10 Dekabr 2025 08:10
366
SİYASƏT
A- A+
Müasir Azərbaycanın xilaskarı və qurucusu 

Müasir Azərbaycanın xilaskarı və qurucusu 


Dekabrın 12-si Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin vəfatının 22-ci ildönümüdür. Heydər Əliyev Azərbaycan dövlətinin müstəqillik amalını və milli mübarizəsini gerçəyə çevirmiş və adını milli dövlət yaddaşına əbədi yazdırmış Xilaskardır. Ulu Öndər dövlətə, dövlətçiliyə, canı qədər sevdiyi Azərbaycana hansı dərəcədə bağlı olduğunu əsrlərə sığmayacaq möhtəşəm fəaliyyəti ilə təsdiqləmişdir.

Ulu Öndər enerjili, güclü iradəli və qətiyyətli kadr kimi gənclik illərindən Azərbaycan xalqının və dövlətinin gələcəyi naminə özünəməxsus fəaliyyəti ilə cəmiyyətə töhfə verməyə başlamışdır. Dövlət təhlükəsizlik orqanlarında məsul vəzifədə çalışdığı dövrdə onun üçün ali məramlardan biri olan millilik, düzgünlük və ədalətlilik iş prinsipində başlıca meyar idi. Qorxmazlığı, cəsurluğu və qətiyyəti sovet nomenklaturasının bürokratik aparatı tərəfindən qısqanclıqla qarşılanır və çox vaxt təqiblərlə üzləşirdi. 

Əsasən ermənilərin və qeyri-millətlərin yuva saldığı və xalqımıza qarşı qanlı repressiyalar hazırlayıb həyata keçirdiyi Dövlət Təhlükəsizlik Komitəsindəki anti-Azərbaycan qüvvələrinə qarşı mübarizə aparmaq o dövrdə olduqca riskli bir iş idi. Ancaq Heydər Əliyev həyatını təhlükəyə ataraq sanki ölümünü göz önünə alırdı, mübarizliyi ilə daha da irəli gedirdi. Bu haqda danışarkən deyirdi ki, ağır bir mühitdə işləmək çox çətin idi, "Nə qədər əziyyət çəkdim ki, Azərbaycana xəyanət etmiş insanlardan bu orqanı xilas edək, yeni adamlar cəlb edək, sağlamlaşma işi  aparaq. O qədər çətin oldu ki, mənə qarşı fitnələr etdilər. Bir müddət həmin vəzifədən getməli oldum. Mən 1955-ci ildə öz cəsarətli addımlarımın qurbanı oldum. Ancaq inadımdan dönmədim. Bir-iki ildən sonra yenə həmin vəzifəyə təyin etdilər". 

Heydər Əliyev Azərbaycanın təhlükəsizlik orqanına rəhbərlik etdiyi dövrdə prinsipial qərarını gerçəkləşdirdi, milliləşmə prosesi, milli mənafelərimizin qorunması geniş vüsət aldı, yüksək peşəkar kadrlar yetişdirdi, eyni zamanda gələcək müstəqil Azərbaycan üçün milli təhlükəsizlik potensialını formalaşdırdı. Azərbaycanlı generalın intizamlı iş üslubunu SSRİ rəhbərliyi qəbul etməyə məcbur olaraq gətirdiyi yenilik və dinamikliyi hətta digər ittifaq respublikalarında da əxz etdirməyə çalışdı.

Heydər Əliyevin 25 il çalışdığı təhlükəsizlik orqanlarındakı nümunəvi fəaliyyəti və idarəçilikdəki misilsiz yeniliklər yaratmaq istedadı sovet rəhbərliyinin onu Azərbaycan Respublikasının ali rəhbəri vəzifəsinə seçilməsi barədə qərar verməsində həlledici amillərdən biri oldu.

Ulu Öndər Mərkəzi Komitənin rəhbəri seçildiyi ilk gündən özünəməxsus iş üslubunu idarəetmə aparatının bütün qollarında tətbiq etməyə başladı. Respublikanın və cəmiyyətin inkişafını əngəlləyən bürokratizm, korrupsiya, durğunluq və süründürməçilik hallarına qarşı həyata keçirdiyi aramsız mübarizə tədbirləri ötən əsrin 70-ci illərində Azərbaycanın ictimai-sosial, iqtisadi, elmi-mədəni mühitində tamamilə yeni ab-hava, münbit sağlam ruh və işgüzarlılığı bərqərar etdi. İttifaq respublikaları sırasında geridə qalan Azərbaycanın inkişaf strategiyası müəyyənləşdi.

