17 Noyabr 2024 09:01
757
COP29
A- A+
COP29 inkişaf etməkdə olan ölkələrə ümid verir  

COP29 inkişaf etməkdə olan ölkələrə ümid verir  

Müxtəlif səbəblərə görə dünya qeyri-bərabər səviyyədə inkişaf edib. Belə mənzərə iqlim dəyişikliklərinin coğrafiyasında da özünü göstərir. Yəni inkişaf etmiş Avropa ölkələri qitədə tullantısız enerji əldə etmək üçün milyardlarla avro investisiya qoya bilir.  Lakin Afrika ölkələrinin belə bir imkanları yoxdur və o üzdən düşdükləri acınacaqlı durumdan çıxmaq üçün onlara dəstək verilməlidir. 


Onu da qeyd edək ki, Afrika ölkələrində ətraf mühitin çirklənməsində elə həmin  inkişaf etmiş ölkələr günahkardır. Onlar artıq neçə onilliklərdir Afrika ölkələrinin təbii sərvətlərini amansızcasına istismar edirlər və bu zaman heç bir normalara əməl etmirlər. Bu yolla özlərinə rahat və firavan həyat təmin edən Avropa dövlətləri Afrika və dənizaşırı ölkələrə fəlakətli həyat "bəxş" edirlər. Buna görə də iqtisadi və texnoloji cəhətdən geridə qalan həmin ölkələr təkbaşına bu problemlərin aradan qaldırılmasının öhdəsindən gələ bilmirlər. 

Amma Azərbaycanda  keçirilən COP29 həmin ölkələrdə bir ümid yaradıb. Belə ki, Prezident İlham Əliyev həmin dövlətlərə dəstək göstərilməsinin vacib olduğunu bütün dünyaya bəyan edib. Dövlətimizin başçısının bu ədalətli mövqeyi hələ də müstəmləkə zülmündən, siyasi, maddi və mənəvi zülmdən əziyyət çəkən ölkələrdə özgüvənliyi artırıb. 

COP29 çərçivəsində Fransa və Niderlandın müstəmləkəsi altında olan Afrika ölkələri və dənizaşırı ərazilərin nümayəndələrinin keçirdiyi "Yaşıl və müstəmləkəsiz dünya naminə həmrəylik" adlı dinc aksiyanın iştirakçısı, "One St Martin" Assosiasiyasının prezidenti Roda Arrindell bildirib ki, o, müstəmləkə zülmü altında necə əziyyət çəkdiklərini dünyaya göstərməyə çalışır: "COP29-a gələndə heç bir gözləntim yox idi. Sadəcə iştirak üçün gəlmişdim. Ancaq Azərbaycan Prezidenti İlham Əliyev bizim Fransa və Niderlandın müstəmləkəsi altında olduğumuzu tanıyan mesajını eşidəndə çox təəccübləndim. Çünki müstəmləkəçi dövlətlər tez-tez adalarımızın müstəmləkə olmadığını söyləyirlər. Onlar deyirlər ki, onların əraziləridir, onların dənizaşırı əraziləridir, onlar bərabərhüquqlu tərəfdaşlardır. Ancaq yerlərdə reallıq çox fərqlidir. Ona görə də COP29-da Azərbaycan Prezidentinin çıxışından ruhlandıq. O, çox yaxşı Liderdir, reallığı öz həmkarlarına deməyə cəsarəti çatan Liderdir".

Məlum olduğu kimi, Şimali Afrikanın ən zəngin ölkəsi olan Liviya Amerika və Avropa ölkələrinin hərbi təcavüzü nəticəsində xarabazarlığa dönüb. Hazırda bu ölkə ciddi sosial-iqtisadi və ekoloji problemlər yaşayır. Dövlətin ikiyə bölünməsi, iqtisadi gerilik bu ölkəyə öz ekoloji problemlərini müstəqil şəkildə həll etməyə imkan vermir.  Liviyanın "Climate Action Network" təşkilatının nümayəndəsi Semi Almabruk deyir ki, COP sessiyalarında mütəmadi iştirak edir: "Azərbaycanda COP29 konfransı yüksək səviyyədə təşkil olunub. Burada dünyanın bir çox ölkəsindən liderlər, ekspertlər, nümayəndələr iştirak edirlər. Onlar bir-biri ilə öz təcrübələrini bölüşür, danışıqlar aparır, əməkdaşlıqlar qururlar. İstəyirəm ki, burada verilən vədlər söz olaraq qalmasın, onlar icra olunsun. Xüsusən iqlim dəyişikliyindən ən çox zərərçəkən ölkələr dəstəklənsin. Dünya çox sayda təbii fəlakətlərdən əziyyət çəkir, o cümlədən mənim ölkəm Liviya da. Elə ölkələr var ki, onlarda lazımi infrastruktur yoxdur. Mənim bu konfransdan  gözləntilərim var. Dünya indi kritik vəziyyətdədir. Hazırda insanlar iqlim dəyişmələrinin zərərləri barədə daha çox məlumatlıdırlar. Biz birgə səylər nəticəsində bu problemin öhdəsindən gələ bilərik".

