10 May 2024 09:25
899
İQTİSADİYYAT
A- A+
BTC-nin müəllifi və xilaskarı

BTC-nin müəllifi və xilaskarı

 

Kəmərin tikintisinin maliyyələşməsi Ulu Öndərin dünyadakı nüfuzu sayəsində mümkün oldu

 

"Gördüyümüz işlər Azərbaycanın gələcəyi üçündür". Bu sözləri Ulu Öndər Heydər Əliyev 2002-ci il sentyabrın 18-də Səngəçal terminalında Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac neft kəmərinin təməlqoyma mərasimində demişdi. Ümummilli Lider tərəfindən gələcəyə hesablanaraq görülən qlobal işlərdən biri də məhz elə BTC-nin çəkilişi idi. 
Keçən əsrin 90-cı illərinin ikinci yarısında "Əsrin müqaviləsi" çərçivəsində neft hasilatı artdıqca mövcud olan Bakı-Supsa və Bakı-Novorossiysk kəmərlərindən əlavə daha böyük bir ixrac marşrutuna ehtiyac yaranırdı. Belə bir şəraitdə BTC-nin çəkilişi ideyası irəli sürüldü. 1998-ci ildə Ankarada kəmərin inşa edilməsi haqqında bəyannamə, 1999-cu ildə İstanbulda ATƏT-in zirvə görüşü zamanı isə xəttin çəkilişi ilə bağlı saziş imzalandı. Sazış Azərbaycanın, Gürcüstanın, Türkiyənin, Qazaxıstanın və Amerika Birləşmiş Ştatlarının ovaxtkı prezidentlərinin imzaları ilə təsdiqləndi.
Bundan əvvəl "Əsrin müqaviləsi"ni xülya adlandıranlar, müxtəlif bəhanələrlə və güclü səylərlə onun baş tutmasına mane olmaq istəyənlər yenidən baş qaldırmışdılar. Bu dəfə hədəfdə BTC idi. Sonralar Ulu Öndər bunu belə xatırlayırdı: "Bakı-Tbilisi-Ceyhan neft kəmərinin marşrutunun seçilməsinə müxtəlif maneçiliklər törədildi. Biz şübhə etmirdik ki, bu kəmər Gürcüstandan keçməlidir. Şübhə etmirdik ki, bu böyük neft kəməri məhz Türkiyəyə getməlidir. Xəzərin nefti Türkiyənin Ceyhan limanı vasitəsilə dünya bazarına çıxmalıdır. Amma bəziləri hesab edirdilər ki, kəmər başqa ölkələrdən keçə bilər. Yəni artıq Azərbaycanda, Xəzərin Azərbaycan sektorunda neftin hasil olunmasının reallığını görəndə bəziləri hesab edirdilər ki, bu neft borusu Cənuba gedə bilər, yaxud Şimala gedə bilər, Şərqə gedə bilər. Müxtəlif belə fikirlər, müxtəlif iddialar var idi və getdikcə bunlar güclənirdi. Ancaq biz öz qərarımızda qəti idik. Əvvəldən də biz bunu elan etmişdik ki, kəmər yalnız bu marşrut ilə keçəcəkdir. Bu barədə Azərbaycan, Gürcüstan, Türkiyə arasında qəti razılıq əldə edilmişdi. Demək istəyirəm ki, biz bu layihəni başlayandan indiyə qədər Amerika Birləşmiş Ştatları onun həyata keçirilməsinə çox böyük diqqət, qayğı göstərmişdir, bu işi himayə etmişdir. Əgər Amerika Birləşmiş Ştatlarının layihəyə bu qədər dəstəyi olmasaydı, biz bunu həyata keçirə bilməzdik".
Bundan üç il sonra isə kəmərin təməli qoyuldu. Azərbaycanın, Gürcüstanın və Türkiyənin dövlət başçıları, ABŞ-nin energetika naziri, layihənin tərəfdaşları olan tanınmış xarici şirkətlərin səlahiyyətli nümayəndələri, neçə-neçə ölkənin jurnalistləri Səngəçalda idilər. Deməli, Bakı-Tbilisi-Ceyhan reallığa çevrilirdi. Artıq işə başlanmışdı, Azərbaycana və Gürcüstana - tikinti aparılacaq ərazilərə xaricdən alınan borular gətirilirdi.
Layihənin mühüm bir mərhələsində - maliyyələşmə məsələləri həll edilərkən BTC-nin bədxahları yenidən baş qaldırdılar. Yəni onlar tikintinin təməli qoyulandan sonra da rahatlıq tapa bilmir, hər vasitə ilə layihəyə əngəl törətmək istəyirdilər. Bir sıra qeyri-hökumət təşkilatları tikintiyə mane olmaq üçün növbəti səbəblər uydururdular. Bu dəfə kəmərin Gürcüstanın "Borjomi" mineral su mənbəyinə ekoloji cəhətdən guya zərbə vuracağı fikrini ortaya atdılar. Bu da layihənin Ətraf Mühitə və Sosial Sahəyə Təsirin Qiymətləndirilməsi sənədlərinin imzalanmasını gecikdirirdi. Hətta müxtəlif qruplar kəmərin tikintisini maliyyələşdirəcək beynəlxalq qurumların ofisləri qarşısına toplaşaraq onun çəkilişinə etiraz edirdilər. Gürcüstan Respublikası dövlətinin və hökumətinin layihəni dəstəklədiyi, artıq işlərə start verildiyi bu məqamda sözügedən məsələ müəmma doğururdu. Demə, burada da erməni "əli" varmış.
