11 Avqust 2024 01:01
623
İQTİSADİYYAT
A- A+
Biznesin müflisləşməsi və sağlamlaşdırılması sahəsində yeni prioritetlər müzakirə edilib

Biznesin müflisləşməsi və sağlamlaşdırılması sahəsində yeni prioritetlər müzakirə edilib

 

Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın "Biznesin müflisləşməsi" İşçi qrupu çərçivəsində aidiyyəti dövlət qurumlarının məqsədyönlü və koordinasiyalı fəaliyyəti nəticəsində sahibkarlıq subyektlərinin müflisləşməsi və sağlamlaşması sahəsində təşəbbüs olunan qanunvericilik və institusional islahatlar, qazanılmış nailiyyətlər ölkəmizdə biznes mühitinin daha da yaxşılaşdırılmasına, beynəlxalq reytinqlərin yüksəlməsinə xidmət edir. 
Ədliyyə Nazirliyinin Mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, "Biznesin müflisləşməsi" İşçi qrupunun növbəti iclasında Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin sektor müdiri, Komissiya Katibliyinin rəhbəri Vüsal Şıxəliyev, İşçi qrupunun rəhbəri, Bakı Apellyasiya Məhkəməsinin hakimi Ramin Qaraqurbanlı, Ədliyyə Nazirliyinin Strateji planlaşdırma və monitorinq baş idarəsinin rəisi Toğrul Hüseynov, nazirliyin digər məsul vəzifəli şəxsləri, eləcə də İqtisadiyyat Nazirliyi, həmin nazirlik yanında Dövlət Vergi Xidmətinin rəsmiləri iştirak ediblər.
Tədbirdə "Dünya Bankı Qrupunun "Business Ready" hesabatının "Biznesin müflisləşməsi" indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin və kommunikasiyanın həyata keçirilməsinə dair 2024-cü il üzrə Yol Xəritəsi"ndə nəzərdə tutulan fəaliyyətlərin icra vəziyyəti müzakirə olunub və görülən işlər üzrə dinləmələr keçirilib.
Qeyd edilib ki, biznesin müflisləşməsi prosesinin müasir dövrün tələblərinə uyğun yeni mexanizmlər əsasında tənzimlənməsini təmin etmək məqsədilə ötən müddət ərzində İşçi qrupu tərəfindən beynəlxalq ekspertlər cəlb olunmaqla "Sağlamlaşdırma və müflisləşmə haqqında" yeni qanun layihəsinin ilkin variantı hazırlanıb.
Həmin qanun layihəsinin tərtib olunması işinin tamamlanması üçün Ədliyyə Nazirliyi Qanunvericilik Baş İdarəsinin rəhbərliyi ilə tematik qrup yaradılıb, tərkibi müəyyənləşdirilərək iş qrafiki təsdiqlənib. Həmin qrup tərəfindən biznesin müflisləşməsini, sahibkarlıq subyektlərinin sağlamlaşdırılmasını və müflisləşməsini tənzimləyəcək yeni qanun layihəsi ilə yanaşı, bu sahəyə dair digər qanunvericilik aktlarına dəyişikliklərin edilməsi məsələsinin də müzakirə olunması nəzərdə tutulur.
Belə ki, iflas proseduru başlanılan hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər barədə məlumatların hüquqi şəxslərin dövlət reyestri və reyestrdə vergiödəyicilərinin uçotunun aparılması məqsədilə beynəlxalq təcrübə nəzərə alınmaqla müvafiq qanunvericilik aktlarına dəyişikliklərə dair layihələr hazırlanıb.
Eyni zamanda İşçi qrupu tərəfindən İqtisadiyyat Nazirliyinin fəal iştirakı ilə BMT-nin Beynəlxalq Ticarət Qanunvericiliyi Komissiyasının tövsiyələri nəzərə alınmaqla mikro, kiçik və orta sahibkarlıq subyektləri üçün sadələşdirilən iflas və sağlamlaşdırma prosedurlarının müəyyən edilməsi ilə əlaqədar araşdırmalar aparılıb.
Yol Xəritəsində nəzərdə tutulan insan kapitalının gücləndirilməsi fəaliyyəti üzrə Ədliyyə Akademiyası tərəfindən davamlı olaraq işlər görülür, kommersiya mübahisələrinə baxan hakimlər, hakimliyə namizədlər, bu növ işlərdə iştirak edən vəkillər və əmlak inzibatçıları üçün müflisləşmə və sağlamlaşdırma ilə bağlı təlimlərin təşkil olunması istiqamətində tədbirlər həyata keçirilir, zəruri tədris proqramları hazırlanır.
Bununla yanaşı, müflisləşmə və sağlamlaşdırma prosesinin rəqəmsallaşdırılması sahəsində işlər həyata keçirilərək "Elektron məhkəmə" informasiya sistemində hüquqi şəxsin və ya fərdi sahibkarın müflis elan edilməsi barədə mövcud olan məlumatların dövlət satınalmalarının vahid internet portalı vasitəsilə əldə edilməsi, habelə internet resurslarında bu sahədə çıxarılmış qərarların və müvafiq hesabat növünün ayrıca dərci imkanı yaradılıb.
Hazırda müflisləşmə sisteminin təkmilləşdirilməsi üzrə görülmüş işlər və bu sahədə olan beynəlxalq tələblər barədə kommunikasiya və maarifləndirmə tədbirlərinin davam etdirilməsi üçün intensiv müzakirələr aparılır.
İşçi qrup qeyd olunan sahə ətrafında təkliflərə və müzakirələrə tam açıq olduğunu bəyan edir.
Məlumat üçün qeyd edək ki, "Biznesin müflisləşməsi" İşçi qrupuna rəhbərliyi Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi həyata keçirir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Bakıda gənc hüquqşünaslar üçün “Lex Camp” düşərgəsinin açılışı olub

