20 İyun 2026 08:45
6106
Hüquq məsləhəti
A- A+
Bilmək istəyirəm

Bilmək istəyirəm


- Bəzən olur ki, binada yaşayan sakinlərdən biri ümumi istifadəyə aid sahəni (pilləkən boşluğu, dəhliz, giriş hissəsi və s.) özününkü kimi istifadə edir, ora əşya yığır. Bəzi hallarda səliqəsizlik, hətta təhlükəli vəziyyətlər də yaranır.  Qonşular bu vəziyyətə necə reaksiya verməli və hüquqi baxımdan  nə edə bilərlər?


Ülkər ŞAHALIZADƏ,

Bakı şəhəri


- Sualınıza cavab olaraq bildiririk ki, çox aktual və gündəlik həyatda tez-tez rast gəlinən bir problemə toxunursunuz. İlk olaraq nəzərə almaq lazımdır ki, çoxmənzilli binaların girişləri (bloklar), pilləkən boşluqları və dəhlizləri bütün mənzil sahiblərinin ümumi paylı mülkiyyətidir. Heç bir sakinin bu sözügedən sahələri təkbaşına zəbt etmək, ora əşyalar (şkaf, tikinti materialları, köhnə mebel və s.) yığaraq digər qonşuların hərəkətini (istifadəsini) məhdudlaşdırmaq hüququ yoxdur.

Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər (o cümlədən mənzillərarası pilləkən meydançaları, pilləkənlər, liftlər, lift şaxtası və ya digər şaxtalar, dəhlizlər, texniki mərtəbələr, çardaqlar, mühəndis qurğuları olan zirzəmilər, həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıq (texniki zirzəmi), habelə binanın daşıyıcı və daşıyıcı olmayan konstruksiyalarını ayıran dam örtükləri, binada sahələrin daxilində və onların hüdudlarından kənarda yerləşən və birdən artıq sahəyə xidmət edən mexaniki, elektrik, sanitar-texniki və digər avadanlıq, yaşıllaşdırma və abadlaşdırma elementləri də daxil olmaqla binanın yerləşdiyi torpaq sahəsi, binaya xidmət etmək, onun istismarı və abadlaşdırılması üçün nəzərdə tutulmuş həmin torpaq sahəsində yerləşən obyektlər) ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur. 

Həmçinin Mənzil Məcəlləsinin 35.2-ci maddəsinin tələbinə görə, çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi mülkiyyətə sahiblik edir, ondan istifadə edir və Mənzil Məcəlləsi və mülki qanunvericiliklə müəyyən edilmiş hədlərdə barəsində sərəncam verir.

Mövcud mübahisənin həllində hüquqi müstəviyə keçməzdən əvvəl məsələni qonşuluq münasibətləri çərçivəsində həll etməyə çalışmaqda fayda var. Bu hal həm vaxta qənaət edir, həm də qonşuluq münasibətlərinin sarsılmasının qarşısını alır. Bunun üçün mübahisəni yaradan qonşuya bu vəziyyətin həm narahatlıq yaratdığı, həm də qanunsuz olduğu mülayim şəkildə izah edilməlidir. Əgər müraciət müsbət mənada həllini tapmazsa, o zaman binanın idarəedici orqanına (MMMC və s.) dərhal şifahi və ya yazılı (yazılı forma daha məqsədəmüvafiq sayıla bilər) məlumat verilməlidir. Nəzərə alınmalıdır ki, idarəedici orqan binanın ümumi sahələrinin lazımi şəraitdə saxlanılmasına görə məsuliyyət daşıyır.

Bundan başqa, blokların əşyalarla doldurulması, sadəcə, estetik (görüntü) və hərəkət problemi deyil, həm də ciddi təhlükə mənbəyi sayıla bilər. Bu təhlükələrə ilk növbədə yanğın, zəlzələ və digər  fövqəladə hallar zamanı həmin əşyaların sakinlərin təxliyəsinə və aidiyyəti xidmət əməkdaşlarının (məsələn, yanğınsöndürənlərin və s.) hərəkətinə mane olması daxildir. Bütün bunların mərkəzində insan həyatının dayanması unudulmamalıdır. Odur ki, arzuolunmayan hallarla qarşılaşmamaq üçün Fövqəladə Hallar Nazirliyinə də məlumat verməkdə fayda var.