Cənubi Afrikanın "Indalo Inclusive" qeyri-kommersiya təşkilatının direktoru və əməliyyatlar üzrə müdiri Rest Kancu inkişaf etmiş dövlətlərin inkişaf edən ölkələri "yaşıl enerji"yə  keçiddə dəstəkləmələrinin zəruri olduğunu vurğulayır: "Biz öz növbəmizdə bu işə lazım olan töhfəni verməyə hazırıq. Başqa ölkələrdən olan  tərəfdaşlardan lazımi bilikləri əldə etməyə çalışırıq". 


  1. Rüstəm KAMAL,
  2. "Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Vətəndaş cəmiyyəti təmsilçiləri Bakıda Frank Peloniyə qarşı növbəti dəfə etiraz aksiyası keçiriblər

00:39
18 Noyabr

Moldovanın xəbər portalında COP29-un əhəmiyyətinə dair məqalə dərc edilib  

23:58
17 Noyabr

Baş nazir Əli Əsədov “Barselona”nın prezidenti ilə görüşüb  

22:03
17 Noyabr

Azərbaycanın su təsərrüfatı sisteminin inkişafını hədəfləyən infrastruktur layihələri müzakirə olunub

21:03
17 Noyabr

“Əş-Şarq əl-Avsat” nəşri Azərbaycan Prezidentinin COP29-da çıxışından yazıb

20:59
17 Noyabr

Sahibə Qafarova Rusiya Federal Məclisinin Federasiya Şurası sədrinin birinci müavini ilə görüşüb

19:37
17 Noyabr

COP29 çərçivəsində xarici jurnalistlər üçün qoruqlara mediatur təşkil edilib  

19:24
17 Noyabr

COP29 çərçivəsində Bakıda keçirilən Parlament Görüşü başa çatıb YENİLƏNİB 

18:27
17 Noyabr

Səudiyyə Ərəbistanı mediası Azərbaycanda dənizdə ilk külək enerjisi stansiyasının tikintisi ilə bağlı razılaşmadan yazıb  

17:58
17 Noyabr

Martin Çunqonq: İqlim dəyişikliyi məsələsində təcili və qətiyyətli tədbirlər görməliyik  

17:49
17 Noyabr

Britaniyanın “Telegraph” və “The World of Fine Wine” nəşrlərində Azərbaycanda şərabçılığın inkişafından bəhs edən məqalələr yayımlanıb

17:32
17 Noyabr

Pakistan Fövqəladə Halların İdarə edilməsi üzrə Milli Qurumunun sədri FHN-in Akademiyasında olub  

17:09
17 Noyabr

Fərid Qayıbov: Su və təbiətin təmiz olması insan həyatı üçün önəmlidir  

16:47
17 Noyabr

COP29 çərçivəsində Bakıda “Həmkarlar ittifaqları üçün strateji gün” mövzusunda tədbir keçirilib

16:43
17 Noyabr

COP29-da iqlimin səbəb olduğu miqrasiya və məcburi köçkünlüyün həlli yolları axtarılıb

16:40
17 Noyabr

COP29 çərçivəsində keçirilən Parlament Görüşünün yekun sənədi qəbul olunub  

16:39
17 Noyabr

COP29-da iqlimin səbəb olduğu miqrasiya və məcburi köçkünlüyün həlli yolları axtarılıb

16:36
17 Noyabr

Sabah paytaxtda fasilələrlə yağış yağacağı gözlənilir  

15:07
17 Noyabr

COP29-un qadınlarla bağlı panel sessiyasında zərif cinsin nümayəndələrinin ambisiyalı olmalarına çağırış edilib

14:57
17 Noyabr

Prezident İlham Əliyev ICESCO-nun Baş direktoru ilə görüşüb YENİLƏNİB

14:53
17 Noyabr

Prezident İlham Əliyev Kuala Lumpur şəhərinin meri ilə görüşüb YENİLƏNİB

14:49
17 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!