15 Sentyabr 2026 13:09
1732
Təhsil
A- A+
Bu il muxtar respublikada 49 mindən çox şagird təhsil alacaq 

Bu il muxtar respublikada 49 mindən çox şagird təhsil alacaq 


Bu il muxtar respublikada 49 mindən çox şagird təhsil alacaq. Onlardan 3600-dən çoxu birinci sinfə qədəm qoyur. Eyni zamanda, məktəbəhazırlıq qruplarında təxminən 2300 şagird təhsil alacaq. Naxçıvan Muxtar Respublikası yeni tədris ilinə hazırlıq başa çatdırılıb. Təhsil Nazirliyi tərəfindən bütün təhsil müəssisələrində infrastrukturun, məktəblərin tədrisə hazırlığının, təhsil vasitələri ilə təminatın və digər istiqamətlər üzrə işlərin həyata keçirilməsi təmin olunub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu sözləri Naxçıvan Muxtar Respublikasının təhsil naziri Elxan Nəcəfov jurnalistlərə müsahibəsində deyib.

Nazir qeyd edib ki, yeni tədris ili ərəfəsində muxtar respublikadakı bütün təhsil müəssisələrinə, ümumilikdə, 2255 kompüter təqdim olunub: "Bu kompüterlər məktəblərdə “Rəqəmsal məktəb” layihəsinin həyata keçirilməsi üçün böyük əsas yaradıb. Bu ildən etibarən 20 ən böyük məktəbdə, eyni zamanda nazirliyə tabe olan məktəblərdə sinif jurnallarının elektron qaydada tətbiqi təmin olunacaq. Bunun təmin edilməsində ən vacib məqamlardan biri də ölkəmizlə Çin Xalq Respublikası arasında beynəlxalq müqavilə çərçivəsində həyata keçirilən interaktiv yardım layihəsidir. Bu layihə çərçivəsində bütün təhsil müəssisələrimiz yüksək sürətli fiber-optik internetlə təmin olunub. Tam əminliklə deyə bilərik ki, bu gün Naxçıvan Muxtar Respublikasının, demək olar ki, bütün təhsil müəssisələri sürətli internetlə təmin edilib. Bunlar bizə imkan verir ki, məktəbdaxili qiymətləndirmələri elektron qaydada həyata keçirək, bir qədər əvvəl qeyd etdiyim “Rəqəmsal məktəb” layihəsini uğurla icra edək. Şagirdlərimizin internet resurslarından istifadə etməklə tədqiqat bacarıqlarını yüksəldək, gələcəkdə müxtəlif istiqamətlərdə müəllimlərimizin peşəkar inkişafını təmin etmək üçün internet resurslarından və alətlərdən istifadə imkanlarını genişləndirək".

"Bütün təhsil müəssisələrinin dərsliklərlə bağlı təminatı tamamlanıb, sinif jurnalları məktəblərə çatdırılıb. Bütün sahələr üzrə müəllimlərin işə qəbulu ilə bağlı seçimlər də həyata keçirilib. Qeyd edim ki, bu il muxtar respublikada təxminən 170 yeni müəllim işə qəbul olunub. Onlar bu ildən etibarən tədris prosesini muxtar respublikamızın müxtəlif təhsil müəssisələrində davam etdirəcəklər", - deyə Elxan Nəcəfov əlavə edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Həmrəylikdən əməkdaşlığa: Bakı islam dünyasının antikorrupsiya səylərini birləşdirən yüksəksəviyyəli görüşə evsahibliyi edəcək

08:50
21 Oktyabr

Makronun hakimiyyətinin güc tətbiqi avtoritar neoliberalizm modelinin göstəricisidir

08:40
21 Oktyabr

Müharibə cinayətlərinə hüquqi yanaşma siyasi pərəstişdən üstün olmalıdır

08:30
21 Oktyabr

Maliyyə Nazirliyində YAP-ın VIII Qurultayının nəticələri müzakirə edilib

08:20
21 Oktyabr

Trans-Xəzər altılığı

08:10
21 Oktyabr

XİN Fransadakı iğtişaşlarla bağlı vətəndaşlara xəbərdarlıq edib

08:00
21 Oktyabr

Azərbaycan Respublikasının Qarabağ Milli Parkının yaradılması haqqında

01:07
21 Oktyabr

"Azərbaycan Respublikasının Hökuməti ilə Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının, Kioto Protokolunun və Paris Sazişinin katibliyi arasında İqlim Həftəsi-4 və Adaptasiya Komitəsinin 30-cu iclası barədə Anlaşma Memorandumu"nun təsdiq edilməsi haqqında

01:06
21 Oktyabr

Gəncə Memorial Kompleksinin fəaliyyəti ilə bağlı əlavə tədbirlər haqqında

01:06
21 Oktyabr

Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında  

01:03
21 Oktyabr

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi "Eşitmə və nitq qabiliyyəti olmayan əlilliyi olan şəxslər üçün surdoloji xidmətlərin aparılması", "Əlilliyin düzgün dərk edilməsi istiqamətində tədbirlərin həyata keçirilməsi", "Əlilliyi olan şəxslərə diqqət və qayğının artırılması məqsədilə təbliğat kampaniyasının aparılması", "Narkomaniyaya qarşı mübarizədə təbliğat kampaniyasının təşkili" və "Əlilliyi olan şəxslər üçün motivasiya xarakterli təşəbbüslərin təşkili" adlı müsabiqələr keçirir

01:01
21 Oktyabr

Çempionlar Liqası: "Sabah" "Borussiya Dortmund"a minimal hesabla uduzub

22:45
20 Oktyabr

TÜRKPA-nın Baş katibinin müavinləri seçiliblər

22:06
20 Oktyabr

Sahibə Qafarova: TÜRKPA qarşılıqlı faydalı əməkdaşlığı təşviq edir  

21:51
20 Oktyabr

Bəşəriyyətin dörddə birindən çoxu kifayət qədər qida tapa bilmir

20:57
20 Oktyabr

Bişkekdə TÜRKPA Şurasının iclası baş tutub

20:49
20 Oktyabr

Azərbaycanlı itkin ailələri Avropa Parlamenti qarşısında etiraz aksiyası keçirib  

20:35
20 Oktyabr

BMT xəbərdarlıq edir: 800 milyon gənc işsiz qala bilər  

19:56
20 Oktyabr

Almaniya hərbi təlimlərə başlayıb

19:11
20 Oktyabr

Pekində yaşlı əhali sürətlə artır  

18:54
20 Oktyabr

Xorvat iş adamları Qarabağın bərpası istiqamətində reallaşdırılan layihələrdə iştiraka dəvət olunub  

18:37
20 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!