22 İyun 2025 09:45
24387
Hüquq məsləhəti
A- A+
Bilmək istəyirəm

Bilmək istəyirəm


İctimai məkanda aksiya zamanı nəyəsə ziyan dəyərsə, buna kim cavabdeh olur: aksiyada iştirak edənlər, təşkilatçılar, yoxsa bələdiyyə?


S.ƏHMƏDOV,

Gəncə şəhəri


Sualınıza cavab olaraq bildiririk ki, "Sərbəst toplaşmaq azadlığı haqqında" Azərbayan Respublikası Qanununun 12, 13 və 16-cı maddələrinin tələblərinə əsasən, toplantı iştirakçıları və təşkilatçılarının insanların həyat və sağlamlığı üçün təhlükə yarada bilən və ya əmlaka zərər vura bilən hərəkətləri törətməsi qadağandır və bu hərəkətlərin nəticələrinə görə məsuliyyət daşıyırlar. Burada qeyd olunan hərəkətlər 3 növ məsuliyyətin yaranmasına səbəb ola bilər:

İnzibati məsuliyyət: 

Belə ki, İnzibati Xətalar Məcəlləsinin 513.1-ci maddəsi ilə, yığıncaqların, mitinqlərin, nümayişlərin, küçə yürüşlərinin və piketlərin təşkilinin və keçirilməsinin "Sərbəst toplaşmaq azadlığı haqqında" Qanunla müəyyən edilmiş qaydasının toplantının təşkilatçısı tərəfindən pozulmasına görə:

* fiziki şəxslər 1500-3000 manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, 200-240 saatadək ictimai işlər və ya 2 ayadək müddətə inzibati həbs tətbiq olunur; 

* vəzifəli şəxslər 3000-6000 manatadək məbləğdə; 

* hüquqi şəxslər 15000-30000 manatadək məbləğdə cərimə edilir. 

Cinayət məsuliyyəti:

Əgər qeyd olunan əməllərin tərkibində Cinayət Məcəlləsinin 220-ci maddəsinin (Kütləvi iğtişaş əməlinin) tərkbi yaranırsa, yəni əməl zorakılıqların, talanların, yanğınların törədilməsi, əmlakın məhv edilməsi, odlu silahın, partlayıcı maddələrin və ya qurğuların tətbiq edilməsi, yaxud hakimiyyət nümayəndəsinə silahlı müqavimət göstərilməsi ilə müşayiət olunan kütləvi iğtişaşları təşkiletmə və ya belə iğtişaşlarda iştiraketmə ilə müşayiət olunursa, əməli törədən şəxs 4 ildən 12 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.  

Mülki məsuliyyət:

Mülki Məcəllənin 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxarırsa, bu əməli törədən şəxsin mülki hüquqi məsuliyyəti yaranır. Təqsirli şəxs vurulmuş zərəri qarşılamalıdır. 

Göründüyü kimi, inzibati  xəta və ya cinayət əməli törətmiş şəxs aksiyanın iştirakçısı, təşkilatçısı və ya hər hansı digər statusundan asılı olmayaraq törətdiyi əməlində inzibati xəta və ya cinayət tərkibi olarsa və eyni zamanda mülkiyyətçisinin kim olması fərq etmədən hər hansı əmlaka zərər dəyərsə, vurulmuş ziyan mülki qaydada ödənilməlidir.


Kirayədə qalan adam ev sahibindən xəbərsiz evə kamera qoya bilərmi? Bu, qanunla necə qiymətləndirilir?


Malik ƏLİMƏRDANLI,

Xırdalan şəhəri


Sualdan kameranın kirayəçinin evdə qaldığı və ya evi təhvil verəndən sonra quraşdırmış və ya saxlamış olması aydın olmadığı üçün məsələnin həllinə hər iki prizmadan cavab veriləcəkdir. Bildiyimiz kimi, kirayə münasibətləri Azərbaycan Respublikasının  Mülki Məcəlləsi və onun əsasında bağlanılmış kirayə müqaviləsinin şərtləri ilə tənzimlənir. Əgər kirayəçi özünün qanuni əsasla mənzildə qaldığı dövrdə müşahidə kamerası quraşdırmışsa, bununla o, hər hansı mülki hüquqi pozuntuya yol verməmişdir. Belə ki, Mülki Məcəllənin  675 və 676-cı maddələrinə əsasən, əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi öhdəsinə götürür, həmçinin bütün kirayə müddəti ərzində kirayəyə verən kirayəyə verilmiş əşyanın müqavilədə nəzərdə tutulan istifadəsinə mane olmamalıdır.

