10 Dekabr 2025 08:15
335
SİYASƏT
A- A+
Əbədiyaşar Lider

Əbədiyaşar Lider


Azərbaycanın müasir tarixinin mühüm bir dövrü Ulu Öndər Heydər Əliyevin müdrik dövlətçilik kursu ilə sıx bağlıdır. Xalqımız bu şərəfli və qürurlu mərhələni haqlı olaraq Azərbaycan tarixinin Heydər Əliyev dövrü kimi səciyyələndirir. Ümummilli Lider Heydər Əliyev XX əsrdə unikal idaretmə təcrübəsi və uzaqgörən siyasəti sayəsində respublikamızı keçmiş SSRİ-də yüksək inkişaf mərhələsinə ucaltmış, sovet hökumətinin ali hakimiyyət strukturlarında əvəzolunmaz xidmətlər göstərmiş, türk dünyasının nəhəng siyasi xadiminə çevrilmişdir. 

Heydər Əliyev bir-birinə zidd olan iki sistemdə - sosializm və demokratik cəmiyyət şəraitində respublikamıza başçılıq etmiş, hər iki cəmiyyətdə özünün islahatçı iş üslubu və dəmir iradəsi ilə dövlət sistemində köklü dəyişikliklərə nail olmuşdur. 1970-ci ilə qədər ittifaq respublikaları içərisində geridə qalan, az qala böhrana düçar olan Azərbaycanı bu ağır sosial-iqtisadi vəziyyətdən çıxarmış, milli inkişaf və intibaha çatdırmışdır. Azərbaycan həmin dövrdə SSRİ-də yeganə olan Bakı Məişət Kondisionerləri zavodu, regionun ən nəhəng elektrik stansiyası, Cənubi Qafqazın ən iri Poladtökmə zavodu, neft sənayesi üçün vacib olan Bakı Dərin Özüllər Zavodu və bir çox iri müəssisəni istifadəyə verməklə sovetlərin güclü sənaye mərkəzlərindən birinə çevrilmişdi.

Respublikamızın iqtisadi həyatına böyük sənaye inqilabı kimi daxil olmuş 1969-1982-ci illərdə sənaye istehsalı 2,7 dəfə artmaqla milli gəlirinin ümumi həcmini 2,5 dəfə artırmışdı, minlərlə yeni iş yerlərinin yaradılması insanların rifahını yüksəltmişdi.

Ulu Öndər Azərbaycanın milli özünüdərk, milli dövlət ideyasının da müəllifidir. Heydər Əliyevin  birinci hakimiyyəti illərində Azərbaycanın dövlətçilik ənənələrinin, milli ruh və milli ideologiyasının sovet imperiyası tərəfindən məhv edilməsinin qarşısı alınmış, milli kimliyimiz qorunub saxlanılmış, azərbaycançılıq ideologiyası inkişaf edərək müstəqillik amalının gerçəkləşməsinə təkan vermişdir.

Ümummilli Lider Heydər Əliyev harada çalışmasından asılı olmayaraq, həmişə dövlətə, dövlətçiliyə sadiq olmuşdur. SSRİ Nazirlər Sovetinin sədrinin birinci müavini vəzifəsində işləyərkən respublikamızın inkişafı üçün yorulmaz fəaliyyətini və iradəsini nümayiş etdirmiş, doğma Vətənində ən mühüm proqramların gerçəkləşməsinə nail olmuşdur.  Onun yüksək dövlət vəzifələrində çalışarkən ən böyük məramı və məqsədi Azərbaycanı müstəqilliyə qovuşdurmaq idi. Azərbaycan xalqı kommunist rejimində, ümumittifaq sosialist dövlətinin tərkibində olduğundan heç şübhəsiz ki, müstəqilliyini itirmiş, amma dövlətçiliyini itirməmişdi. Azərbaycanın bir çox atributları qalmış, yaşamışdı. Cəmiyyət totalitar sistemdən çıxaraq demokratiya hüdudlarına keçmişdi. Bütün bunlar müstəqil dövlətin bərpası üçün dərin zəmin yaratmışdı.

Ermənistanın ölkəmizə qarşı ərazi iddialarının yeni başlandığı çətin və mürəkkəb dövrdə dövləti idarə edəcək güclü liderə ehtiyac vardı. Bu çətin tarixi günlərində ölkə rəhbərliyi Azərbaycanın xilası üçün Heydər Əliyevin zəngin idarəçilik bacarığından istifadə etmək, milli birliyə nail olmaq əvəzinə, onun Bakıya gəlişinə imkan vermədilər. Ulu Öndər həmin dövrdə doğulduğu doğma torpağa - Naxçıvana getmək məcburiyyətində qaldı. Ancaq onun bu gedişi xilaskarlıq missiyasının növbəti akkordu idi. Respublikamızın bütün bölgələrində olduğu kimi, Naxçıvanda da ağır ictimai-siyasi vəziyyət hökm sürürdü. Ermənilərin Naxçıvana ərazi iddiaları və sərhədlərdə fəallaşan hərbi toqquşmaları muxtar respublikanın sabahını təhlükə ilə üzləşdirmişdi. Heydər Əliyev həyatına qarşı təhlükələrə, tarixin ağır və sərt sınaqlarına rəğmən, böyük bir məsuliyyəti çiyinlərinə götürdü və 1990-cı ilin iyul ayında isə doğulduğu Naxçıvana gələrək bu fəlakətin qarşısını aldı. Qardaş Türkiyə ilə birgə "Ümid" körpüsünü  açmaqla muxtar respublikanı ağır blokadadan çıxardı. 

