19 Mart 2025 09:40
920
Mədəniyyət
A- A+
Bahar həm də hünər fəslidir

Bahar həm də hünər fəslidir


Azərbaycan xalqı hələ qədim zamanlardan Novruz bayramını günlərlə və böyük təmtəraqla qeyd edib. Keçirilən el şənliklərini, xalq oyunlarını uşaqdan-böyüyədək hər kəs maraqla, səbirsizliklə gözləyib. Hamı Novruza xüsusi hazırlaşıb. Novruzda və bu bayrama qədər qeyd olunan Su, Od, Yel və Torpaq çərşənbələrində keçirilən oyunlar insanların ovqatını daha da yüksəldib.

Novruz bayramında keçirilən el şənliklərində, meydanlarda indiyəcən kütləvi oyunlar, rəqslər, yallılar oynanılır, bayram əhvallı mahnılar oxunur. Aşıqların deyişməsi bayrama şən ovqat qatır. Kəndirbazlar xüsusi tamaşalar göstərirlər. Qədim vaxtlardan Novruz bayramında təşkil edilən bir çox oyun - atçapma, güləşmə və digər yarışlar həm də hünər, güc nümayişi meydanı olub.


Dirədöymə


Bu oyun ölkəmizdə əsasən Novruz və digər bayramlarda, el şənliklərində oynanılır. Qədim oyun növü olan, gənclər və uşaqlar arasında geniş yayılan Dirədöymə Azərbaycanın ayrı-ayrı bölgələrində müxtəlif adlarla məşhurdur. Bu oyunun Muğan bölgəsində Cızıqdançıxma, Naxçıvanda Cızıq tutması, Bakıda Qayışçapdı, Göyçayda Turaoyunu və başqa adları məlumdur.

Qaydaya əsasən, uşaqlar iki dəstəyə ayrılır. Bir dairəvi cizgi çəkilir və qürrə atırlar. Qürrə hansı dəstəyə düşsə, həmin dəstə mərəyə, yəni dairəyə girir. Oyunda iştirak edən uşaqların hərəsi ayağının altına bir toqqa qoyur, dairədən kənarda qalanlar isə onu götürmək istəyirlər. Dairənin içərisində olanlar onları ayaqla vurmalı, toqqaları götürməyə imkan verməməlidirlər. Əgər dairədəkilər onlardan birini ayaqla vursa, o zaman dairədəki uşaqlar kənara çıxır. Bu dəfə kənardakılar dairəyə girirlər. Dairədəkilər ayaqlarından biri cızıqdan çıxmamaq şərti ilə çöldəkilərdən birini digər ayağı ilə vurana qədər çöldəkilər içəridəkiləri toqqa ilə döyürlər.

Oyunun qaydasına görə, kənardakı oyunçu içəridəkilərdən birini əli ilə tutub dairədən çıxara bilsə, onu bir nəfərə həvalə edir. Özü isə saxlanılan oyunçunun sahibsiz qalmış toqqasını götürməyə çalışır. Həmin vaxt dairənin içərisindəkilər öz toqqaları ilə bərabər, çöldə saxlanılan yoldaşlarının toqqasını da qorumalıdırlar. Bunun əksi də ola bilər. Dairənin içərisindəkilər çöldəkilərdən birini fəndlə tutub dairəyə salarlar. Onda dəstələr yerlərini dəyişməli olurlar. Əgər dairədən kənardakı uşaqlardan biri toqqanı ələ keçirə bilsə, dairənin içərisində olan uşaqları toqqa ilə vurur, ayaqları altındakı toqqaları kənara çıxarıb götürməyə cəhd göstərir. Bütün  toqqaları ələ keçirən dəstə qələbə qazanır. 


Papaq, Güc sınağı, Sürpapaq, Piyalə və ox...


Qədimlərdən Novruz bayramında ən çox keçirilən oyunlar arasında Papaq, Güc sınağı, Sürpapaq, Piyalə və ox da olub. Bu oyunların hər biri olduqca maraqla qarşılanır. Hərəsinin özünəməxsus qaydaları və şərtləri var. Papaq oyununda iştirakçı müəyyən edilmiş vaxt ərzində öz papağını başında saxlamağa çalışmalıdır. O, eyni zamanda rəqib komandadan iki papaq götürməlidir.

Güc sınağı oyununda atlı çaparaq qabaq və arxa ayaqları bağlanmış qoyun və ya keçini yerdən götürməli, yəhərə qaldırmalıdır. 

