bu fikirlər ABŞ Prezidenti Cozef Baydenin Prezidenti İlham Əliyevə məktubunda yer alıb.

ABŞ Prezidenti məktubunda, həmçinin qeyd edib: “Sülh sazişi Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün təmin edilməsi ilə yanaşı, bütün regionu transformasiya edəcək, Avropa və Mərkəzi Asiya arasında daha çox ticarətə, sərmayə qoyuluşuna və bağlılığa xidmət göstərəcək. Dünyanın diqqəti COP29 ilə bağlı Bakıya yönəldiyi bir vaxtda qlobal ictimaiyyətə sülhə sadiqliyinizi nümayiş etdirmək üçün misilsiz imkana maliksiniz. Bildiyiniz kimi, sülh sazişinin razılaşdırılmamış bəndlərinə dair işin yekunlaşdırılması hər iki tərəfdən kreativlik və güzəşt tələb edəcək. Lakin əminəm ki, bu imkandan yararlanmağa davam edəcəksiniz. Mən Sizi cari ildə sazişi yekunlaşdırmağa dəvət edirəm”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Səfir: Milli Məclis Türkiyə-Azərbaycan münasibətlərinin dərinləşməsinə mühüm töhfələr verir

18:13
21 Oktyabr

BMT-nin İnsan Hüquqları Komitəsinin iclasında BTQ-nin icraçı direktoru Abbas Abbasov bəyanatla çıxış edib  

18:03
21 Oktyabr

Milli Məclisdə Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupu yaradılıb

17:56
21 Oktyabr

Ehtiyac anında hissələrini kəsə bilən robot istehsal edilib

17:33
21 Oktyabr

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri BMT Baş katibinin müavini ilə görüşüb

17:26
21 Oktyabr

Rusiyanın səfiri XİN-nə çağırıldı

17:16
21 Oktyabr

Senatordan Kral Çarlzın çıxışına etiraz

17:15
21 Oktyabr

NASA-nın yeni tədqiqatı Marsda həyat əlamətlərinin ola biləcəyini göstərir

17:14
21 Oktyabr

CO29 çərçivəsində Azərbaycanın “Yaşıl iqtisadiyyat” ölkəsinə çevrilməkdə olduğu bütün dünyaya nümayiş etdiriləcək

17:12
21 Oktyabr

Siyəzəndə on gündə 12 minə yaxın ağac əkiləcək

17:11
21 Oktyabr

AYNA: “Qırmızı körpü” gömrük postunda 300 avtomobil gözləyir

17:10
21 Oktyabr

Cenevrədə beynəlxalq konfransda Azərbaycanda qadın hüquqları sahəsində görülən işlərdən danışılıb

17:08
21 Oktyabr

Dövlət Komissiyası qeydiyyatdan kənarda qalmış itkinlərin ailələrinə müraciət edib

17:07
21 Oktyabr

Xərçəngi aşkarlayan süni zəka sistemi təqdim edilib

17:04
21 Oktyabr

“Məşğulluğa dəstək” layihəsi üzrə 17 mindən çox şəxs üçün kiçik bizneslər yaradılıb

17:03
21 Oktyabr

Naxçıvana mövsümün ilk qarı yağıb

16:50
21 Oktyabr

İntizam Komitəsində Azərbaycan Kubokunda qeydə alınan qayda pozuntularına hüquqi qiymət verilib

16:49
21 Oktyabr

Başqırdıstanda “Heydər Əliyev – Həyatın 100 anı” kitabının təqdimatı keçirilib

16:48
21 Oktyabr

Macarıstanın Baş naziri: Avropa İttifaqı avropalıları unudub

16:41
21 Oktyabr

“Harrisin qalibiyyəti, bu şəbəkənin sonu olacaq” - Kim Dotcom

16:34
21 Oktyabr

Qazaxıstanın ən uzun körpüsü açıldı

16:26
21 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!