13 Iyul 2024 01:56
377
ELANLAR
A- A+

Bankın əsas vasitələrinin inventarlarının satışı haqqında elan

 

Pakistan Milli Bankının Bakı filialı istifadə edilmiş əsas vəsaitlərin satışını elan edir və maraqlı tərəflərdən öz təklifləri ilə bağlı sorğu və yoxlama üçün bizimlə əlaqə saxlamalarını tələb edir.

Satış üçün mövcud avadanlıqlar:
1. Kompüter avadanlıqları və kompüter mebelləri
2. Ofis avadanlıqları və ofis mebelləri

Şərtlər və Qaydalar:
1. Əmlaklar mövcud vəziyyətdə olduğu kimi satışa çıxarılır.
2. Maraqlanan şəxslər (şirkətlər/fiziki şəxslər) 16 iyul 2024-cü il tarixdən 23 iyul 2024-cü il tarixədək iş günləri, saat 09.00-dan 17.00-dək aşağıdakı ünvanda bizə müraciət edə bilərlər. Əşyaların tam siyahısı, təfərrüatları əldə etmək və yoxlanılması üçün Bakı şəhəri, Xətai rayonu, Afiyəddin Cəlilov küçəsi 20, m.12 ünvanına yaxınlaşmağınız mütləqdir.
Əlaqələndirici şəxs: Anar Hüseynov, tel. +994 50 310 94 17.
3. Qapalı tender təkliflərinin yoxlanılması və təqdim edilməsi üçün son tarix 23 iyul 2024-cü il, saat 17.00-a qədərdir.
4. Tender təkliflərinə 24 iyul 2024-cü il tarixdə baxılacaq. Bank tender təkliflərinin açıldığı tarixdən etibarən 5 (beş) gün ərzində qalib iddiaçıya məlumat verəcəkdir.
5. Qazanan iddiaçı Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq vergi, dövlət rüsumu, satış vergisi, avans vergisi və/və ya hər hansı digər müvafiq rüsum/vergi kimi bütün xərcləri öz üzərinə götürəcəkdir.
6. Alqı-satqı müqaviləsi bütün müvafiq hüquqi rəsmiləşdirmələr aparıldıqdan sonra qalib gələn iddiaçının və/və ya onun səlahiyyətli nümayəndəsinin adına bağlanacaqdır.
7. Bank səbəb göstərmədən hər hansı/bütün təkliflərdən imtina etmək hüququnu özündə saxlayır.

Ünvan: Bakı şəhəri, Xətai rayonu, Afiyəddin Cəlilov küçəsi 20, m.12
Email: [email protected]
[email protected]
Tel.+994 12 4643052

Şeyx Ahtşam ƏHMƏD,
Baş menecer 
Pakistan Milli Bankı
Bakı filialı

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video