10 Dekabr 2025 08:40
318
SİYASƏT
A- A+
Türk dövlətləri əmək və sosial sahədə də birgə addımlar atacaqlar

Türk dövlətləri əmək və sosial sahədə də birgə addımlar atacaqlar


Bu, TDT-də ortaq rifah naminə ciddi irəliləyişlərin təmin olunmasına hesablanıb


Azərbaycan türk dünyasında əmək, məşğulluq və sosial müdafiə sahələrində liderliyi və təcrübəsi ilə TDT çərçivəsində əməkdaşlığın inkişafına yönəlmiş mühüm təşəbbüslər göstərir. Bu kontekstdə Türk Dövlətləri Təşkilatının (TDT) əmək, məşğulluq və sosial müdafiə nazirlərinin ölkəmizdə "Türk dövlətlərində ortaq rifah naminə əmək sahəsində əməkdaşlıq" adı ilə keçirilən ilk iclası təşkilata üzv ölkələr arasında əmək, məşğulluq və sosial müdafiə sahələrində əməkdaşlığın yeni mühüm perspektivlərə doğru inkişafına xidmət edən mühüm addım oldu. 

Təşkilata üzv olan (Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan) və müşahidəçi ölkələrin (Şimali Kipr Türk Respublikası, Macarıstan, Türkmənistan) əmək, məşğulluq, sosial müdafiə qurumlarının və TDT-nin rəhbər şəxslərinin iştirakı ilə keçən iclas 6 noyabr 2024-cü il tarixində qəbul olunmuş TDT-nin 11-ci Zirvə Toplantısının Bişkek Bəyannaməsinə istinad edilməklə əmək, məşğulluq və sosial müdafiə sahələrində əməkdaşlığı gücləndirmək məqsədi daşıyıb. İclas həmçinin üzv və müşahidəçi ölkələrin bütün sahələrdə olduğu kimi, sosial sahədə də əməkdaşlığı daha da genişləndirmək, ən uğurlu təcrübələri  bölüşmək və öyrənmək əzmini göstərdi.

Artıq dünya miqyasında xüsusi rola malik olan TDT-yə üzv ölkələr arasında siyasi-iqtisadi, sosial-mədəni əlaqələr daim dərinləşir və əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyevin də iclasda qeyd etdiyi kimi, TDT əmək, məşğulluq və sosial müdafiə nazirlərinin Bakıda keçirilən ilk iclası da Təşkilata üzv ölkələrdə sosial inkişaf naminə mühüm məqsədlərin reallaşmasına xidmət edən tarixi hadisədir. Təsadüfi deyil ki, Prezident İlham Əliyev TDT-nin Azərbaycan üçün əsas beynəlxalq təşkilat olduğunu bəyan edib: "Çünki bu, bizim ailəmizdir. Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz türk dünyasıdır".

 Dövlət başçısının bu yanaşması  bir daha sübut edir ki, sosial sahədəki irəliləyiş TDT məkanında birgə tərəqqinin vacib tərkib hissəsidir. Çünki digər türk dövlətlərində  də əmək, məşğulluq və sosial müdafiə sahələrində son illər mühüm islahatlar həyata keçirilib, önəmli nailiyyətlər qazanılıb. Xüsusilə də  xidmətlərin rəqəmsallaşdırılması istiqamətində  uğurlu təcrübələr yaradılıb. Bu da onu göstərir ki, türk dövlətləri arasında sosial əməkdaşlığın, təcrübə mübadilələrinin genişləndirilməsi potensialı böyükdür. İclasda vurğulandı ki, Azərbaycan özünün məşğulluq və sosial müdafiə sahəsində formalaşdırdığı geniş təcrübəni türk dövlətləri ilə bölüşməyə, eyni zamanda onların bu sahədə əldə etdikləri nailiyyətləri öyrənməyə böyük önəm verir. Bildirildi ki, bu ilk görüş ölkələr arasında daha inklüziv və dayanıqlı sosial inkişaf modelinin formalaşmasına ciddi töhfə verəcək. Toplantının əhəmiyyətinə toxunularaq qeyd olundu ki, türk dünyasının əmək, məşğulluq və sosial müdafiə sahəsində ilk dəfə bir masa ətrafında birləşməsi, "Türk Dünyası 2040 Vizyonu"na uyğun olaraq, bu sahədə əməkdaşlığın daha da gücləndirilməsi baxımından xüsusi tarixi məna daşıyır.

