17 Noyabr 2024 08:40
801
CƏMİYYƏT
A- A+
Azərbaycanın "yaşıl enerji" strategiyası COP29-un enerji təşəbbüslərinə cavab verir  

Azərbaycanın "yaşıl enerji" strategiyası COP29-un enerji təşəbbüslərinə cavab verir  

COP29 rəsmi olaraq öz enerji təşəbbüslərini də elan etdi. Xəbər verildiyi kimi, tədbirin Enerji Günü çərçivəsində bununla bağlı nazirlərin görüşü keçirildi və COP29-un üç mühüm enerji təşəbbüsü rəsmi təqdim olundu. 

Birinci təşəbbüs "COP29 qlobal enerji saxlama və şəbəkələr vədi" adlanır. "COP29 "yaşıl enerji" vədi: "Yaşıl enerji" zonaları və dəhlizləri" ikinci təşəbbüsdür. "COP29 Hidrogen Bəyannaməsi" isə üçüncü təşəbbüsü özündə ehtiva edir. Bəri başdan qeyd edək ki, bu təşəbbüslərin hər biri ilə bağlı Azərbaycanın deməyə sözü, daha dəqiq ifadə etsək, əməli işi və planları var.

"COP29 qlobal enerji saxlama və şəbəkələr vədi"nin öhdəliyi 2030-cu ilə qədər qlobal enerji saxlama sistemlərinin 1500 QVt gücünə çatdırılması və 25 milyon kilometr, 2040-cı ilə qədər isə əlavə 65 milyon kilometr elektrik şəbəkəsinin qurulması və ya təmir olunmasıdır. Bu vəd bərpaolunan enerji mənbələrinin istifadəsini təşviq edərək qlobal enerji sistemlərinin dayanıqlılığını təmin etmək məqsədini daşıyır.

"COP29 "yaşıl enerji" zonaları və dəhlizləri vədi" isə adından da göründüyü kimi, qitələrarası və regionlararası "yaşıl enerji" zonalarının yaradılmasını nəzərdə tutur. Bu təşəbbüs BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri ilə uyğundur və iqtisadi inkişafı təşviq edir, resurslardan səmərəli istifadəni dəstəkləyir.

COP29 həmçinin təmiz hidrogen istehsalının artırılması, mövcud hidrogen istehsalında karbon tullantılarının sıfıra endirilməsi istiqamətində qlobal səyləri gücləndirməyə çağırır. Bu da öz əksini hidrogen haqqında COP29 Bəyannaməsində tapıb. Bu təşəbbüs "yaşıl iqtisadiyyat"a keçid prosesində qlobal bazarı stimullaşdırmaq və beynəlxalq standartların inkişafına dəstək verməyə xidmət edir.

Azərbaycanın "yaşıl gündəliy"i də məhz bu təşəbbüslərlə səsləşir. Belə ki, ölkəmizin 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetindən biri "Təmiz ətraf mühit və yaşıl artım ölkəsi" kimi müəyyən edilib. Bununla bağlı ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində ardıcıl iş aparılır. Azərbaycan baza ili (1990) ilə müqayisədə 2030-cu ilə qədər istilik effekti yaradan qazların emissiyalarının 35 faiz, 2050-ci ilə qədər isə 40 faiz azaldılmasını hədəf kimi götürüb. İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur, eləcə də Naxçıvan Muxtar Respublikası dövlətimizin başçısı İlham Əliyev tərəfindən "yaşıl enerji" zonaları elan olunub. Azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma prosesində ətraf mühitin qorunması ən vacib məsələlərdəndir. Həmin ərazilərdə "ağıllı şəhər", "ağıllı kənd" kimi innovativ yanaşmalar tətbiq edilir, ekosistem bərpa olunur. "Yaşıl enerji" növlərinin yaradılması və "yaşıl enerji"nin dünya bazarına nəqli Azərbaycanın enerji siyasətinin prioritetidir. Azərbaycan elektrik enerjisi istehsalının qoyuluş gücündə bərpaolunan enerji mənbələrinin payının 2030-cu ilə qədər 30 faizə çatdırılmasını hədəfləyir.

Ölkəmizin "yaşıl gündəliy"i artıq hamıya bəllidir. Bərpaolunan enerjidə texniki potensialımız quruda 135 giqavat və dənizdə 157 giqavat təşkil edir. Ötən il Birləşmiş Ərəb Əmirliklərinin "Masdar" şirkətinin tikdiyi 230 meqavatlıq "Qaradağ" Günəş-Elektrik Stansiyası istifadəyə verilib. Səudiyyə Ərəbistanının "ACWA Power" şirkəti isə hazırda 240 meqavatlıq külək enerjisi stansiyasını tikir. COP29 çərçivəsində Cəbrayıl rayonunda Birləşmiş Krallığın BP şirkəti ilə 240 meqavatlıq günəş-elektrik stansiyasının təməli qoyulub. 

Beləliklə, bərpaolunan enerji layihələri getdikcə rayonlarımızı da əhatə edir. Bu il iyunun 4-də "Bakı-Ekspo" Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 29-cu Beynəlxalq Xəzər Neft və Qaz və 12-ci Xəzər Beynəlxalq Energetika və "Yaşıl Enerji" sərgilərinin açılışı zamanı Prezident İlham Əliyev və Birləşmiş Ərəb Əmirliklərinin sənaye və yüksək texnologiyalar naziri Sultan Əhməd Əl-Cabir Neftçala, Biləsuvar günəş-elektrik stansiyalarının və Abşeron-Qaradağ Külək-Elektrik Stansiyasının təməlini qoydular.

