07 Avqust 2024 19:20
104
İQTİSADİYYAT
A- A+

Bu günədək “AzerGold”un qiymətli metalların satışından əldə etdiyi gəlir açıqlanıb  

 

Bu günədək qiymətli metalların yerli və xarici bazarlara satışı nəticəsində əldə olunmuş gəlir 1 milyard 292 milyon manatı ötüb.

AZƏRTAC xəbər verir ki, bunu “AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov deyib.

Onun sözlərinə görə, vəsaitin 1 milyard 231 milyard manatı ABŞ dolları ekvivalentində ixrac gəlirləri, 61 milyon manatı isə daxili satışlardan əldə edilib.

“Bu ilin ilk yeddi ayında 25,8 min unsiya qızıl və 46 min unsiya gümüşün yerli və beynəlxalq bazarlarda satışı həyata keçirilib. Nəticədə 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 19 faiz daha çox, 103,8 milyon manat gəlir əldə edilib. Bu il üçün hasilat hədəfi ötən illə müqayisədə 10 faiz, satış hədəfi 3 faiz artırılaraq 70 min unsiyaya çatdırılıb”, - deyə Zakir İbrahimov vurğulayıb.

“AzerGold” QSC-nin istismar fəaliyyəti apardığı Daşkəsən rayonunda yerləşən hasilat sahəsində bu ilin 7 ayında 34,7 min unsiya qızıl və 57,7 min unsiya gümüş hasil olunduğunu əlavə edən QSC sədri bildirib ki, ötən ilin eyni dövrü ilə müqayisədə qızılın hasilatında 49 faiz artıma nail olunub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video