21 Oktyabr 2026 08:10
170
SİYASƏT
A- A+
Trans-Xəzər altılığı

Trans-Xəzər altılığı


"Bu gün Trans-Xəzər altılığı dedikdə Avrasiyada həyata keçirilən bütün beynəlxalq əhəmiyyətli iqtisadi layihələrə nəzarət edən və iştirak edən Mərkəzi Asiya respublikaları ilə Azərbaycan nəzərdə tutulur".

AZƏRTAC xəbər verir ki, bu ifadəni Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşlərinə tamhüquqlu üzv qəbul edilməsindən sonra Daşkənd Universitetinin professoru, siyasi elmlər doktoru Saifiddin Curayev səsləndirib.

Onun sözlərinə görə, nəticələrin təhlili Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşlərini regionda daxili siyasi dialoqu bərpa etmək və onu müntəzəm mexanizmə çevirmək məqsədinə nail olduğunu göstərdi. 2018-2025-ci illər ərzində 7 görüş keçirilib. Ən əsası görüşlərin formatı COVID-19, Rusiya ilə Ukrayna arasındakı münaqişə və Əfqanıstanda dəyişən vəziyyət kimi xarici şoklara baxmayaraq, öz impulsunu qoruyub saxlayıb. İlkin mərhələdə əsas məqsəd etimadı bərpa etmək olub. Sonradan format hüquqi tənzimləmə, sektorlararası əməkdaşlıq, nəqliyyat, su və enerji resursları, eləcə də "yaşıl enerji" kimi məsələləri əhatə etməklə genişlənib.

Azərbaycanın 2025-ci ildə Daşkənddə keçirilən tədbirdə Məşvərət görüşlərinə tamhüquqlu iştirakçı kimi qəbul edilməsi formatın coğrafi və iqtisadi potensialının daha da genişlənməsinə töhfə verib. Ən vacib nəticə ondan ibarətdir ki, xarici qüvvələrlə qarşılıqlı əlaqələrdə region dövlətləri artıq bir-birindən təcrid olunmuş şəkildə deyil, vahid bir qurum kimi fəaliyyət göstərir. Hazırda ABŞ, Çin, Rusiya, Avropa İttifaqı, Yaponiya, Hindistan, Cənubi Koreya və Körfəz ölkələri ilə "Mərkəzi Asiya plyus" formatında dialoq qurulub. Bu, xüsusilə ticarət, tranzit və mövcud texniki maneələrin aradan qaldırılması sahələrində nəzərə çarpır. Azərbaycanın tamhüquqlu üzv kimi qəbul edilməsindən sonra əvvəlki beşlik əsasən Mərkəzi Asiya daxilində əməkdaşlığa əsaslanırdısa, indi Xəzər dənizi vasitəsilə Cənubi Qafqaz və Avropa ilə birbaşa əlaqələr qurmaq imkanı yaranıb. Bu kontekstdə Trans-Xəzər altılığı modeli mümkün ssenarilərdən biri kimi nəzərdən keçirilir. Bu model nəqliyyat və enerji sahələrində geniş imkanlar açır. İndi Orta dəhliz, Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi, eləcə də Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında "yaşıl enerji" sahəsində əməkdaşlıq kimi layihələr 6 ölkənin iqtisadi maraqlarını birləşdirə bilər.

Beləliklə, C5+1 formatı artıq C6+1 formatına çevrilib və Mərkəzi Asiya Azərbaycan olmadan geniş ticarət əlaqələri qurmaq imkanına malik deyil. Azərbaycanın coğrafi mövqeyi və mövcud liman, dəmir yolu infrastrukturu ona bu marşrutda mühüm rol verir. C6 formatı isə marşrutun digər tərəfindəki ölkələrlə siyasi koordinasiyanı asanlaşdıra bilər. Bəs bu, geosiyasi baxımdan nə deməkdir?

