17 Noyabr 2024 09:12
845
CƏMİYYƏT
A- A+
Bakıda dünyanın iqlim böhranının həlli yolları araşdırılır  

Bakıda dünyanın iqlim böhranının həlli yolları araşdırılır  

Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) dünya dövlətlərinin ciddi marağına səbəb olub. COP29 məkanında dünyanın müxtəlif regionlarından olan nümayəndələr xarici pavilyonlarla yanaşı, milli pavilyonlara da xüsusi maraq göstərirlər.

COP29 sədrliyi iqlim dəyişmələri, münaqişə və humanitar ehtiyaclar kimi aktual problemlərin həllinə yönəlmiş mühüm təşəbbüs - Sülh, Yardım və Bərpa üçün İqlim Fəaliyyətinə dair Bakı Çağırışına (BCCAP) start verib. 

İqlim dəyişməsinin su qıtlığı, ərzaq məhsullarının çatışmazlığı, torpaqların deqradasiyası və insanların yer dəyişməsi kimi mənfi təsirlərin, xüsusilə iqlim dəyişməsinə ən həssas olan regionlarda münaqişə və qeyri-sabitlik üçün katalizator rolunu oynadığı getdikcə daha çox aydın olur.

Sözügedən çağırış Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov tərəfindən COP29-un Sülh, Yardım və Bərpa Gününün açılışı münasibətilə keçirilən "İqlim və Sülh: Hər kəsin iştirakını təmin etmək üçün birgə fəaliyyətə təkan vermək" adlı yüksəksəviyyəli panel sessiyasında elan edilib. Tədbir iqlim dəyişməsi nəticəsində yaranan münaqişələrin qarşısının alınmasına, həm iqlim təsirlərinə, həm də münaqişələrə həssas olan ölkələrə, xüsusən də mühüm humanitar ehtiyacları olanlara dəstəyin artırılmasına yönəlmiş strategiyanı formalaşdırmaq üçün dünya miqyasında Şimal və Cənub ölkələrindən nazirlər və hökumət nümayəndələrini bir araya gətirib. Qəzetimizin əməkdaşları dünən COP29-un sədrliyi tərəfindən təşkil və idarə olunan "yaşıl zona"da konfrans iştirakçılarının fikirlərini öyrənib.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yanında İctimai Şuranın üzvü, Gənclərin Antinarkomaniya İctimai Birliyinin sədri Billur Məmmədova deyir ki, COP29-un Azərbaycan paytaxtında keçirilməsi, hökumət və vətəndaş cəmiyyətləri nümayəndələrinin, elm adamlarının və ekspertlərin Bakıda toplaşaraq iqlim böhranının həlli yollarını müzakirə etməsi həm ölkəmiz, həm region, həm də ümumilikdə bəşəriyyət üçün əhəmiyyətli nəticələr vəd edir. 

Konfrans zamanı ölkəmizə qarşı obyektiv münasibəti ilə seçilən QHT nümayəndələri, dünyaca məşhur ekofəallar ilə intensiv görüşlərimizi davam etdiririk. Hesab edirəm ki, COP29 QHT-lərin beynəlxalq əməkdaşlıqlarını genişləndirmək üçün də çox gözəl bir fürsət oldu. Yeni QHT nümayəndələri ilə tanışlıq əməkdaşlıq inkişafı üçün faydalı olacaq.

COP29-un ölkəmizin iqtisadi inkişafına müsbət təsirləri olacaq. COP29-un müsbət nəticəsindən danışarkən, ilk növbədə onun turizm sektorunun canlanacağına təsirini xüsusi vurğulamaq istəyirəm. Tədbir yeni investisiyaların və texnologiyaların cəlb olunmasına şərait yaradacaq, "yaşıl enerji"nin inkişafını təşviq edəcək. Digər tərəfdən, ölkəmizin beynəlxalq əlaqələri daha da möhkəmlənəcək. COP29 işğaldan azad edilən ərazilərdəki ekoloji problemlərin həlli üçün də olduqca vacib bir platformadır. 

COP29 çərçivəsində əldə olunan əməkdaşlıq və təcrübə mübadiləsi Azərbaycana iqlim siyasətində daha böyük addımlar atmasına imkan verəcək. Bu tədbir ölkənin iqlim siyasətini, o cümlədən bu sahədə beynəlxalq əməkdaşlıqları gücləndirəcək, qlobal və regional miqyasda iqlim dəyişikliyi ilə mübarizənin səmərəliliyinin artırılması üçün ciddi təsir göstərəcək. Hesab edirəm ki, ölkəmizin qazandığı bütün uğurlar xalqımızın xoşbəxt və firavan gələcəyi üçün edilir. Bu münasibətlə bütün xalqımızı təbrik edirəm, Azərbaycan COP29 tədbiri ilə dünyada çox möhtəşəm bir uğura imza atdı.

Söhbətimizi ingiltərəli nümayəndə Paul Jaskamanla davam etdiririk. Paul deyir ki, fərəhlənə bilərsiniz ki, bu gün ölkəniz dünyanın mərkəzinə çevrilib. COP29-da iştirak edən və etməyən, hətta COP29 əleyhinə təbliğat aparan dövlətlərin də diqqəti hazırda Azərbaycana yönəlib. Belə bir mötəbər tədbirə evsahibliyi etməklə Azərbaycan dünyanın siyasi-iqtisadi xəritəsindəki nüfuzunu bir daha təsdiq etdi.

