20 Fevral 2026 16:41
173
SİYASƏT
A- A+
ATƏT PA iclasında 907-ci düzəlişin ləğvinə dəstək çağırışı edilib  

ATƏT PA iclasında 907-ci düzəlişin ləğvinə dəstək çağırışı edilib  


ATƏT Parlament Assambleyasının Vyanada keçirilən 25-ci Qış Sessiyası çərçivəsində “İnsan hüquqları təhlükəsizliyin əsası kimi” mövzusunda komitələrin birgə iclasında çıxış edən Azərbaycan nümayəndə heyətinin üzvü, ATƏT PA-nın İqtisadiyyat və ətraf mühit komitəsinin sədri Azay Quliyev Cənubi Qafqazda formalaşan yeni sülh reallıqlarından danışıb.

AZƏRTAC xəbər verir ki, o, onilliklər boyu davam edən münaqişələrdən sonra regionun görünməmiş sülh və təhlükəsizlik mərhələsinə daxil olduğunu bildirib.

Çıxışda bildirilib ki, Azərbaycan və Ermənistan arasında Sülh Sazişinin mətni paraflanıb, ATƏT-in Minsk qrupu strukturları ləğv edilib, Azərbaycan tərəfindən Ermənistana işğala görə tətbiq olunan tranzit məhdudiyyətləri aradan qaldırılıb və enerji məhsullarının tədarükü təmin edilib.

Bu addımlar iki ölkə arasında normallaşma və dinc yanaşı yaşama üçün yeni dinamika yaradıb. Azay Quliyev vurğulayıb ki, Ermənistan yeni konstitusiyasını qəbul edən kimi Azərbaycan sülh sazişini dərhal imzalamağa hazırdır.

Deputat, həmçinin ABŞ-nin regionda artan strateji fəallığını, Cey. Di. Vensin bölgəyə səfərini və Bakıda Azərbaycanla Strateji Tərəfdaşlıq Xartiyasının imzalanmasını regional sabitliyə güclü dəstəyin göstəricisi kimi qiymətləndirib. O qeyd edib ki, ikitərəfli münasibətlərin hərtərəfli inkişafına mane olan əsas məsələ ABŞ-nin Azərbaycanla dövlət səviyyəsində əməkdaşlığını məhdudlaşdıran Azadlığa Dəstək Aktının 907-ci düzəlişidir və onun tam ləğvi mövcud reallıqlara və hər iki ölkənin milli marağına uyğun olardı.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Sloveniya Respublikasının Prezidenti Zati-aliləri xanım Nataşa Pirts Musara  

17:08
20 Fevral

Sloveniya Respublikasının Prezidenti Nataşa Pirts Musardan

17:08
20 Fevral

Birinci Qarabağ müharibəsinin itkin şəhidi Dadaş Dadaşov Bərdədə torpağa tapşırılıb  

17:06
20 Fevral

Dövlət Xidmətinin rəisi Xırdalanda vətəndaşların müraciətlərini dinləyib  

17:05
20 Fevral

Turistləri daşıyan avtomobil Baykal gölündə buzun altına düşüb

17:03
20 Fevral

Rusiyaya qarşı 20-ci sanksiya paketi üzrə görüş nəticəsiz yekunlaşıb

17:01
20 Fevral

Kənd təsərrüfatı naziri Ucarda vətəndaşların müraciətlərini dinləyib  

16:59
20 Fevral

Azərbaycan Hakimlərinin II Forumu çərçivəsində birinci panel müzakirə keçirilib  

16:58
20 Fevral

Pakistanlı ekspert: Orta Dəhliz artıq alternativ deyil, qlobal ticarət üçün strateji seçimdir 

16:57
20 Fevral

ATƏT PA iclasında 907-ci düzəlişin ləğvinə dəstək çağırışı edilib  

16:41
20 Fevral

Deputat: Azərbaycanın Sülh Şurasındakı iştirakı ölkəmizin yeni geosiyasi reallıqlar yaratmaq qüdrətinin təsdiqidir  

16:41
20 Fevral

Media: Ukrayna Avropa İttifaqına üzvlük üçün ərazi güzəştlərinə gedə bilər  

16:31
20 Fevral

Baş Prokurorluqda media nümayəndələri üçün treninq keçirilib 

16:23
20 Fevral

Birinci Qarabağ müharibəsinin şəhidi Şəmkirdə dəfn edilib

16:12
20 Fevral

Milli Məclisin növbəti iclasının vaxtı məlum olub

16:12
20 Fevral

Qazaxıstanda TDT ölkələri iqtisadiyyat və ticarət nazirlərinin 14-cü iclası keçirilib  

16:09
20 Fevral

Murovdağ silsiləsində itkin düşən şəhid Hidayət Vəliyev Bərdədə torpağa tapşırılıb  

16:01
20 Fevral

ATƏT PA sessiyasında Azərbaycana qarşı hibrid hücumlar barədə məlumat verilib  

15:53
20 Fevral

Romada müsəlmanlar, xristianlar və yəhudilər birgə iftar edəcəklər

15:44
20 Fevral

Xocavəndə köçən keçmiş məcburi köçkünlərə evlərinin açarları təqdim olunub – YENİLƏNİB 2  

15:32
20 Fevral

Polşada mühafizə olunan hərbi obyektlərə Çin istehsalı olan maşınların girişi qadağan edilib  

15:23
20 Fevral

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!