21 Oktyabr 2026 08:20
240
CƏMİYYƏT
A- A+
Maliyyə Nazirliyində YAP-ın VIII Qurultayının nəticələri müzakirə edilib

Maliyyə Nazirliyində YAP-ın VIII Qurultayının nəticələri müzakirə edilib


Oktyabrın 20-də Azərbaycan Respublikası Maliyyə Nazirliyində Yeni Azərbaycan Partiyasının (YAP) Nəsimi rayon təşkilatı üzrə ərazi ilk partiya təşkilatının müşavirəsi keçirilib. 

Nazirliyin inzibati binasında təşkil olunan tədbir Azərbaycan Respublikasının Prezidenti və partiyanın Sədri İlham Əliyevin YAP-ın VIII Qurultayındakı proqram xarakterli çıxışından irəli gələn tapşırıqların müzakirəsinə həsr edilib.

Müşavirə Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin suverenliyi uğrunda canından keçən şəhidlərimizin xatirəsinin birdəqiqəlik sükutla yad edilməsi və Dövlət himninin səsləndirilməsi ilə başlayıb.

Toplantıda çıxış edən maliyyə nazirinin müavini, YAP Nəsimi rayon ərazi ilk partiya təşkilatının sədri Natiq Həsənov bildirib ki, Yeni Azərbaycan Partiyası yarandığı gündən  Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi, milli maraqların müdafiəsi və ölkənin davamlı inkişafı naminə ardıcıl fəaliyyət göstərir. Nazir müavini YAP-ın VIII Qurultayında Prezident İlham Əliyevin çıxışında səsləndirilən əsas fikirlərə və qarşıya qoyulan vəzifələrə toxunub. O, qurultayda müəyyən edilmiş istiqamətlər üzrə fəaliyyətin təşkilinin, ilk ərazi partiya təşkilatlarının işinin səmərəliliyinin artırılmasının və partiya üzvlərinin ictimai-siyasi proseslərdə fəal iştirakının əhəmiyyətini vurğulayıb. 

YAP Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov isə çıxışında dövlət başçısının qurultayda müəyyənləşdirdiyi strateji hədəflər, Azərbaycanın müasir inkişaf modeli, ölkəmizin siyasi və iqtisadi qüdrətinin artırılması, milli maraqların qorunması, eləcə də beynəlxalq müstəvidə mövqelərinin daha da möhkəmləndirilməsi istiqamətində həyata keçirilən tədbirlərdən bəhs edib. O bildirib ki, Prezident İlham Əliyevin yürütdüyü siyasət Azərbaycanın beynəlxalq nüfuzunu gücləndirir və milli maraqlarını etibarlı şəkildə təmin edir. 

Daha sonra çıxış edən digər partiya üzvləri Yeni Azərbaycan Partiyasının yarandığı gündən etibarən keçdiyi şərəfli inkişaf yolundan bəhs edib, ölkəmizin ictimai-siyasi həyatında oynadığı aparıcı rolu və cəmiyyətdə qazandığı yüksək etimadı xüsusi vurğulayıblar.

Müzakirələrdə Yeni Azərbaycan Partiyasının cəmiyyətdəki mövqeyinin daha da gücləndirilməsi, partiya üzvlərinin ictimai-siyasi proseslərdə fəal iştirakının təmin olunması, gənclərlə işin genişləndirilməsi və təşkilatdaxili əməkdaşlığın inkişaf etdirilməsi məsələləri diqqət mərkəzində olub. 

Tədbir Yeni Azərbaycan Partiyasının himninin səsləndirilməsi ilə başa çatıb.

 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Vitkoff Zelenski ilə danışıqlardan sonra Putinə sülh təklifi təqdim edəcək  

09:48
21 Oktyabr

Kənd təsərrüfatında məhsuldarlıq və aqrar inkişafın yeni hədəfləri

09:40
21 Oktyabr

"Daşkəsən" dəmir filizi layihəsi mərhələlərlə işlənəcək

09:30
21 Oktyabr

Elmi seminarda Azərbaycan üçün yeni aqrar model təqdim edilib

09:20
21 Oktyabr

Fərid ŞƏFİYEV: “Orta dəhliz sabit və etibarlı bağlantılar üçün mühüm əhəmiyyət daşıyır”

09:10
21 Oktyabr

Qovşaq coğrafiyamız qitələri qovuşdurur

09:00
21 Oktyabr

Həmrəylikdən əməkdaşlığa: Bakı islam dünyasının antikorrupsiya səylərini birləşdirən yüksəksəviyyəli görüşə evsahibliyi edəcək

08:50
21 Oktyabr

Makronun hakimiyyətinin güc tətbiqi avtoritar neoliberalizm modelinin göstəricisidir

08:40
21 Oktyabr

Müharibə cinayətlərinə hüquqi yanaşma siyasi pərəstişdən üstün olmalıdır

08:30
21 Oktyabr

Maliyyə Nazirliyində YAP-ın VIII Qurultayının nəticələri müzakirə edilib

08:20
21 Oktyabr

Trans-Xəzər altılığı

08:10
21 Oktyabr

XİN Fransadakı iğtişaşlarla bağlı vətəndaşlara xəbərdarlıq edib

08:00
21 Oktyabr

Azərbaycan Respublikasının Qarabağ Milli Parkının yaradılması haqqında

01:07
21 Oktyabr

"Azərbaycan Respublikasının Hökuməti ilə Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının, Kioto Protokolunun və Paris Sazişinin katibliyi arasında İqlim Həftəsi-4 və Adaptasiya Komitəsinin 30-cu iclası barədə Anlaşma Memorandumu"nun təsdiq edilməsi haqqında

01:06
21 Oktyabr

Gəncə Memorial Kompleksinin fəaliyyəti ilə bağlı əlavə tədbirlər haqqında

01:06
21 Oktyabr

Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında  

01:03
21 Oktyabr

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi "Eşitmə və nitq qabiliyyəti olmayan əlilliyi olan şəxslər üçün surdoloji xidmətlərin aparılması", "Əlilliyin düzgün dərk edilməsi istiqamətində tədbirlərin həyata keçirilməsi", "Əlilliyi olan şəxslərə diqqət və qayğının artırılması məqsədilə təbliğat kampaniyasının aparılması", "Narkomaniyaya qarşı mübarizədə təbliğat kampaniyasının təşkili" və "Əlilliyi olan şəxslər üçün motivasiya xarakterli təşəbbüslərin təşkili" adlı müsabiqələr keçirir

01:01
21 Oktyabr

Çempionlar Liqası: "Sabah" "Borussiya Dortmund"a minimal hesabla uduzub

22:45
20 Oktyabr

TÜRKPA-nın Baş katibinin müavinləri seçiliblər

22:06
20 Oktyabr

Sahibə Qafarova: TÜRKPA qarşılıqlı faydalı əməkdaşlığı təşviq edir  

21:51
20 Oktyabr

Bəşəriyyətin dörddə birindən çoxu kifayət qədər qida tapa bilmir

20:57
20 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!