Birincisi, tranzit dövlətin, yəni Azərbaycanın təsir imkanları artır. Ölkələr arasında yükdaşımalar üçün etibarlı və səmərəli marşrutlar yarandıqca Azərbaycan beynəlxalq ticarət şəbəkələrində daha əhəmiyyətli mövqe qazana bilər. İkincisi, alternativ marşrutların əhəmiyyəti artır. Rusiya ərazisindən keçən ənənəvi nəqliyyat yolları ilə yanaşı, Orta dəhlizdə də Avropa ilə Asiya arasında alternativ bağlantı yaranır. Bu, marşrutların şaxələndirilməsi baxımından əhəmiyyətlidir. Üçüncüsü, Mərkəzi Asiya dövlətlərinin Azərbaycanla əməkdaşlıqda ortaq marağı güclənir. Qazaxıstan və Özbəkistan kimi ölkələr üçün dünya bazarlarına çıxış imkanlarının genişlənməsi, Azərbaycan üçün isə tranzit və logistika fəaliyyətinin inkişafı qarşılıqlı fayda yaradır.

Orta dəhliz Rusiya, Çin və Qərb arasında strateji balans yaradır. C6-nın geosiyasi əhəmiyyətini anlamaq üçün Mərkəzi Asiyada təsir imkanlarına malik böyük güclərin maraqlarını nəzərə almaq lazımdır.

Rusiya Mərkəzi Asiya ilə tarixi, iqtisadi, təhlükəsizlik və nəqliyyat əlaqələrinə malikdir. Orta dəhlizin inkişafı regional ölkələrə Rusiyadan keçməyən əlavə ticarət imkanları yaradıb. Bununla belə, C6-nın yaranması Rusiya ilə münasibətlərin mütləq zəifləməsi və ya qarşıdurma demək deyil. Çünki Rusiya ilə Ukrayna arasındakı müharibə tranzit imkanlarını məhdudlaşdırıb.

Çin Mərkəzi Asiyanın əsas iqtisadi tərəfdaşlarından biridir və region vasitəsilə Avropaya çıxışda maraqlıdır. C6 Çinlə ticarəti dayandırmaq üçün deyil, regional ölkələrin nəqliyyat, logistika və investisiya imkanlarını genişləndirmək üçün istifadə olunur ki, bu da tərəflərin maraqlarını əks etdirir.

Avropa İttifaqı enerji təchizatını və ticarət marşrutlarını şaxələndirməkdə maraqlıdır. Azərbaycan Avropa bazarlarına çıxış və Mərkəzi Asiya ilə əlaqələr baxımından mühüm vasitəçi rolunu oynayır.

Türkiyə Orta dəhlizin qərb istiqamətində əsas tərəfdaşdır. Azərbaycanla Türkiyə arasında nəqliyyat və siyasi əməkdaşlığın Mərkəzi Asiya ölkələri ilə əlaqələndirilməsi Xəzərdən Avropaya uzanan inteqrasiya imkanlarını artırararaq iqtisadi inkişafa təkan verir.

ABŞ Mərkəzi Asiyada diplomatik və iqtisadi əlaqələrin genişləndirilməsinə, kritik minerallara və alternativ təchizat zəncirlərinə maraq göstərir. C6 bu maraqların regionun öz təşəbbüsləri ilə uzlaşdırılması üçün əlavə imkan yaradıb.

Bu mənzərə göstərir ki, C6-nın əhəmiyyəti yalnız altı dövlətin öz aralarındakı münasibətlərlə məhdudlaşmır. Format onların böyük güclərlə münasibətlərində daha çox iqtisadi seçimə və regional təşəbbüs imkanlarına malik olmasına şərait yaradıb. Bununla belə, C6-nı hər hansı bir böyük gücə qarşı yaradılmış blok kimi təqdim etmək üçün əsas yoxdur.

Azərbaycan üçün əsas məsələ böyük güclər arasında seçim etməyə məcbur qalmadan müxtəlif tərəfdaşlarla əməkdaşlıq imkanlarını genişləndirmək və öz milli maraqlarını qorumaqdır. Beləliklə, Trans-Xəzər altılığı ifadəsi təsadüfi xarakter daşımır. Artıq Mərkəzi Asiya Azərbaycan ilə birlikdə vahid iqtisadi məkan təşkil edir. Avrasiya qitəsində hər hansı beynəlxalq və qlobal xarakterli layihənin həyata keçirilməsi Azərbaycan olmadan reallaşmır.

