10 Dekabr 2025 10:07
331
SİYASƏT
A- A+
Azərbaycan Konstitusiyasının yubileyi İtaliya Parlametində qeyd olunub  

Azərbaycan Konstitusiyasının yubileyi İtaliya Parlametində qeyd olunub  


Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi çərçivəsində İtaliya Deputatlar Palatasında Azərbaycan Konstitusiyasının 30 illik yubileyinə həsr olunmuş konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycanın İtaliyadakı Səfirliyindən məlumat verilib. İtaliya Parlamentinin üzvü Nazario Paqanonun təşəbbüsü ilə keçirilən konfransda Azərbaycanın İtaliyadakı səfiri Rəşad Aslanov, Azərbaycan - İtaliya Parlamentlərarası Əlaqələr üzrə İşçi Qrupun sədri, deputat Azər Kərimli, İtaliya - Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri, senator Marko Skurria, Neapol Universitetinin “Federiko II” Elmi Komitəsinin sədri professor Sandro Staiano və Azərbaycan Parlamentində Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, deputat Nurlan Həsənov çıxış ediblər.

Tədbirin əvvəlində deputat Azər Kərimli 12 dekabr tarixinin Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin anım günü olduğunu xatırladaraq, tədbir iştirakçılarını onun xatirəsini bir dəqiqəlik sükutla yad etməyə dəvət edib.

Konfransda çıxış edən natiqlər 12 noyabr 1995-ci ildə qəbul olunmuş və müasir Azərbaycan dövlətinin hüquqi və siyasi əsaslarını müəyyən edən Konstitusiyanın təhlili, tarixi əhəmiyyəti və simvolik dəyəri barədə fikirlərini bölüşüblər.

Təqdimatlar zamanı Azərbaycanın 1991-ci ildə dövlət müstəqilliyini bərpa etdikdən sonra keçdiyi inkişaf yolu, müstəqilliyin və suverenliyin möhkəmləndirilməsində Konstitusiyanın fundamental rolu, habelə multikulturalizm, qadınların cəmiyyətdə rolu və əsas vətəndaş hüquq və azadlıqlarının tanınması kimi fundamental dəyərlər xüsusilə qeyd edilib.

Çıxışlarda natiqlər, həmçinin Azərbaycanın beynəlxalq hüququn prinsiplərinə uyğun olaraq ərazi bütövlüyünü bərpa etməsi, Qarabağ münaqişəsinin başa çatması və regionda sülhün, təhlükəsizliyin və dayanıqlı inkişafın təmin olunması istiqamətində atılan addımlar barədə də məlumat veriblər. Bu kontekstdə Konstitusiyanın dövlətçiliyin möhkəmləndirilməsi və post-münaqişə dövründə quruculuq proseslərinə hüquqi bazanın təmin edilməsi baxımından əhəmiyyəti xüsusi vurğulanıb.

Tədbirdə habelə Azərbaycan və İtaliya arasında mövcud strateji tərəfdaşlıq münasibətlərinə toxunulub. Bildirilib ki, bu münasibətlər yüksək səviyyəli qarşılıqlı səfərlərlə, o cümlədən İtaliya Prezidenti Sercio Mattarellanın builki Bakıya səfəri ilə daha da güclənib. Prezident Mattarellanın səfəri çərçivəsində İtaliya - Azərbaycan Universitetinin açılış mərasiminin keçirilməsi iki ölkə arasında təhsil və humanitar sahələrdə əməkdaşlığın inkişafına mühüm töhfə kimi qiymətləndirilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Nazir müavini: Ürək transplantasiyası illərlə aparılan sistemli işin nəticəsidir 

14:06
31 Yanvar

Postmüharibə dövründə şəhid ailələri üzvləri və müharibə iştirakçıları olan 132 min şəxsə 411 min xidmət göstərilib  

13:46
31 Yanvar

Türkiyə XİN: BMT Müvəqqəti Sülhməramlı Qüvvələrinin mandatının uzadılması ilə bağlı Şimali Kipr tərəfindən verilən bəyanatı qətiyyətlə dəstəkləyirik  

13:17
31 Yanvar

Sabah Bakıda hava yağmursuz olacaq, dağlıq ərazilərə qar yağacaq  

12:59
31 Yanvar

Psixologiya Elmi-Tədqiqat İnstitutunun elmi uğuru beynəlxalq səviyyədə tanınıb

12:10
31 Yanvar

Milli Məclisdə ABŞ Konqresi Nümayəndələr Palatasının Xarici məsələlər komitəsinin çoxluğunun peşəkar heyət üzvləri ilə görüş olub

12:08
31 Yanvar

Akademik Əhliman Əmiraslanov: Orqan transplantasiyasının uğuru güclü qanunvericilik və icra mexanizmlərindən asılıdır  

11:56
31 Yanvar

Kamran Musayev: Ürək transplantasiyası Azərbaycanın səhiyyə salnaməsində yeni mərhələ açdı  

11:49
31 Yanvar

Yanvar ekstremal hava hadisələri ayı olub: Rekord qar yağışlarından istilik dalğalarınadək  

11:11
31 Yanvar

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlanılıb

11:02
31 Yanvar

BMT Baş Assambleyasının sədri münaqişə tərəflərini olimpiya atəşkəsinə çağırıb  

10:43
31 Yanvar

“Sülh Qalxanı – 2026” birgə təliminin hazırlıq məşqləri keçirilir 

10:09
31 Yanvar

Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyində kollegiya iclası keçirilib  

09:59
31 Yanvar

Səudiyyə Ərəbistanı ABŞ-dan 9 milyard dollarlıq “Patriot” raketləri alacaq  

09:52
31 Yanvar

Media: ABŞ İranla bağlı planlarını Körfəz müttəfiqləri ilə bölüşməyib

09:34
31 Yanvar

Bilmək istəyirəm

09:30
31 Yanvar

Musiqi ilə başlanan, şəhidliklə bitən ömür

09:25
31 Yanvar

8 kəşfiyyatçımızın 29 ildir dillərdən düşməyən qəhrəmanlığı

09:20
31 Yanvar

192,2 milyon manatlıq kənd təsərrüfatı, 47,1 milyon manatlıq sənaye məhsulları

09:15
31 Yanvar

Şabran kəndlisi çətinə düşəndə dövlətinə güvənir

09:10
31 Yanvar

Konqoda mədənin çökməsi nəticəsində azı 227 nəfər ölüb

09:09
31 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!