26 Noyabr 2026 14:14
135
İQTİSADİYYAT
A- A+
Çin şirkətləri ilə Azərbaycanda Günəş və dəniz külək enerjisi layihələri müzakirə edilib  

Çin şirkətləri ilə Azərbaycanda Günəş və dəniz külək enerjisi layihələri müzakirə edilib  


Çinin Çindao şəhərində “Kəmər və Yol” təşəbbüsü üzrə energetika nazirlərinin IV konfransı çərçivəsində energetika naziri Pərviz Şahbazovla “PowerChina Group”un icraçı vitse-prezidenti Chen Guanfu və “China Datang Corporation Ltd.” şirkətinin sədr müavini Li Xiaofei arasında görüşlər keçirilib.

Energetika Nazirliyindən AZƏRTAC-a bildirilib ki, “PowerChina”nın icraçı vitse-prezidenti Chen Guanfu ilə görüşdə Günəş elektrik stansiyası və Xəzər dənizinin Azərbaycan sektorunda “SOCAR Green”, “China Datang” və “PowerChina Resources Limited”in iştirakı ilə nəzərdə tutulan dəniz külək enerjisi layihələrinin icrasının cari vəziyyəti və inkişafı istiqamətində növbəti addımlar müzakirə edilib. Görüşdə dəniz külək enerjisinin Azərbaycanla Avropa arasında elektrik enerjisi bağlantılarının inkişafı baxımından əhəmiyyəti qeyd olunub.

“China Datang” şirkətinin sədr müavini Li Xiaofei ilə görüşdə isə Azərbaycanda quruda Günəş elektrik stansiyası layihəsinin hazırlıq vəziyyəti nəzərdən keçirilib. Layihə üçün ayrılmış torpaq sahəsində tədqiqatların başa çatdırıldığı və texniki-iqtisadi əsaslandırmanın hazırlandığı bildirilib. Xəzər dənizinin Azərbaycan sektorunda dəniz külək enerjisi layihəsi üzrə də əməkdaşlıq məsələlərinə toxunulub. İri dəniz külək enerjisi layihələrinin inkişafı və istehsal olunacaq elektrik enerjisinin ixracı üçün yeni transsərhəd elektrik bağlantılarının əhəmiyyəti qeyd edilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Qusarda kənd təsərrüfatına 78,3 milyon manat investisiya qoyulacaq  

15:28
26 Noyabr

Azərbaycan-Avstraliya siyasi məsləhətləşmələri keçirilib

15:13
26 Noyabr

Litvanın xarici işlər naziri Milli Məclisdə olub

15:09
26 Noyabr

Slovakiyanın Baş prokuroru Bakıda: yeni əməkdaşlıq proqramı imzalanıb

14:52
26 Noyabr

Azərbaycan və Slovakiya prokurorluqları arasında təcrübə mübadiləsi aparılacaq

14:34
26 Noyabr

“Reuters”: Tramp dünya ticarətini Çinin təsirindən azad etmək istəyir  

14:20
26 Noyabr

APA-nın komitə iclasında

14:19
26 Noyabr

Çin şirkətləri ilə Azərbaycanda Günəş və dəniz külək enerjisi layihələri müzakirə edilib  

14:14
26 Noyabr

Ağdam Sənaye Parkının rezidenti Britaniyaya ilk məhsulunu ixrac edib

14:13
26 Noyabr

Rusiyanın cənubuna dron hücumları nəticəsində altı nəfər xəsarət alıb  

14:06
26 Noyabr

“Sabah”ın qapıçısı UEFA Çempionlar Liqasında qurtarış sayına görə liderdir  

14:02
26 Noyabr

Sabah ölkə ərazisində yağmursuz hava şəraiti gözlənilir

14:01
26 Noyabr

Vladimir Putin ilə “Birbaşa xətt” dekabrın 10-da keçiriləcək

13:19
26 Noyabr

Avropada iqtisadi vəziyyət pisləşir, əhalinin sosial durumu ağırlaşır  

12:31
26 Noyabr

İndoneziyada qızıl mədənində ölənlərin sayı 13-ə çatıb

12:27
26 Noyabr

Pakistanda antiterror əməliyyatları zamanı 12 terrorçu zərərsizləşdirilib

12:16
26 Noyabr

ABŞ Ukraynaya F-16 qırıcılarının texniki xidməti və dəstəyi üçün 622 milyon dollarlıq satışa razılıq verib

11:09
26 Noyabr

DİN: Ötən gün qeydə alınan 83 cinayətin açılması təmin olunub

11:01
26 Noyabr

Mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən 2026-cı ilin dekabr ayında şəhər və rayonlarda keçiriləcək vətəndaşların qəbulu CƏDVƏLİ

10:44
26 Noyabr

Neft qiymətləri artır 

10:41
26 Noyabr

Kəlbəcərdə bayram konserti və atəşfəşanlıq olub

10:31
26 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!