Ulu Öndər Heydər Əliyev Naxçıvanda dağınıq və nizamsız Azərbaycanın milli həmrəyliyini, xalqın milli ideya ətrafında sıx birləşməsini təmin etdi, Azərbaycan Respublikasının milli istiqlal rəmzi olan üçrəngli bayrağını qaldırdı. Rusiyanın hərbi birləşməsi olan motoatıcı diviziya Naxçıvandan çıxarılaraq dövlətçilik institutlarını bərqərar etməyə başladı. Bu, eyni zamanda parçalanmaq təhlükəsi ilə üz-üzə olan Azərbaycanın müstəqilliyinin təminatı, siyasi taleyi üçün yeni dövrün əsasını qoydu. 

1992-ci ilin noyabrında Naxçıvanda Yeni Azərbaycan Partiyasının təsis edilməsi və Heydər Əliyevin partiyaya sədr seçilməsi dövlət quruculuğunun möhkəm təməllərinin də qoyulması demək idi. O, 1993-cü ilin iyun ayında Qurtuluş hərəkatını zəfərlə başa çatdıraraq Azərbaycanda ikinci şərəfli siyasi missiyaya başladı. İlk növbədə, aramsız davam edən təcavüzkar Ermənistanın işğalçılıq planlarının qarşısını aldı, atəşkəsə nail olaraq peşəkar nizami Milli Ordumuzun formalaşmasını təmin etdi. 

O dövrdə keçmiş iqtidar tərəfindən valyuta ehtiyatları, büdcəsi soyğunçuluqla bitirilmiş ölkənin iqtisadi imkanlarını səfərbər etmək, ölkənin neft-qaz sənayesini dirçəltmək, milli sahibkarlıq sinfini formalaşdırmaq, eləcə də, xarici sərmayəçiləri ölkəyə cəlb etmək çox çətin idi. Xarici investorları ölkəyə gətirmək, onları inandırmaq olduqca böyük siyasi məharət tələb edirdi ki, bunu da Heydər Əliyev ustalıqla həyata keçirdi. Bu baxımdan, 1994-cü il sentyabrın 20-də imzalanan "Əsrin kontraktı" ölkəmizin siyasi və iqtisadi həyatında növbəti bir dönüş nöqtəsi hesab edilə bilər.

Ulu Öndər həm də böyük demokrat, siyasi qətiyyət sahibi idi. O, yeni siyasi münasibətlər sisteminin əsasını qoyaraq demokratik islahatların müəllifi kimi xatırlanır. Bilavasitə onun təşəbbüsü ilə müstəqil Azərbaycanda qanunun aliliyini təmin edən dünyəvi, demokratik və hüquqi dövlət quruculuğu istiqamətində islahatlar həyata keçirilmiş, insan və vətəndaş hüquq və azadlıqlarının real təmini üçün bütün lazımi əsaslar yaradılmış, Azərbaycan dünya dövlətləri arasında layiqli yerini tutmuşdur.

Heydər Əliyevin ən böyük xidmətlərindən biri də 1995-ci il noyabrın 12-də qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyası idi. Ulu Öndər milli Konstitusiyanın qəbul edilməsi ilə yanaşı, Şərqdə ilk dəfə ölüm cəzasını ləğv etdi. Mətbuat üzərindən senzura götürüldü. İlk dəfə olaraq ölkəmizdə özünüidarəetmə orqanı - bələdiyyələr yarandı. Azərbaycanın Avropa Şurasına qəbul edilməsi, Bakıda dünya azərbaycanlılarının qurultayının keçirilməsi, milli diasporun fəaliyyətinin canlandırılması, azərbaycançılıq ideyasının, milli özünüdərkin gücləndirilməsi Ümummilli Lider Heydər Əliyev zəkasının bəhrəsidir.

Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi 34 illik tarixi bir dövrdə nəhəng quruculuq, misilsiz təşkilatçılıq işləri ilə yanaşı, çox zəngin elmi-nəzəri və mənəvi irs yaratmışdır. Bu zəngin irs ən qiymətli mənəvi sərvət kimi elmimizin və mədəniyyətimizin qızıl fonduna daxil olmuş, milli dövlət quruculuğu prosesində əvəzsiz sərvətə çevrilmişdir. Heydər Əliyevin xarakterində əyilməzlik, vüqarlılıq, möhtəşəmlik onu həm də Vətənin, dövlətin böyük sərkərdəsi kimi ucalığını göstərir. 