"Qətiyyətlə bildirmək olar ki, 60-cı illərdə respublika iqtisadiyyatı bütövlükdə dərin və uzunmüddətli böhran mərhələsinə qədəm qoymuşdu. Yaranmış ağır vəziyyətdən çıxış yolu tapılmalı, iqtisadiyyatın inkişafı üçün prinsipial cəhətdən yeni konseptual yanaşma yolları işlənib hazırlanmalı, xalq təsərrüfatında köklü struktur dəyişiklikləri aparılmalı, təsərrüfatçılıq və iqtisadi həvəsləndirmə işində təzə metodlar tətbiq edilməlidir", - deyən Heydər Əliyev əhatəli və dönməz islahatlar proqramı həyata keçirdi.  Onun iqtisadiyyatı, sənayeni dərindən bilməsi və hər bir layihəni elmi-iqtisadi cəhətdən peşəkarcasına əsaslandırmaq qabiliyyəti SSRİ rəhbərliyi tərəfindən qeyd-şərtsiz qəbul olunurdu. Məhz o illərdə ən nəhəng sənaye müəssisələrinin, Bakı Kondisionerləri Zavodunun, Bakı Dərin Özüllər Zavodunun inşası Ulu Öndərin SSRİ Nazirlər Soveti qarşısında aylarla apardığı əzmkar mübarizə sayəsində ərsəyə gəldi. Eləcə də, o dövr üçün çətin və həddindən artıq maliyyə tələb edən metro tikintisinin geniş sənaye hərəkatına çevrilməsi Ümummilli Liderin gərgin əməyinin nəticəsi, "Ulduz", indiki "Koroğlu", "Qara Qarayev", "Neftçilər", "Nizami", "Depo", "Elmlər Akademiyası", "Memar Əcəmi" stansiyalarının tikintisi qətiyyətinin bəhrəsidir. 

Heydər Əliyev 70-ci illərdə Azərbaycanın regionlarının inkişafında da əsaslı dönüş yaratdı. Paytaxt Bakı ilə yanaşı, iri sənaye şəhərlərinin inkişafı regionlarda yüz minlərlə insanın işlə təmin olunmasına səbəb oldu. Azərbaycan aqrar-sənaye respublikasından sənaye-aqrar respublikasına çevrildi. Respublikada 400-ə yaxın yeni sənaye müəssisəsi tikilərək istifadəyə verildi. 1969-cu ildə sənaye obyektlərinin sayı 735 ədədə bərabər idisə, 1982-ci ildə bu rəqəm 1048-ə çatdırıldı. Sənaye istehsalı bir neçə dəfə artaraq ümumi daxili məhsulda 1970-ci ildəki 30 faizdən 1982-ci ildə 70 faizə yüksəldi. Sənaye müəssisələrində istehsal olunan 350 adda məhsul dünyanın 65 ölkəsinə ixrac olundu. Bu, SSRİ miqyasında ən böyük iqtisadi hadisə idi. 

Ulu Öndər deyirdi ki, mənim yaratdığım hər bir şey əzizdir: "Zavod da, fabrik də, elektrik stansiyaları da, yol da, körpü də, ev də, bina da, saray da. Amma mənim üçün hər şeydən əziz mənim xalqımdır, mənim Vətənimdir, mənim torpağımdır". 

Totalitar rejimin hökmranlıq etdiyi bu mürəkkəb tarixi şəraitdə prinsipial, cəsarətli və dürüst rəhbər kimi o, ideoloji-siyasi əngəllərə sinə gərərək Azərbaycanı düzgün milli inkişaf yolu ilə irəliyə aparırdı. Onun ictimai şüurdakı qorxunu darmadağın etməsi cəmiyyətdə intibah və milli özünüdərk hisslərini gücləndirmiş, xalqın milli adət-ənənələrə bağlılığı, soy-kökünə qayıdışı prosesi qarşısıalınmaz ictimai-sosial prosesə çevirmişdi. 1974-cü ildə Azərbaycan dilinin tədqiqinə görə bir qrup dilçi alimin dövlət mükafatlarına layiq görülməsi, o cümlədən üç cildlik "Müasir Azərbaycan dili" dərsliyinin çapı, Konstitusiyamızda Azərbaycan dilinin rəsmi dil kimi qəbul edilməsi ana dilinə böyük ehtiramın nümunəsi idi. 

