13 İyun 2026 09:17
5407
Hüquq məsləhəti
A- A+
Bilmək istəyirəm

Bilmək istəyirəm


- Bəzən elə hallar olur ki, küçədə kimsə kimisə təhqir edir, söz atır və ya hədələyir. Belə vəziyyətdə "cavab qaytarmaq" yox, qanuni şəkildə necə davranmaq lazımdır? 


Orxan MƏMMƏDLİ,

Novxanı qəsəbəsi


- Sualınıza cavab olaraq bildiririk ki, küçədə bu cür hallarla qarşılaşmaq həm psixoloji, həm də təhlükəsizlik baxımından kifayət qədər gərgin bir vəziyyətdir. Hüquqi nöqteyi-nəzərdən yanaşsaq, emosiyalara qapılıb "cavab qaytarmaq" (eyni üsulla təhqir etmək və ya fiziki güc tətbiq etmək) sizi zərərçəkmiş tərəfdən qanun qarşısında günahkar (təqsirləndirilən şəxs və s.) tərəfə çevirə bilər. Odur ki, belə bir vəziyyətdə bacardığınız qədər səbir və təmkin nümayiş etdirməlisiniz.

Bununla yanaşı, qarşılaşdığınız xoşagəlməz vəziyyətlə bağlı özünüzü qorumaq üçün həm hadisə anında, həm də hadisədən dərhal sonra müvafiq zəruri və hüquqi addımlar atmağınız məsləhət görülür.

Unutmayın, ilk öncə siz təhlükəsizliyinizi düşünməlisiniz. Buna görə də münaqişədən uzaqlaşaraq insanların daha çox olduğu, işıqlı və ya kameraların (məsələn, mağaza və s.) olduğu bir yerə tərəf hərəkət edin. Bu həm qarşı tərəfdə müəyyən bir çəkinmə, həm də gələcəkdə sizə zəruri sayılacaq sübutların yaranmasına zəmin yarada bilər. Sübutlarla bağlı məsələyə gəlincə, siz telefonunuz vasitəsilə hadisənin səs yazısını yaza və ya videosunu qeydə ala bilərsiniz. Bu hal qarşı tərəfi qorxudub dayandıra da bilər.

Hadisə ilə bağlı, əgər təxirəsalınmaz zərurət yaranarsa (məsələn, əgər şəxs sizi təqib etməyə, hədələməyə və ya açıq şəkildə təhqir etməyə davam edərsə və s.) dərhal Daxili İşlər Nazirliyinin "102" Zəng Mərkəzi ilə əlaqə saxlayın. Zəng zamanı müvafiq məlumatları bacardığınız qədər dəqiq və ətraflı formada operatora bildirin (məsələn, "filan ünvanda tanımadığım bir şəxs mənə qarşı nalayiq ifadələr işlədir və ya hədə-qorxu gəlir, yaxud təhlükəsizliyimə qəsd var" və s.).

Əgər hadisə zamanı "102" Zəng Mərkəzi ilə əlaqə saxlamamısınızsa, o zaman hadisədən sonra həm zəng edə, həm də müvafiq ərazi üzrə polis qurumuna müraciət edə bilərsiniz.

Məlumat üçün bildiririk ki, sizə qarşı edilən hərəkətin dərəcəsindən asılı olaraq müəyyən inzibati xəta və ya cinayət hüquqi məsuliyyət yaradır. Belə ki, hərəkət İnzibati Xətalar Məcəlləsinin 510-cu (Xırda xuliqanlıq) maddəsi ilə nəzərdə tutulan inzibati xəta hadisəsi və ya Cinayət Məcəlləsinin 134-cü (Öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə) yaxud 148-ci (Təhqir) maddəsi ilə müəyyən edilən cinayət hadisəsi sayıla bilər. 

İnzibati Xətalar Məcəlləsinin 510.1-ci maddəsinə görə, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur.