2030-cu ilə qədər ölkəmizdə təxminən 6 giqavatlıq günəş, külək və hidroenerji stansiyalarının tikilməsi nəzərdə tutulur. Lakin bu, planlarımızın hamısı deyil, çünki 10 giqavatlıq bərpaolunan enerji layihələri üzrə müqavilələr və anlaşma memorandumları imzalanıb.

COP29-un enerji təşəbbüslərinin elan olunduğu tədbirdə çıxış edən energetika naziri Pərviz Şahbazovun dediyi kimi: "Dünyanın iqlim və enerji yolunda taleyüklü bir mərhələyə daxil olduğu bir vaxtda Azərbaycanın "yaşıl enerji" zonaları, "yaşıl enerji" dəhlizləri, enerji saxlama, şəbəkə infrastrukturu və hidrogen sahəsindəki təşəbbüsləri qlobal iqlim hədəflərinə çatmaq üçün həlledici rol oynayır. Bu təşəbbüslər Azərbaycanı bərpaolunan enerjinin inkişafı və ixracında lider mövqeyə yüksəltməklə yanaşı, genişmiqyaslı ötürmə, uzaq potensial enerji mənbələrinin istehlak mərkəzləri ilə əlaqələndirilməsi, enerji təchizatı ilə tələbat arasında tarazlığın təmin edilməsi və böyük həcmdə "yaşıl enerji" güclərinin şəbəkəyə inteqrasiyası ilə qlobal miqyasda təmiz enerjinin inkişafını sürətləndirmək üçün unikal imkanlar yaradır. Çıxışda Azərbaycanın bu çağırışı da səsləndirilib: "COP29 hər birimizi bu öhdəliklərə qoşulmağa, enerji keçidimizi və iqlim fəaliyyətimizi gücləndirməyə və dünyamız üçün davamlı bir gələcək qurmaq naminə birliyə çağırır. Gəlin COP29-u əlamətdar bir dönüş nöqtəsinə çevirək və qlobal iqlim və enerji səylərimizi yeni zirvələrə qaldıraq".


Flora SADIQLI,

"Azərbaycan"


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Vətəndaş cəmiyyəti təmsilçiləri Bakıda Frank Peloniyə qarşı növbəti dəfə etiraz aksiyası keçiriblər

00:39
18 Noyabr

Moldovanın xəbər portalında COP29-un əhəmiyyətinə dair məqalə dərc edilib  

23:58
17 Noyabr

Baş nazir Əli Əsədov “Barselona”nın prezidenti ilə görüşüb  

22:03
17 Noyabr

Azərbaycanın su təsərrüfatı sisteminin inkişafını hədəfləyən infrastruktur layihələri müzakirə olunub

21:03
17 Noyabr

“Əş-Şarq əl-Avsat” nəşri Azərbaycan Prezidentinin COP29-da çıxışından yazıb

20:59
17 Noyabr

Sahibə Qafarova Rusiya Federal Məclisinin Federasiya Şurası sədrinin birinci müavini ilə görüşüb

19:37
17 Noyabr

COP29 çərçivəsində xarici jurnalistlər üçün qoruqlara mediatur təşkil edilib  

19:24
17 Noyabr

COP29 çərçivəsində Bakıda keçirilən Parlament Görüşü başa çatıb YENİLƏNİB 

18:27
17 Noyabr

Səudiyyə Ərəbistanı mediası Azərbaycanda dənizdə ilk külək enerjisi stansiyasının tikintisi ilə bağlı razılaşmadan yazıb  

17:58
17 Noyabr

Martin Çunqonq: İqlim dəyişikliyi məsələsində təcili və qətiyyətli tədbirlər görməliyik  

17:49
17 Noyabr

Britaniyanın “Telegraph” və “The World of Fine Wine” nəşrlərində Azərbaycanda şərabçılığın inkişafından bəhs edən məqalələr yayımlanıb

17:32
17 Noyabr

Pakistan Fövqəladə Halların İdarə edilməsi üzrə Milli Qurumunun sədri FHN-in Akademiyasında olub  

17:09
17 Noyabr

Fərid Qayıbov: Su və təbiətin təmiz olması insan həyatı üçün önəmlidir  

16:47
17 Noyabr

COP29 çərçivəsində Bakıda “Həmkarlar ittifaqları üçün strateji gün” mövzusunda tədbir keçirilib

16:43
17 Noyabr

COP29-da iqlimin səbəb olduğu miqrasiya və məcburi köçkünlüyün həlli yolları axtarılıb

16:40
17 Noyabr

COP29 çərçivəsində keçirilən Parlament Görüşünün yekun sənədi qəbul olunub  

16:39
17 Noyabr

COP29-da iqlimin səbəb olduğu miqrasiya və məcburi köçkünlüyün həlli yolları axtarılıb

16:36
17 Noyabr

Sabah paytaxtda fasilələrlə yağış yağacağı gözlənilir  

15:07
17 Noyabr

COP29-un qadınlarla bağlı panel sessiyasında zərif cinsin nümayəndələrinin ambisiyalı olmalarına çağırış edilib

14:57
17 Noyabr

Prezident İlham Əliyev ICESCO-nun Baş direktoru ilə görüşüb YENİLƏNİB

14:53
17 Noyabr

Prezident İlham Əliyev Kuala Lumpur şəhərinin meri ilə görüşüb YENİLƏNİB

14:49
17 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!