Heydər Əliyev milli düşüncənin, azərbaycançılıq məfkurəsinin daşıyıcıları olan ziyalıların hamisinə çevrilmişdi, daim onları sanki çətiri altında qoruyurdu. Ziyalı elitasının, elm və mədəniyyət xadimlərinin, ictimai fikrin, düşüncənin sahibi olan azad fikirli insanların arxa-dayağı olmaqla, onları milli fikrin və azərbaycançılığın təbliğinə yönələn əsərlər yaratmağa ruhlandırırdı. 

Həmin illərdə millətçilikdə günahlandırılan Bəxtiyar Vahabzadə, Xəlil Rza Ulutürk, Anar, Ziya Bünyadov kimi ziyalıları dəfələrlə imperiyanın təqiblərindən xilas edən Heydər Əliyev əsl milli rəhbər kimi başqa ittifaq respublikalarında da rəğbət qazanmışdı. Sovet rəhbərliyi Ziya Bünyadovun o dövrdə nəşr olunmuş "Atabəylər dövləti" kitabının dövlət mükafatına layiq görüldüyünə görə, Heydər Əliyevi millətçilikdə ittiham edirdi. Ancaq siyasi basqılardan bir addım geri çəkilməyən Ulu Öndər milli ideologiyanı təbliğ edən sanballı əsərlərin, film və musiqilərin  ərsəyə gəlməsinə daha geniş və münbit şərait yaradırdı.

"Gülüstan" poemasına görə təqiblərə məruz qalmış Bəxtiyar Vahabzadənin həbs olunmasının qarşısını alan, neçə-neçə elm və incəsənət xadimini sovet imperiyasının hücumlarından qoruyan Heydər Əliyev milli amal uğrunda dayanmadan çalışırdı. 

Görkəmli ziyalı və dramaturq Hüseyn Cavidin nəşini 1981-ci ildə uzaq Sibirdən Azərbaycana gətirməsi, Suriyaya səfəri zamanı klassik Azərbaycan şairi İmadəddin Nəsiminin qəbrini ziyarət etməsi, digər saysız-hesabsız vətənpərvərlik nümunələri milli irsə ehtiramla yanaşı, onun heç bir siyasi riskdən çəkinməyən nəhəng şəxsiyyət olduğunu təsdiqləyirdi. 

Bu, Heydər Əliyevin ən böyük azərbaycanlı olduğunu və "Anam məni Azərbaycan üçün dünyaya gətirib" müdrik kəlamının ecazkar qüdrətini, ümummilli zənginliyini nümayiş etdirir.

Ulu Öndər sovet Azərbaycanına rəhbərlik etdiyi dövrdə bugünkü Azərbaycan üçün güclü və peşəkar kadr institutunu da formalaşdırdı. Respublikanın ali və orta ixtisas təhsil şəbəkəsi genişləndirildi, SSRİ-nin 170 qabaqcıl ali məktəblərinə 3500 azərbaycanlı gənc göndərildi. O, ali təhsil almağa göndərdiyi gəncləri "Azərbaycanın milli sərvəti" adlandırır, onlara böyük etimad göstərərək yüksək dövlət vəzifələrinə təyin edirdi.

Azərbaycanın milli ordu quruculuğunun sütunları da həmin mürəkkəb dövrdə qoyuldu, milli hərbi kadrlar hazırlayan Cəmşid Naxçıvanski adına məktəbin fəaliyyətə başlaması sayəsində azərbaycanlı peşəkar hərbçilər nəsli formalaşdı. Ümummilli Lider 2002-ci ildə C.Naxçıvanski adına hərbi liseyin kursantları ilə görüşdə qeyd edirdi:  "Mən hələ 30 il bundan öncə müstəqillik haqqında - bəlkə də bunu çox az adam düşünə bilərdi, yaxud ağlına gətirə bilərdi, düşünüb hərbi məktəb yaratmışdım. Naxçıvanski adına Hərbi lisey 30 il ərzində Azərbaycana böyük xidmətlər göstəribdir".

1982-ci ildə SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilən Heydər Əliyev bu məsul kürsüdə çalışarkən də öz doğma xalqına, vətəninə sədaqətlə qulluq etmiş, Azərbaycanla heç vaxt əlaqələrini kəsməmiş, respublikanın inkişafı üçün əlindən gələni əsirgəməmişdi. Azərbaycanın iqtisadi-sosial, ictimai-siyasi, humanitar həyatı ilə yaxından maraqlanmış, baş verən prosesləri daim nəzarətdə saxlamışdı.