O zaman AŞPA-nın sədr müavini olan İlham Əliyev məsələnin nədən və haradan qaynaqlandığını açıqladı. Belə ki, ermənilər BTC-nin reallaşma mərhələsinə qədəm qoyduğundan narahat olub internetdə sayt açmışdılar və Beynəlxalq Maliyyə Korporasiyasına, Dünya Bankına, digər beynəlxalq maliyyə qurumlarına layihə haqqında əks məlumat göndərirdilər. Onların əsas məqsədi Gürcüstanda kəmərin keçdiyi ərazilərdə gərginlik yaratmaq və bununla marşrutun dəyişdirilməsinə nail olmaq idi. "Borjomi" söhbətini ortaya atmaqla kəmərin yolunun Gürcüstanın əsasən ermənilər yaşayan Axalkalaki rayonundan keçməsinin mümkün olacağını güman edirdilər.
2003-cü ilin mart ayında ermənilər ABŞ-də BTC-yə böhtan atıb onu gözdən salmaq üçün konfrans keçirməyə hazırlaşırlar. Konfransa onları dəstəkləyən müxtəlif qeyri-hökumət təşkilatlarının nümayəndələrini dəvət edirlər. Bu, BTC əleyhinə kampaniyanın yeni mərhələsinin başlanması demək idi. Xaricdə yaşayan erməni diasporu həmin kampaniyaya açıq şəkildə hərtərəfli dəstək verirdi. Təbii ki, qarşıda layihənin maliyyələşdirilməsi məsələsinin dayandığı bir məqamda belə hallar təhlükəli idi.
Lakin Ümummilli Lider layihənin həyata keçirilməsinin bütün mərhələlərində "BTC olacaq, olacaq, olacaqdir!" deyirdi. Bu baxımdan 2003-cü ilin fevral ayında Vaşinqtonda keçirilən "Şərq-Qərb enerji dəhlizi reallıqdır" konfransında şəxsən iştirak etməyi qərara alması da təsadüfi deyildi. Tədbirin keçirildiyi günlərdə Heydər Əliyev ABŞ-nin Prezidenti Corc Buş, Vitse-prezident Riçard Ceyni, ticarət naziri Donald Evants, energetika naziri Spenser Abraham ilə görüşdü. "Mübarizəmiz davam edəcək və biz istəyimizə nail olacağıq!" - bütün söhbətlərin başlıca məzmunu bu idi. 
Tədbirin keçirildiyi günlərdə Azərbaycanın, Gürcüstanın və Türkiyənin səlahiyyətli nümayəndələri, Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin rəhbəri Beynəlxalq Maliyyə Korporasiyasında oldular. BTC-nin maliyyələşdirilməsinə dair fikir mübadiləsi aparıldı. Sonra Ulu Öndər korporasiyanın rəhbəri Piter Voykeni qəbul etdi. Layihədə bu beynəlxalq maliyyə qurumunun imkanlarından istifadə imkanları müzakirə olundu. P.Voyke bildirdi ki, korporasiyanın məqsədi yalnız bir kəmərin layihəsinin maliyyələşməsində deyil, regionda həyata keçirilən digər layihələrdə də fəal iştirak etməkdir.
Beləliklə, Heydər Əliyev dünyadakı hörmət və nüfuzu ilə BTC-ni bu dəfə də çətinlikdən çıxardı. 
BTC qalib gəldi! Azərbaycanın bədxahları yenə də məqsədlərinə çatmadılar. Ümummilli Liderin daha bir şah əsəri tarixdə özünə yer aldı. Belə ki, 2004-cü il fevralın 3-də Bakıda, "Gülüstan " sarayında Prezident İlham Əliyevin iştirakı ilə BTC layihəsinin maliyyələşdirilməsi ilə əlaqədar son sənədlər imzalandı. 
Bu gün BTC təkcə ölkəmizin deyil, bütün regionun həyatında mühüm rol oynayır. Bu kəmər Azərbaycana və ərazisindən keçdiyi ölkələrə birbaşa gəlirlər gətirməklə yanaşı, marşrut boyu yerləşən yaşayış məntəqələrinin icmalarına sosial sərmayələri ilə də gəlirlər gətirir. 
BTC-nin əhəmiyyəti həm də onun özündən sonra neçə-neçə nəhəng layihəyə yol açmasındadır. Başqa sözlə, Ümummilli Lider Heydər Əliyev bu nəhəng qurğunun təməlini qoydu, Prezident 
İlham Əliyev onu möhtəşəm dəhlizlərə qovuşdurdu. Dövlətimizin başçısının dediyi kimi: "Bakı-Tbilisi-Ceyhan neft kəmərinin tikilməsi nəticəsində biz artıq pəncərədən başlayaraq böyük qapı açdıq. Azərbaycanı beynəlxalq enerji ailəsinə daxil edə bildik. Həm siyasi, həm iqtisadi baxımdan böyük uğurlar əldə edə bilmişik". 

