07 Avqust 2024 19:24
102
CƏMİYYƏT
A- A+

Bibiheybət ziyarətgah kompleksinin din xadimləri ilə görüş olub  

 

Avqustun 7-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Bibiheybət ziyarətgah kompleksini ziyarət edib, burada fəaliyyət göstərən din xadimləri ilə görüşüb.

Komitədən AZƏRTAC-a bildiriblər ki, Ramin Məmmədov din xadimləri ilə görüşdə ölkəmizdəki nümunəvi həmrəylik və mənəvi vəhdət mühitinin, dinə dövlət dəstəyinin Ümummilli Lider Heydər Əliyevin dövlət-din münasibətləri konsepsiyasına uyğun olaraq möhkəmləndiyindən danışıb, bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb.

Komitə sədri Ümummilli Lider Heydər Əliyevin məscidin yenidən tikilməsi ilə bağlı təşəbbüsünü, həmçinin Prezident İlham Əliyevin və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın dinə, dini-tarixi abidələrin qorunub-saxlanılmasına xüsusi diqqət və qayğısı sayəsində Bibiheybət ziyarətgah kompleksinin genişləndirilməsi, həmçinin yenidən qurulmasını dövlətin dinə qayğısının bariz nümunəsi olduğunu deyib.

Ölkəmizdə dövlət-din münasibətlərinin inkişafı istiqamətində görülən işlərdən bəhs edən R.Məmmədov din xadimlərinə tövsiyələrini çatdırıb, xalqımıza xas milli birlik ənənələrinin, mənəvi dəyərlərin təbliğində onları daha fəal iştirak etməyə çağırıb.

Görüşdə din xadimlərinin təklifləri dinlənilib, dini sahə ilə bağlı gələcəkdə görüləcək işlərə dair fikir mübadiləsi aparılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video