Ötən əsrin əvvəllərində tanınmış ingilis coğrafiyaçısı, Oksford Universitetinin professoru, geosiyasi araşdırmaları ilə tanınmış siyasi xadim Helford Con Makkinder özünün "Tarixin coğrafi oxu" (Geographical pivot of history)  kitabında Avrasiyanı Yer kürəsinin ürəyi adlandıraraq qeyd edirdi ki, "Avrasiyanı idarə edən bütün dünyanı idarə edəcək".

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Həmrəylikdən əməkdaşlığa: Bakı islam dünyasının antikorrupsiya səylərini birləşdirən yüksəksəviyyəli görüşə evsahibliyi edəcək

08:50
21 Oktyabr

Makronun hakimiyyətinin güc tətbiqi avtoritar neoliberalizm modelinin göstəricisidir

08:40
21 Oktyabr

Müharibə cinayətlərinə hüquqi yanaşma siyasi pərəstişdən üstün olmalıdır

08:30
21 Oktyabr

Maliyyə Nazirliyində YAP-ın VIII Qurultayının nəticələri müzakirə edilib

08:20
21 Oktyabr

Trans-Xəzər altılığı

08:10
21 Oktyabr

XİN Fransadakı iğtişaşlarla bağlı vətəndaşlara xəbərdarlıq edib

08:00
21 Oktyabr

Azərbaycan Respublikasının Qarabağ Milli Parkının yaradılması haqqında

01:07
21 Oktyabr

"Azərbaycan Respublikasının Hökuməti ilə Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının, Kioto Protokolunun və Paris Sazişinin katibliyi arasında İqlim Həftəsi-4 və Adaptasiya Komitəsinin 30-cu iclası barədə Anlaşma Memorandumu"nun təsdiq edilməsi haqqında

01:06
21 Oktyabr

Gəncə Memorial Kompleksinin fəaliyyəti ilə bağlı əlavə tədbirlər haqqında

01:06
21 Oktyabr

Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında  

01:03
21 Oktyabr

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi "Eşitmə və nitq qabiliyyəti olmayan əlilliyi olan şəxslər üçün surdoloji xidmətlərin aparılması", "Əlilliyin düzgün dərk edilməsi istiqamətində tədbirlərin həyata keçirilməsi", "Əlilliyi olan şəxslərə diqqət və qayğının artırılması məqsədilə təbliğat kampaniyasının aparılması", "Narkomaniyaya qarşı mübarizədə təbliğat kampaniyasının təşkili" və "Əlilliyi olan şəxslər üçün motivasiya xarakterli təşəbbüslərin təşkili" adlı müsabiqələr keçirir

01:01
21 Oktyabr

Çempionlar Liqası: "Sabah" "Borussiya Dortmund"a minimal hesabla uduzub

22:45
20 Oktyabr

TÜRKPA-nın Baş katibinin müavinləri seçiliblər

22:06
20 Oktyabr

Sahibə Qafarova: TÜRKPA qarşılıqlı faydalı əməkdaşlığı təşviq edir  

21:51
20 Oktyabr

Bəşəriyyətin dörddə birindən çoxu kifayət qədər qida tapa bilmir

20:57
20 Oktyabr

Bişkekdə TÜRKPA Şurasının iclası baş tutub

20:49
20 Oktyabr

Azərbaycanlı itkin ailələri Avropa Parlamenti qarşısında etiraz aksiyası keçirib  

20:35
20 Oktyabr

BMT xəbərdarlıq edir: 800 milyon gənc işsiz qala bilər  

19:56
20 Oktyabr

Almaniya hərbi təlimlərə başlayıb

19:11
20 Oktyabr

Pekində yaşlı əhali sürətlə artır  

18:54
20 Oktyabr

Xorvat iş adamları Qarabağın bərpası istiqamətində reallaşdırılan layihələrdə iştiraka dəvət olunub  

18:37
20 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!