Cinayət Məcəlləsinin 134-cü maddəsinə əsasən, öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə, hədənin icra ediləcəyi üçün real əsaslar olduqda-min manatdan iki min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Həmçinin Cinayət Məcəlləsinin 148-ci maddəsinin tələbinə görə, təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma -min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Konkret ifadə etsək, qanuni davranışın əsas prinsipi qarşıdurmanı böyütməmək, təhlükəsizliyi təmin etmək və hüquqi yolla müdafiə mexanizmlərindən istifadə etməkdir.


Sualları cavablandırdı:

Paşa SƏFƏROV,

Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Həmrəylikdən əməkdaşlığa: Bakı islam dünyasının antikorrupsiya səylərini birləşdirən yüksəksəviyyəli görüşə evsahibliyi edəcək

08:50
21 Oktyabr

Makronun hakimiyyətinin güc tətbiqi avtoritar neoliberalizm modelinin göstəricisidir

08:40
21 Oktyabr

Müharibə cinayətlərinə hüquqi yanaşma siyasi pərəstişdən üstün olmalıdır

08:30
21 Oktyabr

Maliyyə Nazirliyində YAP-ın VIII Qurultayının nəticələri müzakirə edilib

08:20
21 Oktyabr

Trans-Xəzər altılığı

08:10
21 Oktyabr

XİN Fransadakı iğtişaşlarla bağlı vətəndaşlara xəbərdarlıq edib

08:00
21 Oktyabr

Azərbaycan Respublikasının Qarabağ Milli Parkının yaradılması haqqında

01:07
21 Oktyabr

"Azərbaycan Respublikasının Hökuməti ilə Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının, Kioto Protokolunun və Paris Sazişinin katibliyi arasında İqlim Həftəsi-4 və Adaptasiya Komitəsinin 30-cu iclası barədə Anlaşma Memorandumu"nun təsdiq edilməsi haqqında

01:06
21 Oktyabr

Gəncə Memorial Kompleksinin fəaliyyəti ilə bağlı əlavə tədbirlər haqqında

01:06
21 Oktyabr

Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında  

01:03
21 Oktyabr

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi "Eşitmə və nitq qabiliyyəti olmayan əlilliyi olan şəxslər üçün surdoloji xidmətlərin aparılması", "Əlilliyin düzgün dərk edilməsi istiqamətində tədbirlərin həyata keçirilməsi", "Əlilliyi olan şəxslərə diqqət və qayğının artırılması məqsədilə təbliğat kampaniyasının aparılması", "Narkomaniyaya qarşı mübarizədə təbliğat kampaniyasının təşkili" və "Əlilliyi olan şəxslər üçün motivasiya xarakterli təşəbbüslərin təşkili" adlı müsabiqələr keçirir

01:01
21 Oktyabr

Çempionlar Liqası: "Sabah" "Borussiya Dortmund"a minimal hesabla uduzub

22:45
20 Oktyabr

TÜRKPA-nın Baş katibinin müavinləri seçiliblər

22:06
20 Oktyabr

Sahibə Qafarova: TÜRKPA qarşılıqlı faydalı əməkdaşlığı təşviq edir  

21:51
20 Oktyabr

Bəşəriyyətin dörddə birindən çoxu kifayət qədər qida tapa bilmir

20:57
20 Oktyabr

Bişkekdə TÜRKPA Şurasının iclası baş tutub

20:49
20 Oktyabr

Azərbaycanlı itkin ailələri Avropa Parlamenti qarşısında etiraz aksiyası keçirib  

20:35
20 Oktyabr

BMT xəbərdarlıq edir: 800 milyon gənc işsiz qala bilər  

19:56
20 Oktyabr

Almaniya hərbi təlimlərə başlayıb

19:11
20 Oktyabr

Pekində yaşlı əhali sürətlə artır  

18:54
20 Oktyabr

Xorvat iş adamları Qarabağın bərpası istiqamətində reallaşdırılan layihələrdə iştiraka dəvət olunub  

18:37
20 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!