10 İyul 2025 09:00
724
Mədəniyyət
A- A+
Biləsuvarda “Qərbi Azərbaycan irsi” kitabının I cildinin təqdimatı keçirilib

Biləsuvarda “Qərbi Azərbaycan irsi” kitabının I cildinin təqdimatı keçirilib


Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, Qərbi Azərbaycan İcmasının Aparat rəhbəri Qalib Qasımov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, Qərbi Azərbaycan İcmasının rayon üzrə nümayəndəsi Rəfiqə Cəfərova və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Çıxış edən RİH-in başçısı F.Qürbətov bildirib ki, Ermənistan tərəfindən zaman-zaman Qərbi Azərbaycandakı soydaşlarımıza qarşı həyata keçirilən cinayətlər və deportasiyalar nəticəsində yüz minlərlə qardaş-bacılarımız öz dədə-baba torpaqlarından məcburi şəkildə çıxarılıb, onlara məxsus məscidlər və qəbiristanlıqlar kütləvi şəkildə dağıdılıb, yer adları dəyişdirilib: “Bu gün dövlətimizin başçısının həyata keçirdiyi prioritet məsələlərdən biri Ermənistan ərazisindən qovulmuş soydaşlarımızın beynəlxalq qanunlar çərçivəsində təhlükəsiz şəkildə öz doğma torpaqlarına geriyə qayıtmalarıdır. “Qərbi Azərbaycan irsi” kitabının nəşri və kitabda ortaya qoyulan ciddi araşdırmalar bir daha bütün dünyaya sübut edir ki, hazırkı Ermənistan ərazilərinin tarixi sakinləri azərbaycanlılardır”.

Qərbi Azərbaycan İcmasının Aparat rəhbəri Q.Qasımov, icmanın rayon üzrə nümayəndəsi R.Cəfərova, rayon polis şöbəsinin rəisi N.Məmmədov, rayon Ağsaqqallar Şurasının sədri A.Kazımov və digərləri qeyd ediblər ki, Ermənistan tərəfindən yüz illərdir həyata keçirilən soyqırımlar, soydaşlarımızın öz dədə-baba torpaqlarından deportasiyası, azərbaycanlıların məscidləri, qəbiristanlıqları və mədəni irs obyektləri məqsədli şəkildə dağıdılıb və bu, beynəlxalq hüququn, o cümlədən Cenevrə və UNESCO konvensiyalarının kobud şəkildə pozulmasıdır.

Kitabda 1991-ci ilə qədər Ermənistanda mövcud olmuş 700-dən çox qəbiristanlıqdan 201-nin əvvəlki və hazırkı vəziyyəti təqdim edilir. Tədqiqat zamanı müxtəlif ölkələrin arxiv və kitabxanalarından toplanan xəritələr, peyk görüntüləri, deportasiya olunmuş şəxslərin xatirələri və digər mənbələrdən istifadə olunub. Multispektral analizlər vasitəsilə torpaq istifadəsi və landşaft dəyişiklikləri müəyyən edilib.

Qeyd olunub ki, nəşr Prezident İlham Əliyevin tövsiyəsi ilə Qərbi Azərbaycanla bağlı aparılan fundamental araşdırmaların ilk mərhələsidir. Məqsəd – zorla köçürülmüş azərbaycanlıların tarixi, hüquqları və irsinin bərpasına dair beynəlxalq ictimaiyyətə faktlarla əsaslanan sənədli təqdimatdır.


S.CAVADOV,

 “Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Dünya birjalarında neft bahalaşıb  

10:22
17 Dekabr

Qazaxıstanda neft hasilatı və ixracı artıb  

09:43
17 Dekabr

Əfv və amnistiya institutları humanizm prinsiplərinin hüquqi ifadəsidir

09:42
17 Dekabr

Keçmiş məcburi köçkün: Xatirələrimizə qayıdırıq  

09:40
17 Dekabr

Xocavənd sakini: Uzun illərdən sonra doğma yurda qayıtmaq böyük xoşbəxtlikdir  

09:37
17 Dekabr

Keçmiş məcburi köçkün: Şükür edirəm ki, yenidən doğma yurduma qayıdıram  

09:36
17 Dekabr

Laçın şəhərinə, Xocavənd rayonun Hadrut və Qırmızı Bazar qəsəbələrinə və Ağdamın Xıdırlı kəndinə köç karvanları yola salınıb  

09:35
17 Dekabr

Arktikada temperatur rekord həddə çatıb  

09:34
17 Dekabr

Azərbaycan və Slovakiya arasında aviasiya sahəsində əməkdaşlığın genişləndirilməsi müzakirə olunub

09:23
17 Dekabr

Sənətkar ömrü

09:10
17 Dekabr

Qəlblərdə yaşayan şair

09:05
17 Dekabr

Aprel zəfərinin Mühüd zirvəsi

09:00
17 Dekabr

Ağcabədi bələdiyyəsi nümunə göstərir

08:55
17 Dekabr

Özü cavan, yaşı qoca Lənkəran

08:50
17 Dekabr

Azərbaycan üzərindən daşınan tranzit yüklərin həcmi artır

08:45
17 Dekabr

BP və ADA Universitetinin birgə sosial layihəsi uğurla yekunlaşdı

08:43
17 Dekabr

Ölkəmizin enerji sektorunda daha bir yenilik

08:40
17 Dekabr

Böyük futbol Azərbaycana gəlir

08:35
17 Dekabr

Ermənistanda revanşistlərin siyasi dayaqları yoxdur

08:30
17 Dekabr

Avropa İttifaqı yenidən sülhə qarşı

08:25
17 Dekabr

Misri qılıncdan döyüş PUA-larınacan

08:20
17 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!