13 Mart 2022 00:35
1526
Elm və texnika
A- A+
Canlanan rəsmlər - ilk cizgi filmi

Canlanan rəsmlər - ilk cizgi filmi

 

Uşaqdan böyüyə hər kəsin sevimli əyləncəsinə çevrilən cizgi filmləri ovsunlayıcı quruluşu ilə heyrət yaradır. Texnologiyanın inkişafı nəticəsində tətbiq edilən effektlər istənilən xəyali obraz və ab-havanın yaradılmasına imkan verir. Lakin animasiyanın ilk yarandığı vaxtda səssiz və sadə üslubu əsasən azyaşlılarda maraq oyadırdı.

Çizgi filmlərinin əsası əllə çəkilən animasiyadan başlayır. İngilis dilində olan animasiya (animation) “canlandırmaq, həyat vermək” sözlərini ifadə edir. İlk animasiya ard-arda yığılan şəkillərin sürətli şəkildə çevrilməsi ilə meydana çıxmışdı. Bu zaman görüntülər sanki canlanaraq hərəkət edirdi. “Fenakistiskop” isə ilk animasiya alətlərindən biridir. Bu alət 1830-cu illərdə Cozef Plateu və Simon von Stamfer tərəfindən icad edilib. Yuvarlaq fırlanan karton diskdə şəkillər ardıcıl olaraq mərkəz ətrafında fırlanaraq əks olunurdu.

Kinonun icadı ilə animasiya daha fərqli müstəvidən inkişaf etməyə başladı. İlk animasiya filmi 1906-cı ildə amerikalı kinorejissor Ceyms Stüart Blektonun yaradıcılığının məhsuludur. “Humorous Phases of Funny Faces” adlı səssiz cizgi filmində qara lövhəyə təbaşirlə çəkilən animasiyalı insan obrazları sətiraltı yumoristik mənalarla zəngin idi. Rəsmlərin öz-özünə hərəkəti kimi görünən səhnələr təqdim edilir, bir səhnədən digərinə keçilən zaman isə lövhədəki təsvirlər silinirdi.

Film cəmiyyətdə böyük təəccübə və təsirə səbəb olduğundan digər rejissorlarda da bu sahəyə maraq oyatmışdı. Ardınca 1907-ci ildə çəkilmiş qısametrajlı “The Haunted Hotel” cizgi filmi Avropada böyük populyarlıq qazandı. Bununla da Blektonun yaradıcılığının sirri olan animasiya sənəti öyrənilməyə başlandı. Animasiya sahəsində digər önəmli şəxslərdən biri də Vinsor Mekkeydir. O, 1914-cü ildə “Gertie the Dinosaur” adlı filmində ilk dəfə yeni üsuldan istifadə etdi. Təsvirlər kağız üzərinə çəkildi. Bununla da müasir animasiyanın əsası qoyuldu.

1928-1938-ci illər ərzində animasiyalar cizgi filmlərinə çevrilməyə başlayaraq böyük irəliləyişlər əldə etdi. Həmin vaxtda əlavə edilən səs və təkmilləşmiş görüntülərin vəhdəti bu sahənin inqilabı idi. “Walt Disney” şirkəti ilə xəyali ideyaların ekranlaşdırılmasına keçid edildi. Yeni cizgi filmi qəhrəmanlarına sahib olan şirkət “Mickey Mouse”, “Donald Duck” kimi dillər əzbərinə çevrilən obrazları yaratdı. “Walt Disney”in ilk səsli cizgi filmi “Steamboat Willie”, ilk rəngli filmi isə “Flowers and Tress” oldu.

Sonrakı vaxtlarda texnoloji yeniliklər cizgi filmlərində 3D modelli personajların yaradılmasına və xüsusi effektlər vasitəsilə daha heyrətamiz dünyaların canlandırılmasına imkan verdi.

 

Aydan XƏLİLOVA,

“Azərbaycan”

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Yusif Abdullayev: Azərbaycan-Kamboca biznes-forumu iqtisadi əməkdaşlığın genişləndirilməsinə töhfə verəcək  

16:43
12 Oktyabr

“Zelenski Putinlə görüşməyə hazırdır”

16:39
12 Oktyabr

Laos Prezidenti Azərbaycana rəsmi səfərə gəlib  

16:37
12 Oktyabr

Bakıda Azərbaycan-Kamboca biznes-forumu keçirilir

16:35
12 Oktyabr

Sülhü hədəf alan bütün təxribat cəhdləri iflasa məhkumdur   

16:24
12 Oktyabr

ABŞ Konqresinin “erməni hərbi əsirlər” ritorikası siyasi manipulyasiya xarakteri daşıyır  

16:21
12 Oktyabr

Azərbaycan-Kamboca münasibətləri inkişaf yolundadır  

16:18
12 Oktyabr

Vahid məktəbli forması sosial bərabərliyin təmin olunmasına xidmət edir  

16:13
12 Oktyabr

Yüksək etimadın ünvanı  

16:10
12 Oktyabr

2026–2027-ci tədris ilində Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında  

15:43
12 Oktyabr

Cəlilabadda təmizlik təsərrüfatının maddi-texniki bazası gücləndirilir  

15:40
12 Oktyabr

“PeşəFest -2026” Masallıda  

15:30
12 Oktyabr

İnformasiya Texnologiyaları İnstitutunun əməkdaşları dünyanın ən nüfuzlu alimləri siyahısında yer alıblar  

15:24
12 Oktyabr

Masallıda və Şirvanda şəhidlərin xatirələri anılıb  

15:20
12 Oktyabr

Tovuzda kartof bu il də boldur     

15:12
12 Oktyabr

Şimali Koreya Yapon dənizi istiqamətində ballistik raketlər buraxıb  

15:07
12 Oktyabr

İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb

15:05
12 Oktyabr

"İsayas" qasırğası ABŞ-də genişmiqyaslı dağıntılar törədib  

15:04
12 Oktyabr

İsveç Dövlət Bankının Alfred Nobel xatirəsinə iqtisad elmləri üzrə mükafatı laureatlarının adları məlum olub  

15:01
12 Oktyabr

Prezident İlham Əliyev və Kambocanın Baş naziri mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB 

15:00
12 Oktyabr

Kambocanın Baş naziri Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib  

14:55
12 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!