10 Dekabr 2025 08:35
634
SİYASƏT
A- A+
Qlobal nüfuzun təzahürü

Qlobal nüfuzun təzahürü


30 ildən artıq tərəfdaşlıq tarixi olan Azərbaycan-ABŞ münasibətlərinin inkişafı hazırda özünün ən yüksək tarixi mərhələsini yaşayır. Bu ölkələr arasındakı ikitərəfli əlaqələrin məhz Prezident Donald Trampın Ağ Evə hər iki rəhbərliyi dönəmində müsbət istiqamətdə dinamik inkişaf etməyə başlaması danılmaz reallıqdır. ABŞ və Azərbaycan liderləri İlham Əliyev və Donald Tramp arasındakı səmimi dostluq  münasibətlərindən bəhrələnən bu əlaqələr gündən-günə daha da möhkəmlənir və dərinləşir. Buna liderlər səviyyəsində baş tutan səmimi dialoqlar, aparılan telefon danışıqları, məktublaşmalar da bariz nümunələrdir. 

Ağ Ev rəhbəri Donald Trampın dövlətimizin rəhbəri İlham Əliyevə xüsusi rəğbət və yüksək ehtiram göstərməsi də diqqətçəkən vacib məqamdır ki, bu özlüyündə Azərbaycan Prezidentinin qlobal nüfuzundan və dünya miqyaslı lider olmasından xəbər verir.  

6 dekabr tarixində Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın Prezident İlham Əliyevə göndərdiyi təşəkkür məktubu da buna əyani nümunələrdən biridir. Adıçəkilən məktubunda D.Tramp Nobel Sülh mükafatına namizədliyini irəli sürmək üçün birgə məktuba görə dövlətimizin başçısına təşəkkürünü bildirir: "Bizi vacib missiyamızı davam etdirməyə ruhlandıran bu yüksək qiymətə görə dərin minnətdarlığımı bildirirəm.

Amerika Birləşmiş Ştatlarının Prezidenti olaraq, dünyada münaqişələrə son qoymağa, bütün insanlar üçün sülh və rifahın təmin edilməsinə sadiq qalıram. Sizin davamlı tərəfdaşlığınızla qeyri-mümkün nə varsa, ona nail olacağıq.

Davamlı dəstəyinizə görə Sizə bir daha təşəkkür edirəm".


Amerika-Azərbaycan münasibətlərində yeni səhifə


Donald Trampın ABŞ-yə rəhbərlik etdiyi hər iki dövrdə Vaşinqtonun dünyada gedən proseslərə obyektiv yanaşmasının, beynəlxalq hüquqa hörmət, sülhə və sabitliyə böyük dəstək və töhfələr verdiyinin şahidi olmuşuq. ABŞ Azərbaycanı regional güc kimi qəbul etdiyini və ölkəmizlə münasibətlərin inkişafında maraqlı olduğunu atdığı addımlarla əyani şəkildə nümayiş etdirir. 

Bu il 28 May Müstəqillik Günü ilə bağlı Prezident İlham Əliyevə ünvanladığı təbrik məktubunda ABŞ rəhbəri xüsusi qeyd edib ki, biz Azərbaycan Respublikası ilə əlaqələrimizi və terrorizmə qarşı mübarizədə, enerji təhlükəsizliyinin inkişafında, qonşunuzla sülhə nail olmaq istiqamətində ABŞ ilə tərəfdaşlığınızı yüksək qiymətləndiririk.

Bakının sülh səylərini dəstəkləyən Donald Trampın bölgədə normallaşmaya nail olunmasında, iki ölkə arasında sülh müqaviləsinin imzalanması istiqamətində oynadığı rol əhəmiyyətlidir. 

Hələ cari il iyulun 19-da Xankəndidə keçirilən III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşü zamanı Donald Trampın müharibələrə başlamamış yeganə ABŞ Prezidenti olduğuna diqqət çəkən ölkəmizin rəhbəri İlham Əliyev vurğulamışdı ki, o, beynəlxalq təhlükəsizlik üzrə daha qlobal məsələlərlə məşğul olmasına baxmayaraq, Cənubi Qafqazdakı şəraiti də diqqət mərkəzində saxlayır. 