Heydər Əliyev ittifaq daxilində başlanan siyasi böhranın dövlətin iflasına gətirib çıxaracağını görür, bu hakimiyyətin sonu olmayacağını çəkinmədən bildirirdi. Ulu Öndər demişdir: "Sovet cəmiyyəti, dövlət idarəçilik sistemi siyasi və iqtisadi böhran şəraitindədir. Millətlərarası münasibətlər son dərəcə kəskinləşmişdir. Sovet İttifaqı dağılmaqdadır. Son beş ildə Qorbaçov xalqa çox vədlər versə də, heç birini həyata keçirə bilməmişdir. Nəticədə sözlə əməl arasında boşluq, siyasi rəhbərliklə xalq arasında uçurum əmələ gəlmişdir. Xalqın rəhbərliyə etimadsızlığı, adamların sabaha ümidsizliyi artmışdır. Kommunist Partiyası nüfuzunu itirmişdir".

1987-ci ilin oktyabrında Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun və Mixail Qorbaçovun yeritdiyi siyasi xəttə etiraz olaraq tutduğu vəzifələrdən istefa verən Heydər Əliyev kəskin bəyanatları ilə SSRİ rəhbərliyinin yarıtmaz fəaliyyətini ifşa edirdi. Qanlı Yanvar hadisələri zamanı SSRİ rəhbərliyinin cinayətkar əməllərini dünyaya bəyan etməsi, Mixail Qorbaçovun və əlaltılarının ona qarşı təxribat törədə biləcəyinə baxmayaraq, həyatını təhlükə altına ataraq 1990-cı il yanvarın 21-də Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gələrək sovet ordusunun Bakıda törətdiyi insanlıq əleyhinə cinayətlərlə bağlı mətbuat konfransı keçirməsi cəmiyyətdə və dünya miqyasında böyük rezonans doğurmuşdu. 

1990-cı il iyulun 20-də Bakıya qayıdan Heydər Əliyev iki gün sonra Naxçıvana yola düşərək müstəqil Azərbaycanın azadlıq mücadiləsini çiyinlərinə götürdü. Onun fəaliyyətinin ən mühüm və müasir tarixi mərhələsi də məhz Naxçıvana qayıdışı ilə bağlıdır. Özünün də qeyd etdiyi kimi, bu qayıdış tarixin və zamanın hökmü idi. 

Heydər Əliyev həmişə müstəqillik amalı ilə yaşamışdır. O bildirirdi ki, Azərbaycan xalqı kommunist rejimində, ümumittifaq sosialist dövlətinin tərkibində olduğundan heç şübhəsiz ki, müstəqilliyini itirmiş, amma dövlətçiliyini itirməmişdi. 1991-ci il sentyabrın 3-də on minlərlə naxçıvanlının təkidi ilə Heydər Əliyevin Naxçıvan Ali Sovetinin Sədri seçilməsi Azərbaycanın siyasi həyatında möhtəşəm bir mərhələnin başlanğıcını qoydu, milli dövlətçiliyinin əsaslarının yaradılması üçün qarşısıalınmaz siyasi proses start götürdü, respublikamızı addım-addım milli müstəqilliyinə qovuşdurdu.

Ümummilli Liderin qəbul etdiyi mühüm tarixi qərarlar Naxçıvanda yerləşən sovet qoşunlarına məxsus hərbi texnika və silahların yüz faiz muxtar respublikada saxlanılması təmin olundu, Müstəqil Azərbaycan Ordusunun əsası qoyuldu. 

O, muxtar respublikada Azərbaycanın Türkiyə və İranla çoxəsrlik qonşuluq əlaqələrini bərpa etməklə, ağır blokada sədlərini də darmadağın etdi. Eyni zamanda xalqımızı milli birlik və milli ideya ətrafında sıx birləşdirməklə həmrəyliyi legitimləşdirdi. 1991-ci il dekabrın 16-da Naxçıvan MR Ali Məclis tərəfindən "31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik və Birlik Günü haqqında" qərarın qəbul edilməsi bunun bariz təzahürüdür. Eyni zamanda üçrəngli bayrağımızın Naxçıvanın Ali Məclisində dalğalanması Heydər Əliyevin müstəqil Azərbaycanın milli atributlarını bərpa etməsinin fədakarlıq simvolu idi.

