14 Mart 2025 09:15
255
İQTİSADİYYAT
A- A+
Aqroparklar ümidləri doğruldur

Aqroparklar ümidləri doğruldur


Ötən il bu təsərrüfatlarda 34,1 min ton buğda, 25,5 min ton arpa istehsal edilib


Müasir dünyada ölkələrin əsas inkişaf göstəricisi iqtisadiyyatın sənayeləşməsi ilə ölçülür. Sənayesi inkişaf edən ölkələr bu imkandan istifadə edərək bol və keyfiyyətli məhsul istehsalına nail olurlar. Məsələn, ərazisi və təbii sərvətləri az olan Yaponiya, Almaniya, Böyük Britaniya geniş ərazisi və zəngin təbii sərvətə malik bəzi ölkələrdən bir neçə dəfə çox məhsul istehsal edirlər. Bunun da başlıca səbəbi sənayenin inkişafı, elmin və texnologiyaların son nailiyyətlərindən istehsal proseslərində istifadə edilməsidir.

Hazırda dünya iqtisadiyyatında yeni bir tendensiya da müşahidə olunur. Əvvəllər aqrar sektorda az istifadə olunan texnika və texnologiyalar indi bu sahədə geniş tətbiq edilir. Başqa sözlə, kənd təsərrüfatı da müasir texnologiyalar hesabına sürətlə sənayeləşdirilir. Özgə yol da yoxdur. Dünyada ərzağa artan tələbat bunu qaçılmaz edir. 

Bunun üçün isə təbii ki, meydan, yəni iri aqrar müəssisələr - aqroparklar lazımdır. Aqropark kənd təsərrüfatı məhsullarının istehsalını, emalını, logistikasını və digər xidmətləri əhatə etməklə bu zənciri özündə birləşdirən təsərrüfat subyektidir. Belə müəssisələrdə həmçinin ətraf mühitin qorunması, torpaq və su resurslarından səmərəli istifadə, onların mühafizəsi təmin olunur, eləcə də bitkiçiliyin, heyvandarlığın, emal sənayesinin və digər sektorların inkişafı üçün möhkəm əsaslar yaradılır. Bununla yanaşı, ərzaq məhsullarının istehsalı ilə bağlı əsas fəaliyyətləri - enerji, su və tullantıların idarə edilməsi, logistika, nəqliyyat, ərazinin planlaşdırılması və digər proseslərin həyata keçirilməsini təmin edən aqroparklar habelə davamlı inkişaf prinsiplərinə əsaslanaraq istehsal, emal, tədarük, tədqiqat və inkişaf, ticarət və sosial funksiyaları özündə birləşdirən bir mərkəz kimi xarakterizə olunur.

Hazırda Azərbaycanın qarşısında duran əsas vəzifələrdən biri qeyri-neft sektorunun aparıcı bölməsi olan aqrar sənaye sahəsinin inkişafını təmin etməkdir. Bu məqsədlə aqrar sektorun innovativ meyarlara uyğun qurulması, o cümlədən aqroparkların inkişafı əsas istiqamətlərdəndir. Prezident İlham Əliyev kənd təsərrüfatında aqroparkların yaradılmasının zəruriliyini vurğulayaraq demişdir: "Hesab edirəm ki, aqroparkların yaradılması üçün şərait artıq yetişib. Bu məsələlərlə bağlı başqa ölkələrin təcrübəsi də öyrənilə bilər, harada ki bu aqroparklar mövcuddur. Hesab edirəm ki, bu da müasir bir yanaşma və kənd təsərrüfatının inkişafı üçün növbəti bir təkan olacaqdır".

İqtisadi Zonaların İnkişafı Agentliyi (İZİA) tərəfindən 2023-cü ilin yanvar ayından etibarən aqroparkların reyestrinin aparılması, həmçinin orada fəaliyyət göstərən hüquqi və fiziki şəxslərə aqroparkın rezidentinin qeydiyyat şəhadətnaməsinin verilməsi ilə bağlı işlərə başlanılıb. İndiyəcən 2-si dövlət, 22-si özəl olmaqla ümumilikdə 24 aqropark qeydiyyata alınıb. Ümumilikdə isə ölkə üzrə 32 rayonda 239312 hektar ərazidə ümumi layihə dəyəri 2,3 milyard manat olan 51 aqroparkın yaradılması nəzərdə tutulub. 

Hazırda 23 aqropark artıq fəaliyyətə başlayıb, 1 aqroparkda isə tikinti-quraşdırma işləri aparılır. Aqroparklardan 6-sı heyvandarlıq, 6-sı meyvəçilik, 11-i əkinçilik, 1-i çeşidləmə, qablaşdırma və logistika üzrə ixtisaslaşıb. Ümumilikdə aqroparkların layihə dəyəri 1,1 milyard manat təşkil edir. Həmin vəsaitin faktiki olaraq 900 milyon manatı özəl investisiya şəklində sahibkarlar tərəfindən layihələrin reallaşdırılmasına qoyulub. Bununla yanaşı, indiyədək aqroparkların yaradılması və ya fəaliyyətlərinin genişləndirilməsi məqsədilə 158,9 milyon manat dövlət dəstəyi göstərilib. Yeri gəlmişkən, qeyd edək ki, indiyədək Sahibkarlığın İnkişafı Fondu tərəfindən 16 aqroparkın yaradılmasına 142,4 milyon manat güzəştli kredit ayrılıb. İnvestisiya təşviqi sənədi almış 17 aqroparka texnika, texnoloji avadanlıqlar və qurğuların idxalına görə 16,5 milyon manat dəyərində güzəşt edilib. Qeydiyyata alınan aqroparklarda 3720 nəfər daimi işlə təmin edilib, 4878 nəfər isə mövsümi işlərə cəlb olunub. Növbəti mərhələdə əlavə olaraq 1600-dən çox daimi iş yerinin yaradılması nəzərdə tutulur.