Qeyd edək ki, Azərbaycan təşkilata üzv və müşahidəçi olan dövlətlərin hər biri ilə əmək, məşğulluq, sosial müdafiə sahələrində ikitərəfli əlaqələrə malikdir. Məsələn, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə qardaş ölkə olan Türkiyənin  Əmək və Sosial Müdafiə Nazirliyi arasında ötən dövrdə əmək, məşğulluq və sosial müdafiə sahəsində 8 sənəd imzalanıb və uğurla icra edilir. İki nazirlik arasında Əmək və sosial müdafiə sahəsində əməkdaşlıq üzrə Birgə Daimi Komissiya fəaliyyət göstərir və komissiyanın sonuncu 12-ci iclası bu ilin sentyabr ayında Ankara şəhərində keçirilib. İki qurum, eləcə də beynəlxalq təşkilatlar (İslam Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı, Beynəlxalq Əmək Təşkilatı, Beynəlxalq Sosial Təminat Assosiasiyası və s.) çərçivəsində sıx əməkdaşlıq həyata keçirir.

Bu mənada  Qazaxıstanla bir neçə əməkdaşlıq sənədi və fəaliyyət planları imzalanıb, Dövlət Sosial Müdafiə Fondu ilə Qazaxıstanın Vahid Yığım Pensiya Fondu arasında Anlaşma Memorandumu qəbul edilib. Özbəkistanla da bu sahədə əlaqələr genişlənir. Belə ki, 2024-cü ildə müvəqqəti işləyən vətəndaşların hüquqlarını tənzimləyən saziş, 2023-cü ildə isə əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb. Həmçinin Qırğızıstan və TDT-nin müşahidəçi ölkələri - Şimali Kipr Türk Respublikası, Macarıstan və Türkmənistanla da sosial sahədə əməkdaşlıq davam etdirilir, qarşılıqlı səfərlər və təcrübə mübadilələri həyata keçirilir.

Türk Dövlətləri Təşkilatının əmək, məşğulluq və sosial müdafiə nazirlərinin ölkəmizdə keçirilən, əmək, məşğulluq, sosial müdafiə sahələrində əməkdaşlığın inkişafı üçün mühüm platformaya çevrilən ilk iclası isə bu münasibətlərin inkişafına təkan verir. İclasın ən mühüm faydalarından biri də o oldu ki, TDT ölkələrində sosial sahədə ən uğurlu təcrübələrdən bəhs edildi və bu təcrübələrin digər təşkilat ölkələri ilə paylaşılmasına maraq ifadə edildi. İclasın yekunu olaraq imzalanan bəyannamədə rəqəmsal transformasiya və "yaşıl keçid" dövründə heç kimin kənarda qalmaması üçün sosial müdafiə sistemlərinin təkmilləşdirilməsinin təxirəsalınmaz bir zərurət olduğu təsdiq edilir və  əmək bazarındakı çağırışlara əlaqələndirilmiş cavabların hazırlanmasında TDT ölkələri arasında müntəzəm və institusional dialoqun dəyəri vurğulanır.  

Bəyannamədə əmək qanunvericiliyi, əməyin təftişi, əmək hüquqlarının qorunması, əmək mühitində sağlamlıq və təhlükəsizlik, gender bərabərliyi, sosial dialoq, beynəlxalq əmək standartlarının inkişafı, rəqəmsal alətlər, süni intellekt və innovativ həllər əsasında əmək münasibətlərinin tənzimlənməsi və məşğulluq xidmətlərinin göstərilməsi və s. sahələr üzrə əməkdaşlığın gücləndirilməsi, bu sahələrdə təcrübə mübadilələrinin aparılması əksini tapır. Üzv və müşahidəçi dövlətlərin müvafiq qurumları arasında Əmək, Məşğulluq və Sosial Müdafiə məsələləri üzrə işçi qrupu da yaradılacaq.

Bu gün qlobal miqyasda baş verən proseslər süni intellektin sürətli inkişafını, rəqəmsallaşmanın genişlənməsi və avtomatlaşdırmanın yeni mərhələsinin dünya əmək bazarının strukturunu köklü şəkildə yenidən formalaşdırdığını, bir çox ənənəvi peşənin yeni məzmun qazandığını, əmək resurslarına münasibətdə fərqli bacarıq profillərinin yarandığını göstərir. Dünya İqtisadi Forumunun  (DİF) 2025-ci ildə dərc olunan "İşlərin gələcəyi hesabatı"nda 2030-cu ilə qədər bugünkü iş yerlərinin 22 faizinin strukturunda dəyişikliklər gözlənildiyi bildirilir. Bu da rəqabətqabiliyyətli və gələcəyə hazırlıqlı işçi qüvvəsinin inkişafının hər bir ölkə üçün vacibliyini göstərir. Ona görə də əmək bazarının  çağırışlarına uyğun olaraq, TDT-nin üzv və müşahidəçi ölkələri arasında rəqabətqabiliyyətli və gələcəyə hazırlıqlı işçi qüvvəsinin inkişafı sahəsində də əməkdaşlığı gücləndirmək nəzərdə tutulur.

