10 Dekabr 2025 08:25
283
İQTİSADİYYAT
A- A+
Orta dəhlizdə strateji hədəflərə çatmaq üçün beynəlxalq maliyyə qurumları ilə əməkdaşlıq genişlənir

Orta dəhlizdə strateji hədəflərə çatmaq üçün beynəlxalq maliyyə qurumları ilə əməkdaşlıq genişlənir


Azərbaycan Orta dəhlizdə strateji əhəmiyyətə malik ölkədir. Üstəlik, bu marşrutun dinamik fəaliyyətini təmin etmək üçün bir çox təşəbbüslərin müəllifidir. Ölkəmizdə bu məqsədlə uzun müddət nəqliyyat sahəsində ciddi struktur islahatları həyata keçirilib. 

Prezident İlham Əliyev tərəfindən həyata keçirilən məqsədyönlü logistika  siyasəti, uğurla reallaşdırılan proqram və layihələr nəticəsində Azərbaycan regionda aparıcı nəqliyyat-logistika mərkəzinə çevrilib. Hazırda ölkəmiz 9 beynəlxalq hava limanına, regionda ən böyük Aviayük donanmasına sahibdir. Bununla yanaşı, Azərbaycanda Ələt BDTL-in tikintisi, Zəngəzur dəhlizinin açılması istiqamətində intensiv işlərin görülməsi, nəqliyyat-tranzit potensialından istifadə ilə bağlı ardıcıl proqramların icrası ölkəmizin nəqliyyat-logistika mövqeyini daha da gücləndirir. Bütün bunlarla yanaşı, Bakı-Tbilisi-Qars dəmir yolu, Orta dəhliz və "Şimal-Cənub" nəqliyyat dəhlizi üzrə strateji layihələr Azərbaycanın qlobal nəqliyyat xəritəsində aparıcı mövqeyini təmin edib.

Bakıda "Avrasiya Nəqliyyat Marşrutu" Beynəlxalq Assosiasiyasının təsisçilərinin ümumi yığıncağının keçirilməsi də ölkəmizə olan inamın nəticəsidir. Azərbaycan, Özbəkistan, Qırğızıstan və Tacikistan dəmiryol administrasiyalarını özündə birləşdirən təşkilat Azərbaycanın təşəbbüsü ilə yaradılıb. Bu, birgə qurum transregional daşımalarda kooperasiyanı gücləndirməyi hədəfləyir. 

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Strateji  planlaşdırma şöbəsinin müdiri Aqil Əsədov "Orta dəhlizin strateji əhəmiyyəti: Trans-Xəzər marşrutu üzrə investisiya artımı və Azərbaycanın regional rolu" sərlövhəli məqaləsində Orta dəhlizin qlobal rolu barədə yazır: "Müasir nəqliyyat və logistika şəbəkələri ticarəti, idxal-ixracı, tranzit və regional əməkdaşlıqları inkişaf etdirərək ölkələrin iqtisadi gücünü artırır və beynəlxalq inteqrasiyanı sürətləndirir. Avropa İttifaqı, Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələri, Türkiyə, beynəlxalq inkişaf bankları, özəl sektor və regional tərəfdaşların iştirakı ilə Özbəkistanın paytaxtı Daşkənddə "Trans-Xəzər Nəqliyyat Dəhlizi (TCTC) üzrə İnvestorlar Forumu"nda səsləndirilən fikirlər də nəqliyyat əlaqələrinin prioritetliyini bir daha ifadə edir".

Müəllif dünya logistikasında Orta dəhlizin əhəmiyyətini vurğulayaraq yazır: "Trans-Caspian International Transport Route" (TITR/Orta dəhliz) ötən illərdə beynəlxalq logistika və nəqliyyat arenasında önəmli yer tutmağa başlayıb. Bu dəhlizin inkişafı Asiya ilə Avropa arasında ticarət və nəqliyyat əlaqələrini sürətləndirərək dünya ölkələri üzrə resursların bərabər paylanmasına da öz töhfəsini verməkdədir. Qlobal miqyasda - Afrika, Asiya, Avropa və digər regionları əhatə edən infrastruktur layihələri, logistika dəhlizləri və yükdaşımaların optimizasiyası kimi məsələlərin prioritetliyi nəqliyyat sektoruna diqqəti daha da artırır, sahənin investisiya cəlbediciliyini yüksəldir".