Flora SADIQLI,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Sabah paytaxtda 24, rayonlarda 29 dərəcə isti olacaq - PROQNOZ

14:05
14 Mart

Bolqarıstan xarici işlər naziri: Dünyada qlobal təhlükəsizlik və sabitlik bərqərar olmalıdır

13:59
14 Mart

Qlobal Bakı Forumunda panel iclası - “Yeni dünya düzənində orta güclər”

13:36
14 Mart

Əli Əsədov: Keçən il dövlət büdcəsindən təhsil xərclərinə təqribən 4,5 milyard manat vəsait ayrılıb  

13:33
14 Mart

Bülənt Arınç: Fransa kimi bəzi dünya dövlətləri müharibələrin qarşısını almaq istəmir  

13:32
14 Mart

Keçmiş məcburi köçkün: 33 ildən sonra bahar bayramını doğma yurdumuzda qeyd edəcəyik

13:27
14 Mart

Xocalı sakini: Hər bir insan üçün doğma Vətəni, doğulduğu yer daha əzizdir

13:19
14 Mart

Ötən il Azərbaycan ərazisindən keçən nəqliyyat dəhlizləri ilə daşınmış yüklərin həcmi açıqlanıb

13:18
14 Mart

Miroslav Layçak: Davamlı və ədalətli sülh istəyiriksə, bu, beynəlxalq hüquqa əsaslanmalıdır

12:56
14 Mart

Moskvada Müslüm Maqomayevin xatirəsinə həsr edilmiş konsert olub  

12:52
14 Mart

İşğaldan azad edilmiş ərazilərdə ötən ilin sonunadək 10,2 mindən çox keçmiş məcburi köçkün evlərlə təmin edilib  

12:51
14 Mart

Bu il 65 min hektardan artıq ərazinin minalardan təmizlənməsi planlaşdırılır – Baş nazir

12:50
14 Mart

Xocalının Ballıca kəndinə növbəti köç karvanı yola salınıb 

12:46
14 Mart

Azərbaycanda səhiyyə xidmətlərinin keyfiyyətinin artırılması məqsədilə ayrılan vəsaitin məbləği 8 faizdən çox artıb  

12:31
14 Mart

Annalena Berbok: Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi ilə bağlı razılıq xəbəri ümidvericidir  

12:23
14 Mart

“Politico” nəşri: Avropa Parlamenti yenidən korrupsiya ittihamı ilə çalxalanır  

12:14
14 Mart

Əli Əsədov: Ötən il sosial ödənişlərin artırılması ilə bağlı bir sıra mühüm qərarlar qəbul olunub

11:53
14 Mart

Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair Dövlət Proqramının icrası müzakirə olunub  

11:53
14 Mart

Əli Əsədov: Azərbaycanın strateji valyuta ehtiyatları xarici dövlət borcunu 14 dəfə üstələyir

11:50
14 Mart

Baş nazir: 2024-cü ildə əhalinin hər nəfərinə düşən ÜDM 3,6 faiz artıb

11:47
14 Mart

Sabiq Prezident: Bakı Forumu böhranların mənfi təsirlərinin aradan qaldırılması üçün çıxış yolları tapmaq baxımından əla fürsətdir  

11:43
14 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BEÇAÇəCAŞəBz
     12
3456789
10111213141516
17181920212223
24252627282930
31      

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!