20 Fevral 2026 19:57
707
SİYASƏT
A- A+
Heç bir təxribat Azərbaycanı öz yolundan döndərə bilməz

Heç bir təxribat Azərbaycanı öz yolundan döndərə bilməz


Azərbaycan  müstəqil, təhlükəsiz, daim inkişaf edən, region və dünya üçün  sülh və rifah təşəbbüsləri ilə çıxış edən bir dövlətə çevrilib. Məlumdur ki, bir çox qüvvələr dövlətimizin güclü, müstəqil,  suveren olmasını istəmir.  Bunun üçün onlar Azərbaycana qarşı qarayaxma kampaniyaları aparırlar, ki özü də bir qrup manqurtun vasitəsilə. Bununla yanaşı, ölkəni daxildən parçalamaq, onu zəiflətmək üçün planlar qururlar. Əfsuslar olsun ki, onlar daxildə xəyanətkar insanlar da tapırlar. Belələrinin vasitəsi ilə, öz çirkin əməllərini reallaşdırmağa cəhd edirlər. Heç bir nəticə əldə etməyəndə, təsir dairələri getdikcə azalanda isə, daha qatı şəkildə və bizim  heç bir dəyərimizə, eyni zamanda, nə milli, nə də beynəlxalq qanunvericiliyə uyğun olmayan  ailə və şəxsi həyata təsir edən metodlardan istifadə edirlər.  Bu, bir qrup manqurt dəstəsi üçün  nə şəxsi toxunulmazlıq, nə ailə dəyərləri,  nə də dövlətçilik anlayışı yoxdur.  Amma  həmin dairələr anlamırlar ki, xalq öz prezidentinə inanır, onun ətrafında sıx birləşib. İnsanlar  yaxşı dərk edirlər ki, 20 Yanvar günündə,  Anım Günündə  etiraz aksiyası keçirmək istəyən bir dəstə dövlətinə, xalqına, onun azadlıq və bütövlük ideyalarına, şəhidinə hörmət qoymayıb. Onların əsas məqsədi  hakimiyyəti gözdən salmaqdır.  Lakin anlamırlar ki xalqımız Prezident İlham Əliyevin ətrafında birləşib onun siyasi  iradəsinə və  müdrik idarəetmə bacarığına bələddir. 

Bu gün Azərbaycan dünyanın ən güclü dövlətləri ilə bir sırada dayanır. Dünyada sülh və təhlükəsizliyin təmin edilməsinə mühüm töhfə verir. Buna sevinmək, fəxr etmək əvəzinə, bir qrup xəyanətkar ölkə rəhbərinə qarşı təxribat törətməyə cəhd edir. Bu günlərdə  Vaşinqtonda öz Vətənini yad maraqlar naminə satan və özlərini “müxalifət” adı altında gizlədən bir qrup manqurt, Azərbaycan Prezidenti İlham Əliyevin qaldığı otelə doğru irəliləməyə cəhd göstərib. Onlar bu çirkin hərəkətlərini Azərbaycanın rəhbərliyinə qarşı nalayiq şüarlar və təhqirlərlə göstəriblər. Amma tez bir zamanda dövlət başçısının mühafizə xidmətinin operativ müdaxiləsi ilə təxribatın qarşısı alınıb. ABŞ-da söz azadlığı demokratların, lobbi qruplarının, o cümlədən erməni lobbilərinin əlində bir alətə çevrilib. Onlar Azərbaycana və Prezidentin mühafizə xidmətinə qarşı qarayaxma kampaniyasına ilk qoşulanlar sırasında olublar. Təsadüfi deyil ki, bu aqressiv və mənəviyyatsız təxribatı ilk dəstəkləyənlərdən biri Amerikanın Erməni Milli Komitəsi (ANCA) və onun nümayəndələri olub. Bu hadisədə   ən absurd fikirlər səsləndirən isə  Frank Pallonedir. Bakıda susan bu şəxs indi “muzdlu quldurların etirazçılara hücum etdiyini” iddia edir və ABŞ hakimiyyətini Azərbaycan nümayəndə heyətinə qarşı tədbir görməyə çağırır.

Açıq-aydın görürük ki, təxribatçılar, dövlətimizə qarşı fəaliyyət göstərən dairələr və erməni lobbi strukturları koordinasiyalı şəkildə fəaliyyət göstərirlər. Onların məqsədi qalmaqal yaratmaq, sabitliyi pozmaq və Azərbaycanı gözdən salmaqdır. Münhendə  heç bir nəticə əldə etməyən  bəzi dairələr, bu dəfə Amerikada  təxribata əl atdılar. Lakin yenə də heç nəyə nail ola bilmədilər. 

Baş vermiş hadisə bir daha onların əsl  satqın simasını üzə çıxardı. Öz dövlətinə, xalqına qarşı xəyanət edənlər layiqli cəzalarını alacaqlar. Hansı mövqedə olmağından asılı olmayaraq, cinayətkarlar mütləq öz cəzasına çatacaqdır. 


Hicran HÜSEYNOVA,

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, professor 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

12:48
04 Aprel

Hulusi Kılıç: Prezident İlham Əliyevin TDT-nin inkişafına dair sözləri Türk dünyasında böyük əks-səda doğurub  

12:08
04 Aprel

Türkiyənin Van vilayətində 5,1 maqnitudalı zəlzələ

12:01
04 Aprel

Müharibə vəziyyətində olan Ukraynada minatəmizləmə təcrübəsi  

11:42
04 Aprel

Səfir: Humanitar yardım karvanı əslində Azərbaycanın həmrəyliyini və mənəvi dəstəyini İrana çatdırır 

11:38
04 Aprel

Seneqal Respublikasının Prezidenti Zati-aliləri cənab Bassiru Diomaye Fayeyə

11:18
04 Aprel

DYP dumanlı hava şəraiti ilə bağlı sürücülərə müraciət edib

11:06
04 Aprel

Xəzərdə zəlzələ olub

11:01
04 Aprel

FHN-dən gözlənən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət

10:49
04 Aprel

İndoneziya sahillərində güclü zəlzələ qeydə alınıb

10:42
04 Aprel

Tehranın şimalındakı dağlıq ərazidə partlayışlar baş verib  

10:36
04 Aprel

Pentaqon: İranda əməliyyat başlayandan bəri 365 ABŞ hərbçisi yaralanıb  

10:23
04 Aprel

Azərbaycan Prezidentinin tapşırığı ilə İrana növbəti humanitar yardım yola salınıb  

10:13
04 Aprel

Prezident İlham Əliyev: Həm yaxşı, həm də çətin günlərdə daim bir-birimizin yanında olmağa davam edəcəyik  

10:01
04 Aprel

Madaqaskarda dövlət çevrilişi və Prezidentə qarşı sui-qəsd cəhdinin qarşısı alınıb

09:40
04 Aprel

Bilmək istəyirəm

09:35
04 Aprel

Mina terrorçuluğu bütün bəşəriyyət üçün ağrılı problemdir

09:30
04 Aprel

Zivər bəy Əhmədbəyov - qaranlıq dövrün işıqlı memarı

09:25
04 Aprel

ABŞ Bəhreyn bazasından 1500 əsgəri təxliyə edir

09:21
04 Aprel

Bakı - Şərqlə Qərbin ortaq şəhəri

09:20
04 Aprel

Bənəniyar su anbarını qidalandıran kanalın yenidən qurulması davam edir

09:15
04 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!