Məlum olduğu kimi, hər bir layihənin reallaşması üçün investisiya yatırılmalıdır. Həmin forumun nəticələrinə görə, Trans-Xəzər nəqliyyat əlaqələrinin inkişafı üçün Avropa İttifaqı tərəfindən xüsusi layihə reallaşdırılacaq. "Avropa Komandası" 15 milyon avroluq proqram çərçivəsində ticarət prosedurlarını təkmilləşdirməyi, gömrük səmərəliliyini artırmağı, nəqliyyat qaydalarını uzlaşdırmağı və multimodal logistikanı inkişaf etdirməyi hədəfləyir. Dövlət-özəl tərəfdaşlığı, tarif sistemləri və aktivlərin idarə edilməsi üçün dəstək təmin edilir. İnvestisiya paketinə texniki-iqtisadi əsaslandırmalar, ətraf mühitin qiymətləndirilməsi və prioritet infrastruktur layihələrin müəyyən edilməsi də daxildir. Bütün bu işlərin reallaşdırılması üçün ümumilikdə 10 milyon avro xərclənəcək. Eyni zamanda 5 milyon avro ilə də Aİ və AYİB nəqliyyat dəhlizlərinin modernləşdirilməsini və aşağıkarbonlu nəqliyyat infrastrukturuna keçidi sürətləndirmək üçün texniki və investisiya öncəsi tədqiqatları maliyyələşdirəcək.

Aqil Əsədov həmçinin qeyd edir ki, "Trans-Xəzər Nəqliyyat Dəhlizi (TCTC) üzrə İnvestorlar Forumu"nda Qazaxıstanın Aktau limanına Aİ tərəfindən 10,4 milyon, AYİB tərəfindən isə 35 milyon avro kredit verilməsi açıqlanıb. Layihəyə körpülərin genişləndirilməsi, enerjiyə qənaət edən kranların quraşdırılması və konteynerlərin daşınması qabiliyyətinin artırılması daxildir. Forumda həmçinin investorlar tərəfindən Qırğızıstan, Qazaxıstan və Özbəkistanda yol tikintisi və infrastruktur quruculuğu işlərinə ümumilikdə 300 milyon avroya yaxın investisiya qoyulacağı da bildirilib.


Rüstəm KAMAL,

"Azərbaycan" 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan münaqişələrdə humanitar məsuliyyətini öndə saxlayır  

18:46
07 Yanvar

DSX: Ötən il dövlət sərhədini pozduqlarına görə 516 nəfər saxlanılıb  

18:43
07 Yanvar

Volodimir Zelenski: Ukrayna tərəfdaşlarla təhlükəsizlik zəmanətlərini müzakirə edir

18:29
07 Yanvar

Misirli ekspert: 907-ci düzəlişin ləğvi regionda davamlı sülhə töhfə verə bilər  

18:07
07 Yanvar

Dörd ölkə neft hasilatı planını OPEC-ə təqdim edib  

17:53
07 Yanvar

Azərbaycanda dini qurumlara maliyyə yardımı göstərilib SƏRƏNCAM  

17:41
07 Yanvar

Azərbaycan diasporunun inkişafında xidmətlərinə görə bir qrup şəxs təltif edilib SƏRƏNCAM  

17:36
07 Yanvar

Azərbaycan–Suriya İşgüzar Şurası yaradılır

17:17
07 Yanvar

Azərbaycanla Koreya arasında gənclər və idman sahələrində əməkdaşlıq genişləndirilir  

17:10
07 Yanvar

Baş Prokurorluq: Dövlət Gömrük Komitəsinin bir qrup vəzifəli şəxsi barəsində istintaq olunan cinayət işi məhkəməyə göndərilib  

17:08
07 Yanvar

Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib  

17:07
07 Yanvar

Zelenski Parisdə keçiriləcək danışıqların mövzularını açıqlayıb  

17:06
07 Yanvar

“SOCAR PETROLEUM” Qazaxın Xanlıqlar kəndində yanacaq daşıyan avtomobildə baş verən yanğınla bağlı məlumat yayıb

17:05
07 Yanvar

Mütəxəssis: Tez-tez xəstələnmə, infeksiyaların ağır keçməsi immun sisteminin kifayət qədər güclü olmadığını göstərə bilər  

17:03
07 Yanvar

Rumıniyalı ekspert: Azərbaycan Cənubi Qafqazda formalaşdırıcı gücdür  

17:02
07 Yanvar

“ACWA Power” şirkəti ilə elektrik enerjisinin ötürülməsi istiqamətində əməkdaşlıq perspektivləri dəyərləndirilib  

16:29
07 Yanvar

İtaliya mediası Prezident İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsindən bəhs edən məqalə yayımlayıb

16:18
07 Yanvar

Azərbaycan-Çin əlaqələri 2025-ci ildə tarixi yüksək səviyyəyə qalxıb  

16:12
07 Yanvar

Ötən il Zaqataladan bir sıra Avropa və ərəb ölkələrinə gül yağı ixrac edilib

15:57
07 Yanvar

Ağ Ev: Tramp Qrenlandiyanı almaq üçün müxtəlif variantları nəzərdən keçirir  

15:18
07 Yanvar

Rumıniya nəşri: 2025-ci il Azərbaycan-ABŞ münasibətlərində keyfiyyətcə yeni mərhələnin başlanğıcıdır  

15:16
07 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!