Həmin zaman ABŞ lideri Donald Tramp özünün "Truth" sosial şəbəkə səhifəsində Prezident İlham Əliyevin sözügedən görüşdə onunla bağlı söylədiyi fikirlərdən ibarət çıxışını paylaşmışdı.

Ağ Ev rəhbərinin Azərbaycanın regional sülh səylərini yaxından dəstəkləməsi ümumilikdə Cənubi Qafqazda normallaşmaya nail olunacağı baxımından böyük ümidlər yaratdı. Bu mənada cari il avqust ayında Prezident İlham Əliyevin ABŞ Prezidenti Donald Trampın rəsmi dəvəti ilə Vaşinqtona səfəri yalnız ölkələrimiz arasındakı münasibətlərin dərinləşməsi baxımından deyil, həm də regionda əldə olunacaq dayanıqlı sülh üçün xüsusi əhəmiyyəti ilə seçildi. 

Tarixi səfər çərçivəsində "Azərbaycan Respublikası və Amerika Birləşmiş Ştatları arasında strateji tərəfdaşlığa dair xartiyanın inkişaf etdirilməsi məqsədilə Strateji İşçi Qrupunun yaradılması haqqında Azərbaycan Respublikası Hökuməti və Amerika Birləşmiş Ştatları Hökuməti arasında Anlaşma Memorandumu" imzalandı. 

Azərbaycan Prezidentinin ABŞ-yə işgüzar səfəri zamanı Prezident Donald Trampın "Azadlığı Müdafiə Aktı"na 907 saylı düzəlişin icrasının dayandırılması haqqında sənəd imzalaması ölkələrimiz arasındakı dostluğa işarə olmaqla yanaşı, 33 illik haqsızlığa son verilməsinin təzahürü oldu. 

Prezident İlham Əliyevin ABŞ-yə işgüzar səfəri dövlətlərarası əlaqələrin strateji səviyyəyə yüksəldilməsi üçün yeni siyasi-iqtisadi imkanlar yaratdı. Vaşinqtonda Azərbaycanın media nümayəndələrinə müsahibəsində bu barədə danışan Prezident İlham Əliyev Amerika-Azərbaycan münasibətlərində yeni səhifə açıldığını dedi: "Mən səfərin nəticələrini çox yüksək qiymətləndirirəm. İlk növbədə, Prezident Trampın dəvəti ilə Amerikada işgüzar səfərdə olmaq, əlbəttə ki, Azərbaycan-Amerika münasibətləri üçün çox önəmli bir məsələdir. Deyə bilərəm ki, bu gün Amerika-Azərbaycan münasibətlərində yeni səhifə açılır: əməkdaşlıq və strateji tərəfdaşlıq səhifəsi".

Ümumiyyətlə, ABŞ-yə səfəri zamanı Donald Tramp tərəfindən yüksək səviyyədə qarşılanma, səmimi dialoqlar, görüşlər, ölkəmizin rəhbərinə Ağ Evin rəmzi açarının təqdim olunması Prezident İlham Əliyevə qlobal səviyyədə böyük ehtiramı sərgiləyirdi. 


İlham ƏLİYEV: "Cənab Tramp bu mükafata layiqdir"


Bu il 8 avqust tarixində ABŞ Prezidenti Donald Trampın şahidliyi ilə Prezident İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Vaşinqton görüşünün nəticəsi olaraq Birgə Bəyannamə imzalandı. Eyni zamanda Azərbaycan və Ermənistan arasında dövlətlərarası münasibətlərin və sülhün qurulmasına dair sazişin mətni paraflanandan sonra adıçəkilən "sazişin imzalanması və ratifikasiyasına nail olmaq üçün növbəti addımların atılması"nın zəruriliyi tanındı. 

İmzalanan Birgə Bəyannamədə ölkəmizin əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz gediş-gəliş təsdiq olundu. Yəni Zəngəzur dəhlizinin (TRIPP) açılması məsələsi də sənədlərdə öz əksini tapdı.  