Heydər Əliyevin idealları onun siyasi kursunun davamlılığındadır. Ulu Öndər sona çatdıra bilmədiyi taleyüklü işləri, dövlət kursunu cənab İlham Əliyevə əmanət etməklə bir daha uzaqgörənliyini göstərdi. 2003-cü ildə xalqa müraciətində siyasi varisi İlham Əliyevi dəstəkləməyə çağırırdı. Ulu Öndər İlham Əliyevin yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyət olduğuna, Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəyinə əmin idi. Onun axıra çatdıra bilmədiyi taleyüklü məsələləri, planları, işləri xalqın köməyi və dəstəyi ilə İlham Əliyevin başa çatdıracağına inanırdı. O, bu əminliyində tamamilə haqlı idi. 

Prezident İlham Əliyev Ümummilli Liderin əsasını qoyduğu möhkəm bünövrə üzərində Azərbaycanı  gücləndirərək artan iqtisadi imkanları, ilk növbədə, ordu quruculuğuna yönəltdi. Qüdrətli ordumuzun rəşadəti, iqtisadi gücümüz və artan beynəlxalq nüfuzumuz sayəsində Ulu Öndərin müqəddəs vəsiyyəti yerinə yetirildi. Ərazi bütövlüyümüzü təmin edərək üçrəngli bayrağımızı bütün torpaqlarımızda, Qarabağın tacı olan Şuşada, milli ləyaqət ünvanımız olan Xankəndidə qürurla dalğalandırdıq.

Bu gün müasir müstəqil Azərbaycan Ümummilli Lider Heydər Əliyevin ideyaları əsasında ən qürurlu mərhələsini yaşayır. Ulu Öndər cismən  aramızda olmasa da, xalqımızın hər an qəlbindədir, çünki o əbədiyaşarlıq qazanıb.  Milli qürur və iftixar mənbəyimiz olan Heydər Əliyev hər bir azərbaycanlının qürur mənbəyidir. 


Samir VƏLİYEV,

Milli Məclisin deputatı

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan münaqişələrdə humanitar məsuliyyətini öndə saxlayır  

18:46
07 Yanvar

DSX: Ötən il dövlət sərhədini pozduqlarına görə 516 nəfər saxlanılıb  

18:43
07 Yanvar

Volodimir Zelenski: Ukrayna tərəfdaşlarla təhlükəsizlik zəmanətlərini müzakirə edir

18:29
07 Yanvar

Misirli ekspert: 907-ci düzəlişin ləğvi regionda davamlı sülhə töhfə verə bilər  

18:07
07 Yanvar

Dörd ölkə neft hasilatı planını OPEC-ə təqdim edib  

17:53
07 Yanvar

Azərbaycanda dini qurumlara maliyyə yardımı göstərilib SƏRƏNCAM  

17:41
07 Yanvar

Azərbaycan diasporunun inkişafında xidmətlərinə görə bir qrup şəxs təltif edilib SƏRƏNCAM  

17:36
07 Yanvar

Azərbaycan–Suriya İşgüzar Şurası yaradılır

17:17
07 Yanvar

Azərbaycanla Koreya arasında gənclər və idman sahələrində əməkdaşlıq genişləndirilir  

17:10
07 Yanvar

Baş Prokurorluq: Dövlət Gömrük Komitəsinin bir qrup vəzifəli şəxsi barəsində istintaq olunan cinayət işi məhkəməyə göndərilib  

17:08
07 Yanvar

Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib  

17:07
07 Yanvar

Zelenski Parisdə keçiriləcək danışıqların mövzularını açıqlayıb  

17:06
07 Yanvar

“SOCAR PETROLEUM” Qazaxın Xanlıqlar kəndində yanacaq daşıyan avtomobildə baş verən yanğınla bağlı məlumat yayıb

17:05
07 Yanvar

Mütəxəssis: Tez-tez xəstələnmə, infeksiyaların ağır keçməsi immun sisteminin kifayət qədər güclü olmadığını göstərə bilər  

17:03
07 Yanvar

Rumıniyalı ekspert: Azərbaycan Cənubi Qafqazda formalaşdırıcı gücdür  

17:02
07 Yanvar

“ACWA Power” şirkəti ilə elektrik enerjisinin ötürülməsi istiqamətində əməkdaşlıq perspektivləri dəyərləndirilib  

16:29
07 Yanvar

İtaliya mediası Prezident İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsindən bəhs edən məqalə yayımlayıb

16:18
07 Yanvar

Azərbaycan-Çin əlaqələri 2025-ci ildə tarixi yüksək səviyyəyə qalxıb  

16:12
07 Yanvar

Ötən il Zaqataladan bir sıra Avropa və ərəb ölkələrinə gül yağı ixrac edilib

15:57
07 Yanvar

Ağ Ev: Tramp Qrenlandiyanı almaq üçün müxtəlif variantları nəzərdən keçirir  

15:18
07 Yanvar

Rumıniya nəşri: 2025-ci il Azərbaycan-ABŞ münasibətlərində keyfiyyətcə yeni mərhələnin başlanğıcıdır  

15:16
07 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!