21 Oktyabr 2026 09:00
205
İQTİSADİYYAT
A- A+
Qovşaq coğrafiyamız qitələri qovuşdurur

Qovşaq coğrafiyamız qitələri qovuşdurur


Prezident İlham ƏLİYEV: "...Asiya ilə Avropanın kəsişməsində yerləşən Azərbaycan Avrasiya məkanında birləşdirici mərkəz kimi getdikcə daha böyük rol oynayır"


Asiyada təhlükəsizlik, sabitlik və dövlətlər arasında etimadın möhkəmləndirilməsi regional əməkdaşlığın əsas istiqamətlərindəndir. Məhz bu məqsədlə yaradılmış Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQEM) Asiya ölkələri arasında dialoqun və çoxtərəfli əməkdaşlığın inkişafı üçün önəmli  platformadır.

Asiyanın beynəlxalq iqtisadi sistemdə rolunun artdığı və nəqliyyat-logistika marşrutlarının strateji əhəmiyyət qazandığı bir şəraitdə regional əməkdaşlıq platformaları xüsusi önəm kəsb edir. Rəqəmsallaşmanın iqtisadiyyatda rolunun artdığı bir dövrdə AQEM-in Bakıda keçirilən VII Zirvə Toplantısı xüsusi əhəmiyyət daşıyır. Toplantı Azərbaycanın beynəlxalq mövqeyinin gücləndirilməsi, Asiyada iqtisadi əməkdaşlığın genişləndirilməsi və regional bağlantıların inkişafı üçün yeni imkanlar yaradır.

Azərbaycanın AQEM-ə sədrliyi Asiya məkanında yeni əməkdaşlıq körpülərinin qurulması, mövcud əlaqələrin möhkəmləndirilməsi və siyasi dialoqun real nəticələrlə zənginləşdirilməsindən dolayı əlamətdar mərhələdir. Ölkəmiz 17 dekabr 2024-cü ildə başladığı və 2024-2026-cı illəri əhatə edən sədrliyini "Daha güclü AQEM: Asiyada bağlantılar, rəqəmsallaşma və dayanıqlı artım" prioriteti üzərində qurub. Bunun mahiyyəti dövlətləri eyni masa ətrafında toplamaqdan çox onları ortaq məqsədlər, konkret təşəbbüslər və qarşılıqlı fayda əsasında bir araya gətirməkdir. Çünki diplomatiyanın həqiqi gücü yalnız dialoqun qurulmasında deyil, həmin dialoqun insanların həyatına, iqtisadi münasibətlərə və regional inkişafa verdiyi töhfədə üzə çıxır.

Azərbaycanın sədrliyi AQEM-in fəaliyyət dairəsinin genişləndirilməsi və yeni əməkdaşlıq istiqamətlərinin formalaşdırılması ilə də diqqət çəkir. 2025-ci ildə Qadınlar Şurasının və Maliyyə Sammiti mexanizminin yaradılması ilə bağlı qərarların qəbul edilməsi, aparıcı universitetlər arasında tərəfdaşlıq əlaqələrinin təşviqi təşkilatın əməkdaşlıq gündəliyinə yeni məzmun qazandırıb. Bu təşəbbüslər göstərir ki, onun dayanıqlı olması üçün bilik mübadiləsi, maliyyə imkanları, insan kapitalı və müxtəlif sosial qrupların iştirakı da vacibdir.

İqtisadi əməkdaşlığın praktik müstəviyə daşınmasında biznes-forumlar və nəqliyyat-logistika sahəsində keçirilən tədbirlər xüsusi yer tutur. Bir tərəfdə istehsalçını yeni bazarlarla, digər tərəfdə investoru perspektivli layihələrlə birləşdirən bu platformalar Asiyanın iqtisadi xəritəsində yeni imkanların üzə çıxmasına şərait yaradır. Nəqliyyat dəhlizləri isə bu mənzərənin sadəcə coğrafi xətləri deyil, ölkələri, bazarları və iqtisadi maraqları bir-birinə bağlayan strateji arteriyalardır. Bu bağlantıların gücləndirilməsi ticarətin genişlənməsinə, logistika imkanlarının artmasına və regionun iqtisadi potensialının daha səmərəli reallaşdırılmasına xidmət edir.

Beləliklə, Azərbaycanın AQEM-ə sədrliyinin əsas xətti  siyasi dialoqu real əməkdaşlığa, əməkdaşlığı isə davamlı nəticələrə çevirməkdir. Müxtəlif iqtisadi imkanlara və fərqli inkişaf prioritetlərinə malik ölkələri bir araya gətirən bu platformada yaradılan ortaq məxrəci gələcək üçün işlək mexanizmi etməkdir. Azərbaycanın xarici iqtisadi əlaqələri də bu əməkdaşlıq üçün əhəmiyyətli baza yaradır. Ticarət dövriyyəsinin həcmi, ixrac imkanları və qeyri-neft-qaz sektorunun inkişafı ölkənin regional iqtisadi əlaqələrdə iştirakının miqyasını göstərən əsas göstəricilər sırasındadır.