Bir sözlə, Vaşinqton zirvəsi Cənubi Qafqazda davamlı sülh üçün mühüm zəmin oldu. 

Elə əldə olunan bu tarixi uğurlara görə Ağ Evdə birgə bəyanat zamanı Prezident İlham Əliyev Donald Trampın Nobel Sülh mükafatına layiq görülməsi üçün Nikol Paşinyan ilə birgə Nobel komitəsinə müraciət etməyi təklif etdi: "Cənab Tramp bu mükafata layiqdir".

Yuxarıda vurğuladığımız kimi, Nobel Sülh mükafatına layiq görülməsinə göstərdiyi bu dəstəyə görə dekabrın 6-da Ağ Ev rəhbəri Azərbaycan Prezidentinə minnətdarlıq məktubu göndərib. Sözügedən məktubun özü də Azərbaycanın beynəlxalq münasibətlər sistemindəki yerini və vacib rolunu göstərir və Prezident İlham Əliyevin qlobal liderlik qabiliyyətini vurğulayır. 


Yasəmən MUSAYEVA, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Zelenski: Ukrayna 2026-2027-ci illər üçün Rusiyanın planlarını ehtiva edən sənədləri əldə edib  

01:28
03 Mart

"Tibbi sığorta haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

00:49
03 Mart

Gəncə şəhərində yerləşən Cümə məscidində təmir-bərpa işlərinin həyata keçirilməsi üçün vəsait ayrılması haqqında

00:49
03 Mart

"Büdcə sistemi haqqında", "Mühasibat uçotu haqqında" və "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə

00:48
03 Mart

"Minatəmizləmə fəaliyyəti haqqında" Azərbaycan Respublikasının 2024-cü il 13 dekabr tarixli 90-VIIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və Sərəncamında dəyişiklik edilməsi barədə

00:47
03 Mart

"Büdcə sistemi haqqında", "Mühasibat uçotu haqqında" və "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2026-cı il 20 fevral tarixli 359-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında

00:46
03 Mart

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 10 yanvar tarixli 5 nömrəli Qərarı ilə təsdiq edilmiş “İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfi”ndə dəyişiklik edilməsi haqqında

00:45
03 Mart

“Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin vahid elektron informasiya sistemi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə 

00:43
03 Mart

Azərbaycan qazaxıstanlıların İrandan evakuasiyasına kömək edir

23:44
02 Mart

Avropa çempionatı: Azərbaycan seçmə mərhələdə Şimali Makedoniyaya uduzub  

22:41
02 Mart

Ramin Məmmədov: Türkiyə-Azərbaycan birliyi dünyada strateji güc kimi tanınır

22:23
02 Mart

Türkiyənin hakim partiyası: İrana zərbələr beynəlxalq hüququn normalarına ziddir  

21:01
02 Mart

Azərbaycan və İordaniya XİN başçılarının telefon danışığında Yaxın Şərqdə artan gərginlik əsas mövzu olub  

20:49
02 Mart

Ukrayna ordusu bir sıra yaşayış məntəqələrini azad edib  

20:41
02 Mart

Nazir: Ankara enerji bazarlarında sabitliyin qorunmasına çalışır

20:31
02 Mart

Azərbaycanın kosmik sənayesi ilk dəfə Barselonada keçirilən sərgidə təmsil olunur  

19:53
02 Mart

İrandan təxliyə: 100-dən çox xarici vətəndaş Azərbaycan sərhədindən keçib 

19:08
02 Mart

“Əmək bazarı” İşçi qrupu aktiv əmək bazarı proqramlarının genişləndirilməsini araşdırıb  

19:06
02 Mart

Pit Heqset: Hazırda İran ərazisində Amerika ordusu yoxdur

18:43
02 Mart

Zelenski: Rusiya Ukraynaya qarşı yeni hücum dalğası hazırlayır

18:37
02 Mart

Dmitri Peskov: Moskva İran ətrafındakı gərginlikdən məyusdur

18:28
02 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!