18 May 2024 08:50
1399
İQTİSADİYYAT
A- A+
COP29 həm də sülhə çağırış tədbiri olacaq

COP29 həm də sülhə çağırış tədbiri olacaq

 

Bəşəriyyətin başı üzərində dolaşan iqlim dəyişikliyi kimi kabusu aradan qaldırmağın yolları hazırda dünya dövlətlərinin qarşısında duran əsas vəzifədir. Atmosfer qatında artan ozonun miqdarı, təbii fəlakətlər, planetdə hava şəraitinin anomal hala gəlməsi insanların həyatına və ərzaq təhlükəsizliyinə mənfi təsir göstərir. 
Təkcə bunlarmı? Yox, əlbəttə. Təbii resursların vəziyyəti və dövlətlərin dayanıqlı inkişafı da sual altındadır. Bir yandan da müharibələr. Bütün bunlar BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının sessiyasının (COP) əhəmiyyətini daha da artırır.
Azərbaycan iqlim dəyişikliyi ilə mübarizə istiqamətində önəmli addımlar atmaqla beynəlxalq arenanın diqqət mərkəzindədir. Bu baxımdan, COP29-un Bakıda keçirilməsi təsadüfi deyil. Bu, Azərbaycan dövlətinin karbon emissiyalarının azaldılması, bərpaolunan enerji mənbələrindən geniş istifadə edilməsi öhdəliyinə əməl etməsinin nəticəsidir. Azərbaycan öz iqlim siyasətini təkmilləşdirmək və COP29-a evsahibliyi etmək üçün genişmiqyaslı hazırlıqlar aparır, ekoloji dayanıqlılığı artırmaq məqsədilə bu yöndə tədbirləri reallaşdırır. Bu tədbirlərə günəş və külək enerjisi layihələrinin genişləndirilməsi, enerji səmərəliliyini artırmaq üçün yeni texnologiyaların və şəhər planlamasında "yaşıl standartlar"ın tətbiqi daxildir. Qarabağ və Şərqi Zəngəzurun "yaşıl enerji zonası" elan olunması fakt kimi dünyaya nümayiş olunur. Orta və ali məktəblərdə ekoloji təhsil gücləndirilir, kütləvi informasiya vasitələrində davamlı olaraq maarifləndirmə işi aparılır, ictimaiyyət COP29-la bağlı məlumatlandırılır. Və bütün tədbirlər həyata keçirilərkən müasir texnologiya və innovasiyalara xüsusi önəm verilir. Xüsusilə də dövlət tullantıların idarə edilməsi, su resurslarının səmərəli istifadəsi və atmosferə atılan zərərli qazların azaldılması sahəsində yeni texnologiyaları tətbiq etməklə ekoloji dayanıqlılığı gücləndirməyə çalışır. 
COP29-un Azərbaycanda keçirilməsi iqlim dəyişikliyi ilə mübarizədə ölkəmizin iradə və qabiliyyəti ilə yanaşı, liderlik rolunu da nümayiş etdirir. Bu konfrans dünyada gərginliyin azaldılmasına, sülhün bərqərar olunmasına da təsir göstərəcək. Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bu yaxınlarda "Observer" qəzetinə müsahibəsində söyləyib ki, COP29-un keçiriləcəyi zaman dünyada hərbi əməliyyatlar dayandırıla bilər. Azərbaycan qlobal sammitin sülh sahəsində növbəti uğur hekayəsinə və sülh konfransına çevrilməsi üçün əlavə səylər göstərir və bundan sonra da göstərəcək: "Biz sülh gündəmini irəli aparmaq üçün çalışırıq. İqlim böhranı, ehtimal ki, ərzaq və su çatışmazlığını kəskinləşdirəcək, miqrasiyanı yüksəldə, dövlətlərə təzyiqi artıra və potensial olaraq sərhəd problemlərinə səbəb ola bilər. Təhlükəsizliyin bir çox elementi var və iqlim təsirlərinin, ətraf mühitin dəyişməsinin və ya ekoloji problemlərin milli təhlükəsizlik və sülhlə əlaqəli olduğunu inkar etmək olmaz. İqlim dəyişikliyi milli və qlobal təhlükəsizliyin bir hissəsidir".
Böyük Britaniyanın nüfuzlu "The Guardian" qəzetində bu məsələ ilə bağlı məqalə dərc olunub. Məqalədə bildirilir ki, COP29 BMT-nin iqlim sammiti təşkilatçılar tərəfindən tərtib edilmiş planlara uyğun olaraq, iqlim dəyişikliyi nəticəsində yarana biləcək münaqişələrin qarşısının alınmasına və mövcud gərginliyi azaltmaq üçün ekoloji məsələlər üzrə beynəlxalq əməkdaşlıqdan istifadəyə diqqət yetirən ilk "Sülh COP-u" olacaq. Məqalədə o da bildirilir ki, Azərbaycanın evsahibliyi edəcəyi COP29 zamanı dünya ölkələrindən Yay və Qış Olimpiya Oyunlarında olduğu kimi, bütün hərbi əməliyyatları dayandırmaq və barışığa əməl etmək tələb oluna bilər. Tədbir iki böyük müharibənin - Ukrayna və Qəzza zolağındakı münaqişənin tüğyan etdiyi və geosiyasi gərginliyi daha da artırdığı bir vaxtda keçiriləcək. 196 dövləti bir araya gətirəcəyi gözlənilən beynəlxalq sammitdə qlobal istiləşmə ilə bağlı təcili həll zərurətini hiss edən ölkələr arasında ümumi dil tapılarsa, bu, sülhün mühərrikinə çevrilə bilər. Həmçinin o da diqqətə çatdırılıb ki, bu yaxınlara qədər Azərbaycan qonşu Ermənistanla 30 ilə yaxındır davam edən münaqişə şəraitində olub. Yazıda Azərbaycan-Ermənistan münasibətlərinə də toxunularaq qeyd olunub ki, keçən ilin dekabrında Dubayda keçirilmiş COP28 iqlim sammitində Ermənistan Azərbaycanın bu il iqlim konfransına evsahibliyi etmək kampaniyasını dəstəkləyib. Bu, iki uzunmüddətli antaqonist tərəf arasında ilk beynəlxalq dəstək jesti kimi dəyərləndirilib.
COP29 konfransının gündəliyindəki problemlərin həllinə müasir elmin nəticəsində nail olmaq mümkün olsa da, o, faciəli iqlim dəyişikliyinin nə qədər tez bir zamanda baş verəcəyi sualına cavab tapa bilmir. Amma ekoloq və meteoroloqların fikrincə, bu dəyişikliyi dünyanın gücü və birliyi ilə təxirə salmaq lazımdır. Onun daha da artıb bəşəriyyətin ağrılı baş bəlasına çevrilməsinə yol vermək olmaz. Bu, bir çağırışdır və kökündə həm də müharibələrin bitməsi, sülhün bərqərar olması dayanır. Dünyada sülhün olmasını Azərbaycan qədər vacib sayan ölkələrin sayı bu gün azdır. Ölkəmiz müstəqilliyinin ilk illərindən başlayaraq qonşu dövlətin işğalçılıq siyasəti ilə üzləşib. Təxminən otuz il davam edən bu işğal nəticəsində Azərbaycan böyük məhrumiyyətlərlə üzləşib - işğal altına düşən ərazilərimizdə hər şey dağıdılıb, şəhər və kəndlərimiz, tarixi abidələrimiz yerlə yeksan edilib. Torpaqlarını müharibə ilə azad edən Azərbaycan savaş zamanı ekoloji pozuntuların miqdarı və ətraf mühitə dəyən zərərin həcminin nə qədər olduğunu daha yaxşı bilir. İşğaldan azad olunmuş ərazilərdə hələ də mina təhlükəsi qalmaqdadır. 
Göründüyü kimi, Azərbaycanın COP29-la bağlı sülh çağırışı etməsi heç də təsadüfi deyil. Onun bu qlobal tədbir vasitəsilə gələcək üçün müəyyənləşdirəcəyi yeni hədəflər həm "yaşıl enerji"nin inkişafı üçün mühüm vasitə olacaq, həm də beynəlxalq və regional sülhə böyük töhfələr verəcək.