Həmçinin əgər zəbt olunma faktı digər qonşuların mənzilinə daxil olmasına mane olursa və ya açıq-aşkar ictimai qayda pozuntusu (məsələn, antisanitariya və s.) ilə müşayiət olunursa, ərazi üzrə sahə müvəkkilinə müraciət edilməlidir. Müraciət əsasında polis əməkdaşı hadisə yerinə gələrək müvafiq akt tərtib edir və qanunsuzluğun (yaranmış maneənin) aradan qaldırılmasını tələb edir.

Göstərilənlərlə yanaşı, sizin məhkəməyə müraciət hüququnuzun olması da diqqətdən kənar qalmamalıdır. Belə ki, qarşılaşdığınız mənzərə ilə bağlı müvafiq iddia ərizəsi əsasında məhkəməyə müraciət edə bilərsiniz. Müraciətiniz mülki qanunvericiliyə əsasən ümumi paylı mülkiyyət hüququ əsasında, eləcə də ümumi paylı mülkiyyətdən istifadəyə yaranmış maneənin aradan qaldırılması ilə bağlı müddəalara əsaslanmalıdır. Bu halda iddia ərizəsində qonşunun ümumi istifadədə olan sahəyə qanunsuz müdaxiləsinin (zəbtinin) aradan qaldırılmasını və sahənin əvvəlki vəziyyətinə qaytarılmasını (əşyaların götürülməsini və s.) tələb edə bilərsiniz.


Sualları cavablandırdı:

Paşa SƏFƏROV,

Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Birinci vitse-prezident Mehriban Əliyeva sosial media hesabında paylaşım edib VİDEO 

19:31
09 Noyabr

Ukrayna Silahlı Qüvvələri Rusiyaya məxsus “Starlink” peyk rabitə bloklayıcısına zərbələr endirib  

18:57
09 Noyabr

COP31 iştirakçılarına Azərbaycanın su təhlükəsizliyi sahəsində təcrübəsi barədə məlumat verilib  

18:13
09 Noyabr

Dövlət Bayrağı Günündə hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilib  

17:58
09 Noyabr

Türkiyənin ev sahibliyi etdiyi COP31-də Azərbaycan pavilyonu: “Dialoq Dəhlizi”  

17:58
09 Noyabr

Şəkiyə yağan qar fəsadlara səbəb olub, problemlər aradan qaldırılır 

17:38
09 Noyabr

Ukrayna Ordusunda Kosmik Qüvvələri yaradılır

17:08
09 Noyabr

“Zəfər yalnız keçmişə bağlı qürur mənbəyi deyil, həm də gələcək qarşısında məsuliyyətdir” – Bəyanat  

16:51
09 Noyabr

Yeni Partiyanın sədri Özgür Özəl Prezident İlham Əliyevə zəng edib  

16:48
09 Noyabr

Muxtar Babayev: COP-31 həm də Azərbaycanda qəbul olunan qərarların icrası baxımından əhəmiyyət kəsb edir  

16:38
09 Noyabr

COP31-də Azərbaycan pavilyonuna böyük maraq var

16:29
09 Noyabr

Şuşadan dünyaya sarsılmaz müttəfiqlik və əbədi qardaşlıq mesajı

16:20
09 Noyabr

SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb  

16:11
09 Noyabr

Rəcəb Tayyib Ərdoğan: Türkiyə və Azərbaycan bir-birinə qopmaz bağlarla bağlı olan iki qardaş ölkədir  

15:28
09 Noyabr

Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

15:18
09 Noyabr

Sabah hava əsasən yağmursuz keçəcək

15:17
09 Noyabr

Bayrağımız daim zirvələrdə olacaq

14:57
09 Noyabr

Odessaya hava zərbəsi endirilib, 3 nəfər həlak olub

14:39
09 Noyabr

Naxçıvanda qar örtüyünün hündürlüyü 39 santimetrə çatıb

14:03
09 Noyabr

Üçrəngli bayrağımız hər zaman müstəqil Azərbaycanın səmasında dalğalanacaq

13:48
09 Noyabr

Sergey Şoyqu: Cənubi Qafqazda vəziyyət yaxşılaşır

13:33
09 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!