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2025-ci ildə Azərbaycanın xarici ticarət dövriyyəsi 48,91 milyard dollara çatıb. Bunun 24,53 milyard dolları ixracın, 24,38 milyard dolları isə idxalın payına düşüb. Xarici ticarət dövriyyəsinin əvvəlki illə müqayisədə 3,2 faiz artması ölkənin beynəlxalq iqtisadi əlaqələrinin genişləndiyini göstərir. Diqqətçəkən məqamlardan biri də qeyri-neft-qaz məhsullarının ixracındakı artımdır. Bu məhsulların ixracı 3,63 milyard dollar təşkil edərək 8,1 faiz yüksəlib. Bu rəqəmlərin arxasında daha geniş iqtisadi mənzərə dayanır. Bu, ixracın şaxələndirilməsi, yeni bazarlara çıxış və yerli istehsalın beynəlxalq ticarət zəncirlərinə inteqrasiyasıdır. Məhz bu istiqamətlər Azərbaycanın AQEM çərçivəsində əməkdaşlıq imkanlarını genişləndirə biləcək sahələrdəndir. Asiya bazarlarına çıxışın asanlaşdırılması, ticarət prosedurlarının sadələşdirilməsi və logistika xidmətlərinin təkmilləşdirilməsi yerli istehsalçılar üçün yeni qapılar aça bilər.

AQEM-in VII Zirvə Toplantısı Azərbaycanın sədrliyi dövründə görülən işləri dəyərləndirmək və gələcək əməkdaşlığın istiqamətlərini müəyyənləşdirmək baxımından mühüm əhəmiyyət daşıyır. Növbəti mərhələdə əsas hədəf siyasi razılaşmaları konkret iqtisadi nəticələrə çevirmək, ticarət və investisiya əlaqələrini genişləndirmək, nəqliyyat və rəqəmsal bağlantıları gücləndirmək olmalıdır.

Azərbaycan üçün AQEM çərçivəsində əməkdaşlıq tranzit imkanlarının artırılması və neftdənkənar  ixracın genişləndirilməsi baxımından yeni perspektivlər açır. Əsas məsələ  bu potensialı real iqtisadi faydaya çevirməkdir. Çünki etimad dialoqla formalaşır, əməkdaşlıqla möhkəmlənir, davamlı inkişafla isə konkret nəticələr qazanır.


Züleyxa ƏLİYEVA, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Kənd təsərrüfatında məhsuldarlıq və aqrar inkişafın yeni hədəfləri

09:40
21 Oktyabr

"Daşkəsən" dəmir filizi layihəsi mərhələlərlə işlənəcək

09:30
21 Oktyabr

Elmi seminarda Azərbaycan üçün yeni aqrar model təqdim edilib

09:20
21 Oktyabr

Fərid ŞƏFİYEV: “Orta dəhliz sabit və etibarlı bağlantılar üçün mühüm əhəmiyyət daşıyır”

09:10
21 Oktyabr

Qovşaq coğrafiyamız qitələri qovuşdurur

09:00
21 Oktyabr

Həmrəylikdən əməkdaşlığa: Bakı islam dünyasının antikorrupsiya səylərini birləşdirən yüksəksəviyyəli görüşə evsahibliyi edəcək

08:50
21 Oktyabr

Makronun hakimiyyətinin güc tətbiqi avtoritar neoliberalizm modelinin göstəricisidir

08:40
21 Oktyabr

Müharibə cinayətlərinə hüquqi yanaşma siyasi pərəstişdən üstün olmalıdır

08:30
21 Oktyabr

Maliyyə Nazirliyində YAP-ın VIII Qurultayının nəticələri müzakirə edilib

08:20
21 Oktyabr

Trans-Xəzər altılığı

08:10
21 Oktyabr

XİN Fransadakı iğtişaşlarla bağlı vətəndaşlara xəbərdarlıq edib

08:00
21 Oktyabr

Azərbaycan Respublikasının Qarabağ Milli Parkının yaradılması haqqında

01:07
21 Oktyabr

"Azərbaycan Respublikasının Hökuməti ilə Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının, Kioto Protokolunun və Paris Sazişinin katibliyi arasında İqlim Həftəsi-4 və Adaptasiya Komitəsinin 30-cu iclası barədə Anlaşma Memorandumu"nun təsdiq edilməsi haqqında

01:06
21 Oktyabr

Gəncə Memorial Kompleksinin fəaliyyəti ilə bağlı əlavə tədbirlər haqqında

01:06
21 Oktyabr

Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında  

01:03
21 Oktyabr

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi "Eşitmə və nitq qabiliyyəti olmayan əlilliyi olan şəxslər üçün surdoloji xidmətlərin aparılması", "Əlilliyin düzgün dərk edilməsi istiqamətində tədbirlərin həyata keçirilməsi", "Əlilliyi olan şəxslərə diqqət və qayğının artırılması məqsədilə təbliğat kampaniyasının aparılması", "Narkomaniyaya qarşı mübarizədə təbliğat kampaniyasının təşkili" və "Əlilliyi olan şəxslər üçün motivasiya xarakterli təşəbbüslərin təşkili" adlı müsabiqələr keçirir

01:01
21 Oktyabr

Çempionlar Liqası: "Sabah" "Borussiya Dortmund"a minimal hesabla uduzub

22:45
20 Oktyabr

TÜRKPA-nın Baş katibinin müavinləri seçiliblər

22:06
20 Oktyabr

Sahibə Qafarova: TÜRKPA qarşılıqlı faydalı əməkdaşlığı təşviq edir  

21:51
20 Oktyabr

Bəşəriyyətin dörddə birindən çoxu kifayət qədər qida tapa bilmir

20:57
20 Oktyabr

Bişkekdə TÜRKPA Şurasının iclası baş tutub

20:49
20 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!