27 Fevral 2025 15:42
387
DÜNYA
A- A+
BMT Sudandakı humanitar vəziyyəti “fəlakətli” adlandırıb  

BMT Sudandakı humanitar vəziyyəti “fəlakətli” adlandırıb  

Sudanın mülki əhalisi üçün ağır vəziyyət son həftələrdə daha da pisləşib. Bu barədə BMT-nin Fövqəladə Yardım Koordinatoru və baş katibin müavini Tom Fletçerin adından Təhlükəsizlik Şurasının iclasında çıxış edən Humanitar Məsələlərin Əlaqələndirilməsi İdarəsinin (OCHA) nümayəndəsi Edem Vosornu xəbərdarlıq edib.

Onun sözlərinə görə, 12 milyondan çox Sudan sakini evlərini tərk etmək məcburiyyətində qalıb, onlardan 3,4 milyonu qonşu ölkələrə qaçıb. BMT OCHA sözçüsü bildirib ki, Sudan əhalisinin yarısından çoxu - 24,6 milyon insan acdır.

Brifinqdə deyilib ki, Təhlükəsizlik Şurasının 2736 saylı qətnaməni qəbul etməsindən səkkiz ay sonra Şimali Darfurda mülki əhali hədəfə alınmaqda davam edir. Yüz minlərlə mülki şəxsin qaldığı təxmin edilən və kütləvi aclıq şəraitinin təsdiqləndiyi Zəmzəm düşərgəsi ərazisində zorakılıq daha da şiddətlənib.

Vosornu, bazar ertəsi düşərgədə sağlamlıq və qidalanma xidmətləri göstərən Sərhədsiz Həkimlər Təşkilatının təhlükəsizlik vəziyyətinin pisləşməsi səbəbindən fəaliyyətini dayandırmaq məcburiyyətində qaldığını açıqladı.

OCHA sözçüsü qeyd edib ki, keçən il Sudanda təxminən 15,6 milyon insan humanitar yardım alıb.

Bununla belə, onun sözlərinə görə, qeyri-müəyyənlik və aktiv döyüşlər, bürokratik maneələr və digər çətinliklər humanitar təşkilatların səylərini zəiflətməkdə davam edir.

Natiq xatırladıb ki, 2025-ci ildə Sudan xalqına və sudanlı qaçqınlara kömək üçün  6 milyard dollar lazımdır.

Rizvan CƏFƏROV,

"Azərbaycan"



Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq

15:04
22 Mart

Qar uçqununda həlak olan hərbi qulluqçu Rüstəm Həmidov Bərdədə torpağa tapşırılıb

14:57
22 Mart

Gədəbəydə qar uçqununda həlak olan əsgər Əli İmanov Sabirabadda dəfn edilib

13:59
22 Mart

Türkmənistan prezidenti Azərbaycan stendi ilə tanış olub

13:47
22 Mart

Leyla Əliyevanın təşəbbüsü ilə Xızı rayonunda uşaqlar üçün Novruz şənliyi keçirilib

11:51
22 Mart

DİN kibertalama cinayətləri ilə bağlı növbəti dəfə vətəndaşlara müraciət edib 

10:53
22 Mart

Astronomlar ən uzaq qalaktikada oksigen aşkarlayıblar

09:31
22 Mart

BMT komissiyasında Azərbaycanın təşəbbüsü ilə qətnamə qəbul edilib

00:51
22 Mart

Türkiyənin ən böyük neft yatağında hasilat həcmi sutkada 80 min barrelə çatır

22:51
21 Mart

ADSEA: Xırdalan şəhərinin su təchizatı dayandırılıb

22:38
21 Mart

Gürcüstanın Baş naziri: Ölkələrimiz arasındakı əlaqələr xalqlarımızın ənənəvi səmimi və mehriban qonşuluq münasibətlərinin təzahürüdür

22:23
21 Mart

Özbəkistan Prezidenti: İkitərəfli münasibətlərimizin strateji tərəfdaşlıq və müttəfiqlik səviyyəsinə yüksəlməsi bizi sonsuz sevindirir

22:11
21 Mart

İran Prezidenti: Ümid edirəm ki, yeni il ölkələrimizin dost münasibətlərinə müstəsna transformasiya gətirəcək, xalqlarımızın rifah və firavanlığına xidmət edəcək

22:01
21 Mart

Gürcüstanın Baş naziri İrakli Kobaxidzedən

21:54
21 Mart

Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevdən

21:49
21 Mart

İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkiandan

21:46
21 Mart

ABŞ altıncı nəsil döyüş təyyarəsinin istehsalına başlayır

21:27
21 Mart

Lionel Messi "Barselona"ya qayıda bilər

20:49
21 Mart

Si Cinpin: Çin-Azərbaycan strateji tərəfdaşlıq münasibətləri dinamik şəkildə inkişaf edir, siyasi qarşılıqlı etimad möhkəmlənir  

19:59
21 Mart

Çin Xalq Respublikasının Sədri Si Cinpindən

19:53
21 Mart

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası uşaqlar üçün Novruz şənlikləri keçirir  

18:45
21 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!