Sürpapaq oyununda top-papaq uğrunda oyunçular arasında mübarizə gedir. Oyunun axırında onu qapı dairəsindən keçirirlər. Qaydaya görə, oyunun davam etdiyi müddətdə iştirakçılar cəmi üç dəfə atdan düşə bilərlər. Sürpapaq oyununu müəyyən qədər müasir basketbola da bənzədirlər.

Piyalə və ox oyunu atüstü idman növlərindən biridir. Atı çaparaq xüsusi dirəyin üzərindəki piyaləni oxla vurmaq bu oyunda qarşıya qoyulan əsas məqsəddir.  Oyunun iştirakçılarından əsas tələb sərvaxt olmaları, dəqiqlik göstərmələri və cəld tərpənmələridir. Eyni zamanda atın üstündə sürətlə hərəkət edərkən piyaləni dəqiq nişan almaq üçün sərrastlıq gərəkdir. Piyalə və ox oyunu bir neçə variantda oynanılır.

 Ümumiyyətlə, Novruz bayramında oynanılan oyunların əksəriyyətinin müxtəlif variantları yaranıb və ölkəmizin ayrı-ayrı bölgələrində böyük həvəslə, bəzən başqa-başqa adlarla keçirilib. Bu oyunlar hər zaman iştirakçılar qədər onlara tamaşa etməyə gələnlərin də marağına səbəb olub. Odur ki, adətən Novruz və digər bayramlarda təşkil olunmuş müxtəlif yarışlara, bir-birindən maraqlı, diqqətçəkən oyunlara baxmağa insanlar kütləvi şəkildə gəlirlər. Onlar yarışlar zamanı oyunçuları alqışları ilə həvəsləndirir və özləri də onlar qədər həyəcan keçirirlər.


Zöhrə FƏRƏCOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Leyla Əliyeva və Arzu Əliyeva Dəkkədə uşaq evini ziyarət ediblər  

17:15
07 Dekabr

XIII Qlobal Bakı Forumuna hazırlıq məqsədilə Çində toplantı keçirilib  

17:12
07 Dekabr

Premyer Liqa: “Şamaxı” səfərdə qalib gəlib  

16:26
07 Dekabr

AFFA rəhbərliyi cənub bölgəsində futbol infrastrukturunun vəziyyəti ilə tanış olub  

16:10
07 Dekabr

HƏMAS tərksilah olmaq üçün şərtini açıqlayıb  

15:48
07 Dekabr

Türkiyəli professor: Ermənistan Konstitusiyasının dəyişdirilməsi sülhün davamlı olması üçün zəruri şərtdir  

14:08
07 Dekabr

Sabah Azərbaycanın rayonlarında havanın arabir yağıntılı olacağı gözlənilir  

14:05
07 Dekabr

Prezident İlham Əliyev Qırğızıstan nümayəndə heyətini qəbul edib 

13:50
07 Dekabr

Leyla Əliyeva və Arzu Əliyeva Dəkkədə Banqladeşin müvəqqəti hökumətinin Baş müşaviri ilə görüşüblər  

13:16
07 Dekabr

Ukrayna ordusu Dnepropetrovsk vilayətinin kəndini azad edib  

11:47
07 Dekabr

Qırğızıstan nümayəndə heyəti Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib  

11:33
07 Dekabr

Cüdo üzrə Azərbaycan çempionatında fərdi mübarizəyə yekun vurulub 

23:11
06 Dekabr

Zelenski: Amerika ilə növbəti addımlar və müzakirə formatları barədə razılığa gəlmişik  

22:41
06 Dekabr

Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə keçirilən beynəlxalq konfrans çərçivəsində ikitərəfli görüşlər davam edir  

21:35
06 Dekabr

Timişoarada Azərbaycan Rumıniya münasibətləri barədə müzakirə aparılıb  

20:20
06 Dekabr

Almaniya Kansleri İordaniya və İsrailə səfər edib  

19:51
06 Dekabr

Misli Premyer Liqasında XIV tura start verilib  

19:21
06 Dekabr

Cənubi Afrikada bir otelə basqın nəticəsində 11 nəfər qətlə yetirilib  

17:53
06 Dekabr

Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin bir sıra şirkətlərinin rəhbərlərini qəbul edib YENİLƏNİB  

17:48
06 Dekabr

 Xalq artisti Qədir Rüstəmovun anadan olmasının 90 illiyi qeyd edilib

17:41
06 Dekabr

Qadınlar və kişilər arasında cüdo üzrə Azərbaycan çempionatının açılış mərasimi olub

16:59
06 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!