"Bakının dünyanın enerji təhlükəsizliyindəki rolu inkaredilməzdir. Tezliklə "yaşıl enerji" ixracatçısı kimi də respublikanızın öz sözünü deyəcəyi şübhə doğurmur. Bildiyim qədəri ilə "yaşıl enerji"nin ixracı istiqamətində də tədbirlər sürətli şəkildə davam edir. "Xəzər-Qara dəniz-Avropa", "Azərbaycan-Mərkəzi Asiya-Avropa", "Azərbaycan-Türkiyə-Avropa" enerji dəhlizləri üzərindən ötürüləcək "yaşıl elektrik enerjisi" Avropanın enerji təhlükəsizliyinə sanballı töhfə verəcək. Bizə təqdim edilən layihədə "Xəzər-Qara dəniz-Avropa "yaşıl enerji" dəhlizi" layihəsi 2030-cu ilə qədər yaradılacaq. 7 GVt gücün 4 GVt-ı Qara dəniz vasitəsilə "Xəzər-Qara dəniz-Avropa "yaşıl enerji" dəhlizi" ilə ixrac üçün nəzərdə tutulub. Bu da "yaşıl enerji" sahəsində çox uğurlu bir nəticə deməkdir. Ölkələrimiz arasında qarşılıqlı əməkdaşlığın və dostluq münasibətlərinin tarixi çox qədimdir. Dost ölkə olan Azərbaycanın bütün uğurları bizi məmnun edir".

Digər britaniyalı həmsöhbətimiz isə Neil Jervon oldu. Neil deyir ki, COP29 konfransı istər yaxşı təşkil olunması, istərsə də işgüzarlığı ilə yaddaşımda qalacaq. İlk növbədə COP29-un belə mütəşəkkil və möhtəşəm keçirilməsində əməyi olan təşkilatçılara minnətdaram. Azərbaycanda özümüzü doğma evimizdəki kimi hiss edirik. İnsanların bizə göstərdiyi xoş münasibət, ən başlıcası, doğmalıq və mehribanlıq məni məmnun edir. Bakının harasında olduqsa, bizi doğma insanlar kimi qarşıladılar. Londona döndükdən sonra burada gördüyüm gözəl xalq barədə dostlarıma da məlumat verəcəyəm.

Zambiyalı Petronella Chinqina deyir ki, COP29 yeni iqtisadi əlaqələrin qurulması üçün iştirakçı dövlətlərə verilmiş bir fürsətdir. İngiltərəli Neillə burada tanış olmuşuq. Dostluğumuz yeni iqtisadi əlaqələrin qurulması üçün çox möhkəm körpü olacaq. Bu fürsəti bizə yaratdığı üçün ömrümüz boyu Azərbaycana minnətdar olacağıq.


Elşən QƏNİYEV,

"Azərbaycan"


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Vətəndaş cəmiyyəti təmsilçiləri Bakıda Frank Peloniyə qarşı növbəti dəfə etiraz aksiyası keçiriblər

00:39
18 Noyabr

Moldovanın xəbər portalında COP29-un əhəmiyyətinə dair məqalə dərc edilib  

23:58
17 Noyabr

Baş nazir Əli Əsədov “Barselona”nın prezidenti ilə görüşüb  

22:03
17 Noyabr

Azərbaycanın su təsərrüfatı sisteminin inkişafını hədəfləyən infrastruktur layihələri müzakirə olunub

21:03
17 Noyabr

“Əş-Şarq əl-Avsat” nəşri Azərbaycan Prezidentinin COP29-da çıxışından yazıb

20:59
17 Noyabr

Sahibə Qafarova Rusiya Federal Məclisinin Federasiya Şurası sədrinin birinci müavini ilə görüşüb

19:37
17 Noyabr

COP29 çərçivəsində xarici jurnalistlər üçün qoruqlara mediatur təşkil edilib  

19:24
17 Noyabr

COP29 çərçivəsində Bakıda keçirilən Parlament Görüşü başa çatıb YENİLƏNİB 

18:27
17 Noyabr

Səudiyyə Ərəbistanı mediası Azərbaycanda dənizdə ilk külək enerjisi stansiyasının tikintisi ilə bağlı razılaşmadan yazıb  

17:58
17 Noyabr

Martin Çunqonq: İqlim dəyişikliyi məsələsində təcili və qətiyyətli tədbirlər görməliyik  

17:49
17 Noyabr

Britaniyanın “Telegraph” və “The World of Fine Wine” nəşrlərində Azərbaycanda şərabçılığın inkişafından bəhs edən məqalələr yayımlanıb

17:32
17 Noyabr

Pakistan Fövqəladə Halların İdarə edilməsi üzrə Milli Qurumunun sədri FHN-in Akademiyasında olub  

17:09
17 Noyabr

Fərid Qayıbov: Su və təbiətin təmiz olması insan həyatı üçün önəmlidir  

16:47
17 Noyabr

COP29 çərçivəsində Bakıda “Həmkarlar ittifaqları üçün strateji gün” mövzusunda tədbir keçirilib

16:43
17 Noyabr

COP29-da iqlimin səbəb olduğu miqrasiya və məcburi köçkünlüyün həlli yolları axtarılıb

16:40
17 Noyabr

COP29 çərçivəsində keçirilən Parlament Görüşünün yekun sənədi qəbul olunub  

16:39
17 Noyabr

COP29-da iqlimin səbəb olduğu miqrasiya və məcburi köçkünlüyün həlli yolları axtarılıb

16:36
17 Noyabr

Sabah paytaxtda fasilələrlə yağış yağacağı gözlənilir  

15:07
17 Noyabr

COP29-un qadınlarla bağlı panel sessiyasında zərif cinsin nümayəndələrinin ambisiyalı olmalarına çağırış edilib

14:57
17 Noyabr

Prezident İlham Əliyev ICESCO-nun Baş direktoru ilə görüşüb YENİLƏNİB

14:53
17 Noyabr

Prezident İlham Əliyev Kuala Lumpur şəhərinin meri ilə görüşüb YENİLƏNİB

14:49
17 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!