Züleyxa ƏLİYEVA,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Qəbələdə kamera musiqisi həvəskarlarına növbəti konsert proqramı təqdim olunub  

21:59
09 Fevral

Türkiyənin dəniz limanlarında yük dövriyyəsinin həcmi rekord səviyyəyə çatıb  

21:53
09 Fevral

Azərbaycanın karateçiləri Avropa çempionatından 3 medalla dönürlər  

21:19
09 Fevral

“Qalatasaray”ın oyunu mübahisəli penalti qərarına görə yarımçıq dayandırılıb  

21:15
09 Fevral

Misli Premyer Liqası: “Sabah” “Turan Tovuz”u məğlub edib  

20:57
09 Fevral

Zelenski: Müharibənin bu il başa çatması mümkündür  

20:21
09 Fevral

Ukrayna ordusu ayda 200 min dronla təmin olunur  

20:00
09 Fevral

Yeniyetmə boksçular arasında ölkə birinciliyi başa çatıb  

19:04
09 Fevral

Misli Premyer Liqası: “Şamaxı” doğma meydanda “Sumqayıt”a qalib gəlib

18:57
09 Fevral

Egey bölgəsindəki seysmik aktivlik Türkiyəyə təsir edə bilər

18:53
09 Fevral

Elçin Xələfov: 207 hakimliyə namizəd yazılı imtahanda iştirak edib

18:03
09 Fevral

Milyarder Klaus-Mixael Kühne Hamburqda opera binasının inşası üçün 330 milyon avro ayırıb  

17:51
09 Fevral

Sabah qar yağacaq, külək əsəcək - Proqnoz 

16:42
09 Fevral

Kreml Putin və Tramp arasında danışığın baş tutmasını nə təsdiq, nə də təkzib etdi

16:14
09 Fevral

Qərbi Azərbaycan İcması: Bu, Azərbaycan xalqının dini və mədəni heysiyyətinə toxunan açıq provokasiyadır  

15:20
09 Fevral

“Azərbaycan Atabəyləri” filmi Laçında nümayiş olunub

14:32
09 Fevral

Azərbaycan boksçularından Serbiyada 6 medal

13:08
09 Fevral

Azərbaycan millisinin üzvü Polina Rəhimova Braziliya Kubokunun qalibi olub

12:09
09 Fevral

Parisdə Azərbaycan bəstəkarlarının musiqisindən ibarət konsert olub

11:26
09 Fevral

Serbiya prezidentinin avtomobili qəza şəraiti ilə üzləşib

11:23
09 Fevral

Donald Tramp Şahzadə Harrini deport etməyəcəyini açıqlayıb

11:13
09 Fevral

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!