Bununla bərabər, kirayəçi müqavilə münasibətləri bitdikdən sonra mənzili təbii aşınma və köhnəlmə halları istisna olmaqla, kirayəyə verənə qaytarmalıdır. Əgər bu zaman o, mənzil sahibinin xəbəri olmadan evdə müşahidə kamerası yerləşdirmişsə, həmin əməl Cinayət Məcəlləsinin 156-cı maddəsi (şəxsi həyatın toxunulmazlığını pozma) üzrə məsuliyyətə səbəb ola bilər. Maddəyə əsasən, şəxsi və ailə həyatının sirri olan məlumatların, belə məlumatları əks etdirən sənədlərin, video və fotoçəkiliş materiallarının, səs yazılarının yayılması, habelə satılması və ya başqasına verilməsi, qanunsuz toplanılması 1000-2000 manatadək miqdarda cərimə və ya 240-280 saatadək ictimai işlər və ya 1 ilədək müddətə islah işləri ilə cəzalandırılır.

Hər bir halda kirayə münasibətlərinə daxil olan tərəflərə tövsiyə olunan odur ki, yaşayış otağının kirayə müqaviləsində bu kimi halları tənzimləyən müddəaları aydın əks etdirsinlər.


Sualları cavablandırdı:

Fərhad NƏCƏFOV,

Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

01:11
21 Fevral

Beynəlxalq Əmək Təşkilatının "Əməyin Təhlükəsizliyi və Gigiyenasının Təşviq Edilməsinin Əsasları haqqında" 187 nömrəli Konvensiyasının təsdiq edilməsi barədə

01:11
21 Fevral

"Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

01:10
21 Fevral

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində olan "Regional Su Meliorasiya Xidməti" və "İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti" publik hüquqi şəxslərin yenidən təşkili haqqında

01:09
21 Fevral

"Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi" və "Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi" publik hüquqi şəxslərin yenidən təşkili haqqında

01:08
21 Fevral

Bir sıra dövlət qurumlarının fəaliyyətinin təkmilləşdirilməsi haqqında

01:07
21 Fevral

"Göradil Quşçuluq" ASC-nin səhmdarlarının nəzərinə!

01:06
21 Fevral

Heç bir təxribat Azərbaycanı öz yolundan döndərə bilməz

19:57
20 Fevral

Sloveniya Respublikasının Prezidenti Zati-aliləri xanım Nataşa Pirts Musara  

17:08
20 Fevral

Sloveniya Respublikasının Prezidenti Nataşa Pirts Musardan

17:08
20 Fevral

Birinci Qarabağ müharibəsinin itkin şəhidi Dadaş Dadaşov Bərdədə torpağa tapşırılıb  

17:06
20 Fevral

Dövlət Xidmətinin rəisi Xırdalanda vətəndaşların müraciətlərini dinləyib  

17:05
20 Fevral

Turistləri daşıyan avtomobil Baykal gölündə buzun altına düşüb

17:03
20 Fevral

Rusiyaya qarşı 20-ci sanksiya paketi üzrə görüş nəticəsiz yekunlaşıb

17:01
20 Fevral

Kənd təsərrüfatı naziri Ucarda vətəndaşların müraciətlərini dinləyib  

16:59
20 Fevral

Azərbaycan Hakimlərinin II Forumu çərçivəsində birinci panel müzakirə keçirilib  

16:58
20 Fevral

Pakistanlı ekspert: Orta Dəhliz artıq alternativ deyil, qlobal ticarət üçün strateji seçimdir 

16:57
20 Fevral

ATƏT PA iclasında 907-ci düzəlişin ləğvinə dəstək çağırışı edilib  

16:41
20 Fevral

Deputat: Azərbaycanın Sülh Şurasındakı iştirakı ölkəmizin yeni geosiyasi reallıqlar yaratmaq qüdrətinin təsdiqidir  

16:41
20 Fevral

Media: Ukrayna Avropa İttifaqına üzvlük üçün ərazi güzəştlərinə gedə bilər  

16:31
20 Fevral

Baş Prokurorluqda media nümayəndələri üçün treninq keçirilib 

16:23
20 Fevral

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!