10 Dekabr 2025 08:30
188
SİYASƏT
A- A+
Azərbaycanın təklif etdiyi əməkdaşlıq formatları bütün tərəflərə uğur gətirir

Azərbaycanın təklif etdiyi əməkdaşlıq formatları bütün tərəflərə uğur gətirir


Bölgəmizdə elə bir reallıq yaranıb, elə böyük layihələrin icrasının planları cızılıb və artıq həyata heçirilir ki, bunu heç bir aktor inkar edə bilməz. Proseslər elə bir mərhələdədir ki, hər bir aktor bu layihələrdə iştirak etməyə can atır. Mövcud müsbət tendensiyaya mane olmağa çalışan tərəflər olsa da, nəticə etibarilə, iqtisadi layihələrin həcmi, ardınca isə vəd etdiyi perspektivlər bütün tərəfləri proseslərə destruktiv mövqedən baxmaqdan uzaqlaşdırır, daha çevik və praqmatik olmağa sövq edir.

Beynəlxalq aktorlar arasında rəqabət varsa, regional aktorlar arasında proseslərə daha yaxın durma meyli görünür. Bu da son dərəcə müsbətdir. Azərbaycan üçün isə bu, ikiqat uğurdur. Çünki Zəfərdən sonra Azərbaycan tərəfinin təklif etdiyi əməkdaşlıq formatları artıq reallaşır. Bu, birmənalı olaraq Azərbaycanın nailiyyətidir. Azərbaycan Mərkəzi Asiya regionu ilə də münasibətlərin qurulmasını Cənubi Qafqaz regionu üçün perspektivli məsələyə çevirməyi bacarır. Digər tərəfdən, Gürcüstanla yüksələn xətt üzrə inkişaf edən münasibətlər, bu ölkənin cəmiyyətində destruktiv amalların deyil, konstruktiv meyil üzərindən proseslərə praqmatik baxışlı siyasətin əsas götürülməsinə dəstək verir.

Türkiyə-İran münasibətləri də region üçün vacibdir. Bir müddət əvvəl Türkiyə xarici işlər naziri Hakan Fidanın İrana səfəri zamanı verilən açıqlamalar münasibətlərinin müsbət  inkişafında hər iki tərəfin maraqlı olduğunu göstərdi. Məlumdur ki, Azərbaycanla olduğu qədər, Türkiyə ilə də münasibətlərə zərbə vurmaq istəyən daxili və xarici ünsürlər var idi. O da qeyd olunmalıdır ki, İran Prezidenti Məsud Pezeşkianın hakimiyyətə gəlməsi regionda sabitləşdirici faktor oldu. Belə ki, İranın Ermənistana yeni səfir təyinatı ilə daha öncəki haqsız, tez-tez sərtləşdirilən və ən əsası diplomatiyadan uzaq ritorika özünü sakit yanaşma ilə əvəz etdi ki, bu da müsbət məqamdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 8-də İran İslam Respublikasının xarici işlər naziri Seyid Abbas Əraqçinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edərkən nazir bildirdi ki, Pezeşkian Prezident seçildikdən sonra Azərbaycanla münasibətləri inkişaf etdirmək üçün qarşıda konkret tapşırıqlar da qoyub. Bir daha aydın oldu ki, İranla münasibətlərin müsbət  tempdə inkişafı üçün qarşı tərəf də hər şeyə rəğmən iradə nümayiş etdirir. 

Seyid Abbas Əraqçinin Azərbaycana səfəri, müraciət etdiyi son dərəcə müsbət ritorika, dövlət başçımıza və xalqımıza Məsud Pezeşkianın böyük hörmətinin çatdırılması həm İran-Azərbaycan münasibətlərində Pezeşkianın şəxsi töhfəsidirsə, bu həm də Prezident İlham Əliyevin dəyişməz coğrafi mövqeyi hər zaman göz önündə tutaraq, tarixi əlaqələrin qopardılmağa çalışılmasının, sadəcə, iki ölkəyə deyil, bütün regiona mənfi təsir göstərəcəyi reallığı üzərində qətiyyətlə dayanmasının, həm də regionun gətirdiyi üstünlüklərdən yararlanaraq praqmatik vizyon ortaya qoymasının nəticəsidir. 

Azərbaycan və İranın yüksəkvəzifəli rəsmilərinin qarşılıqlı səfərləri və son dövrlərdə verilən müsbət mesajlar ondan xəbər verir ki, tərəflər münasibətləri müsbət saxlamaq üçün xüsusi diqqət nümayiş etdirirlər.  Araqçinin də görüşdə ölkələrimiz arasında tarixi bağları vurğulaması onu göstərir ki, bu reallıq İran tərəfindən də göz önündə tutulur. Pezeşkianın Azərbaycana səfərləri zamanı da bunun şahidi olduq. 

Azərbaycan-İran-Rusiya və Azərbaycan-İran-Türkiyə üçtərəfli formatları, hazırlıq görülən işlərin daha dəqiqlik və rəsmilik qazanması üçün Azərbaycan Prezidentinin İrana səfərə dəvət edilməsi böyük layihələrin icrasının uzaqda olmadığından xəbər verir. 