09:32
15 Yanvar

Smartfonların radiasiya təhlükəsindən necə qorunmaq olar

09:25
15 Yanvar

Alman partiyaları seçkilərə nə ilə gedir?

09:20
15 Yanvar

Sənət ocağının uğurlu layihələri davam edir 

09:15
15 Yanvar

Xalq rəssamının yaradıcılıq sehri

09:10
15 Yanvar

Orta dəhliz ortaq maraqlar marşrutudur

09:05
15 Yanvar

"Yaşıl sənaye"yə yaşıl işıq

09:00
15 Yanvar

Sağ ol Qazaxıstan, sağ ol qazax xalqı!

08:55
15 Yanvar

Paşinyanla bağlı şok iddia: "İstefaya hazırlaşır"

08:50
15 Yanvar

Azərbaycanın yeganə istəyi, məramı sülhdür

08:45
15 Yanvar

Ermənistanın Minsk qrupu ilə bağlı mövqeyi səmimi deyil

08:40
15 Yanvar

Paşinyan sülhsevər olduğunu əməldə göstərməlidir

08:35
15 Yanvar

Azərbaycanın ekoloji siyasətinin əsasında təmiz dünya qurmaq dayanır

08:30
15 Yanvar

Prioritet hədəf dəyişmir

08:25
15 Yanvar

Azərbaycan-BƏƏ əməkdaşlığı müasir çağırışlara cavab verir 

08:20
15 Yanvar

Sumqayıtlılar yenə fəaldırlar

08:15
15 Yanvar

Məntəqələr seçkilərə hazırdır

08:10
15 Yanvar

"Bu ərazilərə sanki atom bombası atılıb"

08:05
15 Yanvar

16 min 124 namizəd, 23 siyasi partiya, 69 minə yaxın müşahidəçi

08:00
15 Yanvar

"Azərbaycan Respublikası Hökuməti ilə Maldiv Respublikası Hökuməti arasında diplomatik, xidməti və rəsmi pasport sahiblərinin qarşılıqlı viza tələbindən azad edilməsi haqqında Saziş"in təsdiq edilməsi barədə

01:58
15 Yanvar

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 14 may tarixli 147 nömrəli Qərarı ilə təsdiq edilmiş “Xüsusi hərbi ixtisaslar üzrə vətəndaşların hazırlığını keçirən təhsil müəssisələrinin Siyahısı”nda dəyişiklik edilməsi haqqında

01:57
15 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!