İqtisadi Zonaların İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Seymur Adıgözəlov deyir ki, ötən il əkin dövriyyəsinə cəlb olunmuş 42,5 min hektar torpaq sahəsinin 35,7 min hektarı suvarılan ərazilərdir. Onun da 26 min hektarında (73 faizi) mütərəqqi suvarma sistemləri qurulub: "2024-cü ildə aqroparklarda 34,1 min ton buğda, 25,5 min ton arpa, 91,8 min ton dən və silos qarğıdalı, 49,7 min ton şəkər çuğunduru, 22,4 min ton pambıq, 17,3 min ton kartof, 11,6 min ton yonca, 1,1 min ton soya, 3,5 min ton tərəvəz məhsulları, 14 min ton qüvvəli yem istehsal olunub, 18,1 min ton qarışıq meyvə yığılıb və 606 min ting əkilib. Aqroparklarda istehsal olunmuş kənd təsərrüfatı məhsullarının ümumi dəyəri 150 milyon manat təşkil edib. Heyvandarlıq üzrə ixtisaslaşmış 6 aqroparkda 32,4 min ton süd və 1,3 min ton ət istehsal olunub".


Rüstəm KAMAL,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 14 iyul tarixli 973-VIQD nömrəli Qanununun qəbul edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik və bəzi qərarlarının ləğv edilməsi haqqında

01:19
15 Mart

Azercell abunəçilərinin nəzərinə

01:17
15 Mart

Heydər Əliyev Mərkəzində heykəltaraş Andrey Ostaşovun “Qızılgülün sirri” sərgisi açılıb

23:57
14 Mart

Leyla Əliyeva və Arzu Əliyeva şəhid anaları ilə iftar məclisində iştirak ediblər  

23:53
14 Mart

Moskva Azərbaycanla Ermənistan arasında sülh sazişi üzrə danışıqların başa çatmasını alqışlayır  

23:50
14 Mart

Leyla Əliyeva və Arzu Əliyeva UNEC-də distant Çin dili təhsili alan tələbələrlə görüşüblər

23:47
14 Mart

Arayik Harutyunyan məhkəmədə Ruben Vardanyanla bağlı danışıb

21:16
14 Mart

Arayik Harutyunyan: Qondarma rejimdə “bank sistemi” Ermənistan Mərkəzi Bankı tərəfindən idarə olunurdu - MƏHKƏMƏ  

21:11
14 Mart

ADA Universitetində 11-ci Bahar Gənclik Festivalı keçirilib

21:07
14 Mart

Anisa Bahiti: Azərbaycan və Albaniya arasında diplomatik əlaqələr möhkəmlənir

21:05
14 Mart

Qlobal Forum çərçivəsində “COP29: Belem üçün Sıçrayış – Transformasiyanın sürətləndirilməsi” mövzusunda panel iclas keçirilib  

21:04
14 Mart

Azərbaycan ilə İtaliya arasında tərəfdaşlığın inkişafı məsələsi müzakirə edilib  

21:02
14 Mart

DİN kibertalama cinayətləri ilə bağlı növbəti dəfə vətəndaşlara müraciət edib  

20:59
14 Mart

Qlobal Bakı Forumunda "Sülh-münaqişə sonrası yenidənqurma və regional sabitliyin bərpası" mövzusunda müzakirələr aparılıb  

20:55
14 Mart

Milli Məclisin iclasında Nazirlər Kabinetinin hesabatı dinlənilib YENİLƏNİB

20:54
14 Mart

Prezident: Tramp administrasiyası dövründə ABŞ-la güclü tərəfdaşlığımızın yenidən qurulmasına çox nikbin baxırıq

19:47
14 Mart

İqtisadi Əməkdaşlıq Təşkilatının Azərbaycanda keçiriləcək Zirvə görüşünə hazırlıq işləri müzakirə edilib  

19:19
14 Mart

Azərbaycan Prezidenti: Biz növbəti hərbi qarşıdurmanı istisna edəcək əhatəli təhlükəsizlik mexanizmləri yaratmalıyıq

19:15
14 Mart

Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb  

19:11
14 Mart

Prezident İlham Əliyev: Qarabağda olan münaqişə beynəlxalq hüquq, tarixi ədalət əsasında həllini tapmış yeganə münaqişədir  

19:10
14 Mart

Vəkillər Kollegiyasının rəhbərliyi növbəti vətəndaş qəbulu keçirib

19:09
14 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BEÇAÇəCAŞəBz
     12
3456789
10111213141516
17181920212223
24252627282930
31      

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!