1992-ci il noyabrın 21-də Naxçıvanda Ulu Öndər tərəfindən Yeni Azərbaycan Partiyasının əsasının qoyulması ilə ölkəmizin siyasi taleyində fundamental dəyişikliklərin növbəti mərhələsi başlandı.

1993-cü ildə Azərbaycan çətin sınaq qarşısında olanda, müstəqilliyini itirmək təhlükəsi ilə qarşılaşanda Heydər Əliyev xalqın təkidli tələbi ilə milli xilaskar kimi hakimiyyətə gəldi. Onun Azərbaycana ikinci dəfə rəhbərlik etməsindən sonra ölkəmizdə dərhal hər sahədə ciddi islahatlara başlanıldı. Siyasi sahədə islahatlar aparıldı, bütün azadlıqlar təmin edildi, antidemokratik senzura qaydaları ləğv edildi. Azərbaycan dünyaya açıldı, beynəlxalq təcridə son qoyuldu.

Ümummilli Lider Heydər Əliyevin siyasi iradəsi sayəsində ölkəmiz unikal inkişaf yolu keçərək etibarlı tərəfdaş səviyyəsinə ucaldı, dünyada öz layiqli yerini tutdu. Ulu Öndərin xarici ölkələrə səfərləri zamanı keçirdiyi görüşlər, BMT və digər mötəbər beynəlxalq tribunalardan səsləndirdiyi qətiyyətli bəyanatlar, təqdim etdiyi əsaslı fakt və materiallar Ermənistanın Azərbaycana təcavüzü haqqında həqiqətlərin beynəlxalq aləmə çatdırılmasında əhəmiyyətli rol oynadı.

Onun unikal xarici siyasət strategiyası və fəal diplomatiyası nəticəsində dünya dövlətlərinin və aparıcı beynəlxalq təşkilatların Azərbaycana olan münasibəti kökündən dəyişdi, keçmiş Ermənistan-Azərbaycan münaqişəsinin dövlətimizin ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı əsasında həll olunması dünya birliyində qəbul edilən gerçəkliyə çevrildi.

1996-cı il Lissabon Sammitində ilk dəfə olaraq Ermənistanı çıxmaq şərti ilə ATƏT-in bütün üzvləri (53-ü) münaqişənin həll edilməsində ədalətli yanaşma sərgiləyərək Azərbaycanın milli mənafelərini əks etdirən prinsipləri açıq şəkildə dəstəklədilər. Eləcə də, BMT, Avropa Şurası, ATƏT, İƏT və digər mötəbər təsisatların qəbul etdiyi qərar və qətnamələrdə Ermənistanın təcavüzkar dövlət olması təsbit olundu. 

Uğurlu siyasət konsepsiyasının mühüm nailiyyətlərindən biri kimi Ümummilli Liderin 18 dekabr 1997-ci il tarixli "1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyası haqqında" və 28 mart 1998-ci il tarixli "Azərbaycanlıların soyqırımı haqqında" fərmanlarını qeyd etmək mümkündür. Bu mühüm sənədlərin təşviqi istiqamətində yürüdülən məqsədyönlü siyasət Ermənistanın dünya birliyində işğalçı simasının tanıdılmasında əhəmiyyətli rol oynadı.

Heydər Əliyevin uğurlu xarici siyasət fəaliyyəti Azərbaycanı nüfuzlu beynəlxalq və regional təşkilatların tamhüquqlu üzvünə çevirdi. BMT, ATƏT, Avropa Şurası, MDB, GUAM, İƏT, QDİƏT və sair təşkilatlarla yanaşı, Avropa İttifaqı, NATO, Dünya Bankı, Beynəlxalq Valyuta Fondu, Avropa Yenidənqurma və İnkişaf Bankı, İslam İnkişaf Bankı və digər təsisatlarda da ölkəmizlə fəal əməkdaşlıq genişləndi. 

Qarabağı azad görmək Ulu Öndərin ən böyük arzusu idi. Onun bu arzusunu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında vaxtilə Heydər Əliyevin əsasını qoyduğu hərbi məktəbin məzunları, qəhrəman Azərbaycan övladları başa çatdırdılar. 