2024-cü ildə Azərbaycanla İran arasında ticarət dövriyyəsi 650 milyon ABŞ dolları, 2025-ci ilin 10 ayı ərzində isə 520 milyon ABŞ dolları təşkil edib. Tərəflər ticarət əlaqələrinin artırılması istiqamətində müzakirələr aparırlar. Çünki mövcud göstəricilər iki ölkənin potensialına cavab verən rəqəmlər deyil. Bunun artırılması üçün lazımi qədər potensial da, siyasi iradə də var.  Araz çayı üzərində mövcud olan və bütün körpülərlə müqayisədə buraxılış qabiliyyəti ən yüksək olan Ağbənd-Kəlalə avtomobil körpüsünün 2026-cı ilin ilk aylarında istifadəyə verilməsinin planlaşdırılması İran-Azərbaycan münasibətlərinə müsbət təsir edəcək, eyni zamanda digər iqtisadi layihələrin gerçəkləşməsinə təkan verəcək. Azərbaycanla İran arasında təkcə avtomobil deyil, hava əlaqəsinin genişləndirilməsi istiqamətində də müzakirələr aparılır. Yalnız iqtisadi sahə ilə məhdudlaşmayan, həm də tərəflər arasında çoxtərəfli məsələləri ehtiva edən geniş "Yol xəritəsi" üzrə razılaşmanın əldə edilməsi ondan xəbər verir ki, ikitərəfli əlaqələr və regional inteqrasiya bütün istiqamətlər üzrə gedəcək.

İran İslam Respublikasının xarici işlər naziri Seyid Abbas Əraqçinin Milli Məclisin Sədri Sahibə Qafarova, xarici işlər naziri Ceyhun Bayramov ilə olan görüşləri ondan xəbər verir ki, gündəlik olduqca genişdir. Seyid Abbas Əraqçi ilə parlamentin Sədri arasında keçirilən görüş zamanı da qarşılıqlı səfər və görüşlərə, imzalanan sənədlərə, siyasi-iqtisadi, ticarət, nəqliyyat, mədəni-humanitar sahələrdə əlaqələrin mövcud durum və perspektivlərinə bir daha toxunuldu. Xüsusi vurğu isə Azərbaycan ilə İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının fəaliyyətinə və həyata keçirilməsinə edildi ki, bu çərçivədə ortaq birgə layihələrin reallaşdırılması vacibdir.

İki ölkə arasında əlaqələrin inkişafına təsir göstərən mühüm amillərdən biri də qanunverici orqanlar arasında əməkdaşlıqdır. Parlamentdə görüş zamanı bu əməkdaşlığın mövcud durum və gələcək inkişaf istiqamətlərinin önəminə də toxunuldu. 2021-ci il avqustun 5-də Milli Məclisin Sədri Sahibə Qafarova İran İslam Respublikasına səfər etmişdi. Bu səfər çərçivəsində bir sıra önəmli görüşlər keçirilmişdi. Parlamentin Sədri münasibətlərin inkişafına dair faydalı müzakirələr aparmağa nail olmuşdu. Həmin səfərdə danışıqlar zamanı  Azərbaycan tərəfinin regional məsələlərlə bağlı açıq mövqeyi bir daha İran tərəfinin diqqətinə çatdırılmışdı. İki ölkə arasında mövcud müsbət durum səfərin nəticəyönümlü olduğunu bir daha sübut edir. Bu, Prezident İlham Əliyevin müəyyənləşdirdiyi strateji xəttə dəstək olmaq baxımından Milli Məclis Sədrinin və bütövlükdə parlamentimizin əzmlə fəaliyyət göstərdiyindən xəbər verir.


Azər BADAMOV,

Milli Məclisin deputatı

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan Konstitusiyasının yubileyi İtaliya Parlametində qeyd olunub  

10:07
10 Dekabr

Çempionlar Liqası: “Qalatasaray” məğlub olub, “Liverpul” qalib gəlib  

09:59
10 Dekabr

Heydər Əliyev Fondu ilə Qayğıya ehtiyacı olan uşaqlara yardım üzrə xeyriyyə Fondu arasında anlaşma memorandumu imzalanıb  

09:58
10 Dekabr

Qubada zəlzələ baş verib  

09:54
10 Dekabr

Beynəlxalq axtarışda olan şəxs Almaniyada tutularaq Azərbaycana ekstradisiya edilib  

09:52
10 Dekabr

Naxçıvanın Bakıdakı daimi nümayəndəliyinin kollektivi Ulu Öndərin məzarını ziyarət edib  

09:50
10 Dekabr

Çempionlar Liqası: "Qarabağ" "Ayaks"la qarşılaşacaq  

09:48
10 Dekabr

Balıq ətri, kulinariya şousu və su macərası

09:10
10 Dekabr

ADAU-nun tərkibində İnnovasiya Mərkəzi fəaliyyətə başlayıb

09:05
10 Dekabr

Göygöl melioratorları növbəti mövsümə hazırlaşırlar

09:00
10 Dekabr

Artıq "Sona bülbül" fəryad çəkmir, aşiq də "Neyçün gəlməz" deyib ah-nalə etmir

08:55
10 Dekabr

"Polşa Azərbaycan rəssamlarının gözü ilə" Gəncədə sərgiləndi

08:50
10 Dekabr

Ombudsman təsisatlarının müstəqilliyinin institusional əsasları

08:45
10 Dekabr

Türk dövlətləri əmək və sosial sahədə də birgə addımlar atacaqlar

08:40
10 Dekabr

Qlobal nüfuzun təzahürü

08:35
10 Dekabr

Azərbaycanın təklif etdiyi əməkdaşlıq formatları bütün tərəflərə uğur gətirir

08:30
10 Dekabr

Orta dəhlizdə strateji hədəflərə çatmaq üçün beynəlxalq maliyyə qurumları ilə əməkdaşlıq genişlənir

08:25
10 Dekabr

İlham Əliyev diplomatiyasının daha bir uğuru

08:20
10 Dekabr

Əbədiyaşar Lider

08:15
10 Dekabr

Müasir Azərbaycanın xilaskarı və qurucusu 

08:10
10 Dekabr

Büdcə zərfinə daxil olan qanun layihələri üçüncü oxunuşda qəbul olunub

08:05
10 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!