Nazirlərin bu ilk görüşündə TDT ölkələrinin  əmək, məşğulluq və sosial müdafiə sahələrində  gələcək əməkdaşlığı üçün prioritet istiqamətlər müəyyən olundu, bu istiqamətləri əhatə edən və əməkdaşlıqda böyük perspektivlərə doğru aparan bir yol xəritəsi hazırlandı. Bu yol xəritəsi əsasında birgə fəaliyyət müstəvisində atılacaq addımlar isə türk dünyasında ortaq rifah naminə mühüm irəliləyişləri təmin edəcək. 


Züleyxa ƏLİYEVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Azərbaycan Respublikasının Torpaq Məcəlləsində dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikasının 2024-cü il 28 iyun tarixli 1194-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi barədə

00:54
07 Yanvar

"Azərbaycan Respublikası Hökuməti ilə İordaniya Haşimilər Krallığı Hökuməti arasında 2025-2027-ci illər üçün elm və təhsil, mədəniyyət və incəsənət, gənclər və idman, arxeologiya, səhiyyə və media sahələri üzrə İcraedici Əməkdaşlıq Proqramı"nın təsdiq edilməsi haqqında

00:53
07 Yanvar

"AtaSığorta" Açıq Səhmdar Cəmiyyətinin səhmdarlarının nəzərinə

00:52
07 Yanvar

Çin mediası Azərbaycan Prezidentinin Çinə dair fikirlərindən yazır  

23:24
06 Yanvar

Ukraynanın Baş Qərargahı Rusiyanın mühüm obyektlərinə zərbələrin endirildiyini təsdiqləyib  

23:22
06 Yanvar

“Xthings” innovativ təhlükəsizlik həllərini təqdim edir  

22:13
06 Yanvar

Fransada 10 nəfər birinci xanımı təqib etməkdə təqsirli bilinib  

22:10
06 Yanvar

Sərt şaxtalar Avropanın bir sıra ölkələrində çətinliklər yaradıb  

21:45
06 Yanvar

Qırğızıstan portalı Azərbaycan Prezidentinin yerli telekanallara müsahibəsinin mətnini dərc edib  

21:29
06 Yanvar

Birinci vitse-prezident Mehriban Əliyeva Milad bayramı ilə bağlı paylaşım edib  

21:01
06 Yanvar

Rusiya mediasında Prezident İlham Əliyevin Azərbaycan televiziya kanallarına verdiyi müsahibəsi işıqlandırılıb  

20:53
06 Yanvar

FIFA DÇ–2026 üçün mükafat fondunu artırıb: qalibi nə gözləyir?  

20:31
06 Yanvar

Prezident İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsi dünya mediasının diqqət mərkəzindədir

19:37
06 Yanvar

Qazaxıstan “Aktau Dəniz Limanı” xüsusi iqtisadi zonasının ərazisini genişləndirir  

19:03
06 Yanvar

Deputat: 907-ci düzəlişin icrasının dayandırılması Prezident İlham Əliyevin siyasi uğurudur  

18:16
06 Yanvar

Özünüməşğulluq proqramı işsizlikdən kiçik biznesə çıxış imkanı yaradır  

18:11
06 Yanvar

İsrailin xarici işlər naziri Somalilənd regionuna rəsmi səfər edib  

18:07
06 Yanvar

Media: Avropa İttifaqı miqrasiya siyasətini sərtləşdirməkdə israrlıdır  

17:51
06 Yanvar

QHT Agentliyinin Müşahidə Şurasının tərkibi müəyyənləşib  

17:47
06 Yanvar

Qarabağ Universiteti beynəlxalq akkreditasiya sahəsində ilk uğurunu əldə edib  

17:31
06 Yanvar

Prezident İlham Əliyevin müsahibəsi gələcəyimizlə bağlı strateji yanaşma və yol xəritəsidir 

17:27
06 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!