Prezident İlham Əliyevin bəyan etdiyi kimi, "Biz bu arzunu, Azərbaycan xalqının arzusunu yerinə yetirdik. 2020-ci il 8 noyabr tarixdə əbədi qalacaq. O gün mənə, bax bu meydandan Şuşanın azadlığı ilə bağlı hərbi raport veriləndən sonra, bu binanın üstünə bayrağımız qaldırılandan sonra atamın məzarını ziyarət etdim və ürəyimdə dedim ki, tapşırıq yerinə yetirildi. Məruzə edir Ali Baş Komandan İlham Əliyev!" 

Ulu Öndərin sarsılmaz və əbədi idealları onun siyasi kursunun davamlılığındadır. Bu ideallar onun siyasi varisi, ismi Azərbaycanın şanlı tarixinə qızıl hərflərlə yazılan İlham Əliyevin müdrik fəaliyyəti ilə uğurla davam etdirilir.


Ramid NAMAZOV,

Milli Məclisin deputatı, parlamentin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı komissiyasının sədri

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Əcəmi Naxçıvaninin 900 illiyinin qeyd edilməsi haqqında

02:16
31 Dekabr

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında

02:11
31 Dekabr

İcbari tibbi sığorta fondunun 2026-cı il büdcəsi haqqında

02:10
31 Dekabr

"Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

02:09
31 Dekabr

"Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında peşə təhsili sahəsində əməkdaşlığa dair 2021-ci il 19 fevral tarixli Protokola Əlavə Protokol"un təsdiq edilməsi haqqında

02:09
31 Dekabr

Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin fəaliyyətinin təkmilləşdirilməsi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və sərəncamlarında dəyişiklik edilməsi haqqında

02:08
31 Dekabr

“Dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin və publik hüquqi şəxslərin illik və ortamüddətli dövr üzrə büdcə layihələrinin və proqnozlarının, habelə gəlir və xərc smetalarının icra vəziyyətinin monitorinqi və icra göstəricilərinin təhlili Qaydaları”nın və “Dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin və publik hüquqi şəxslərin xalis mənfəətinin bölüşdürülməsinə və dividend siyasətinin ümumi parametrlərinə dair Qaydalar”ın təsdiq edilməsi haqqında

02:06
31 Dekabr

Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2026-cı il büdcəsi haqqında

02:04
31 Dekabr

R.N.Musabəyovun "Şərəf" ordeni ilə təltif edilməsi haqqında

02:03
31 Dekabr

H.S.Zeynalovun 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilməsi haqqında

02:03
31 Dekabr

Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

02:02
31 Dekabr

Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 17 iyul tarixli 2215 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi sahəsində dövlət nəzarətinin həyata keçirilməsi Qaydası"nda dəyişiklik edilməsi haqqında

02:02
31 Dekabr

Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının yeni tərkibinin təsdiq edilməsi haqqında

02:01
31 Dekabr

"Azərbaycan Respublikasında gender (kişi və qadınların) bərabərliyi üzrə 2026-2028-ci illər üçün Milli Fəaliyyət Planı"nın təsdiq edilməsi haqqında

02:00
31 Dekabr

“Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 11 dekabr tarixli 472 nömrəli Qərarı ilə təsdiq edilmiş “Aqrar Sığorta Fondunun Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 1 oktyabr tarixli 370 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

01:59
31 Dekabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edilməsi haqqında

01:57
31 Dekabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 iyul tarixli 273 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət və bələdiyyə tərəfindən yaradılan uşaq evləri sosial xidmət müəssisələrinin Nümunəvi Nizamnaməsi”ndə, 2020-ci il 30 iyul tarixli 274 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət və bələdiyyə tərəfindən yaradılan ailə tipli kiçik qrup evinin Nümunəvi Nizamnaməsi”ndə və 2022-ci il 6 avqust tarixli 286 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət və bələdiyyə tərəfindən yaradılan sosial xidmət müəssisələrinin Nümunəvi Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında

01:56
31 Dekabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 19 yanvar tarixli 20 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisinə gətirilən aksizli malların aksiz dərəcələri”ndə dəyişiklik edilməsi haqqında

01:54
31 Dekabr

“Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 24 oktyabr tarixli 1007-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2025-ci il 11 aprel tarixli 179-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 2 iyun tarixli 402 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi haqqında

01:53
31 Dekabr

Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni illə bağlı paylaşım edib  

22:50
30 Dekabr

“Euronews” kanalı “Bakı Ağ Şəhər”dən videoreportaj hazırlayıb  

19:03
30 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!